Məhkəmə qərarları › İş №2(102)-1752/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1752/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1752/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11129/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) xx xxx 2019cu il tarixli, 2(005)-1987/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməklə, İddiaçı Cavabdeh xeyrinə 123100 ABŞ dollarının tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, İddiaçı 113100 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu nun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 6 saylı notariat kontorunda xx xxxxxx 2016-cı il tarixdə təsdiq edilən onunla Cavabdeh arasında bağlanmış 3M-2000 reyestr nömrəli “Borcun etirafı” müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın əsassız olduğu üçün rədd edilməsini, xx xxxxxx 2016-cı il tarixli Borcun etirafı müqaviləsinə əsasən borclu olduğu 123100 ABŞ dolları pulun qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq həmin tələb üzrə iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İş materiallarından, habelə, Bakı şəhər Baş Polis İdarəsinin xx xxxxxx 2018-ci il tarixli qərarından göründüyü kimi, tərəflər arasında «Borcun etirafı haqqında müqavilə» bağlanarkən Sad ıqla Ayət arasında hər hansı bir pulun verilməsi olmamışdır. Müqavilənin bağlanmasına əsas səbəb Cavabdeh İddiaçı Polisə verməklə ona hədə-qorxu gələrək məcburi şəkildə həmin müqaviləyə imza etdirməyə nail olmuşdur. Bu hal da müqavilənin etibarsızlığı üçün əsasdır. Bakı şəhər Baş Polis İdarəsinin xx xxxxxx 2018-ci il tarixli Qərarında Cavabdeh izahatında borcdan söhbət getmir, guya ki, İddiaçı ona şərikli yanacaq doldurma məntəqəsi tikdirməyi təklif etmişdir, o, da Sadığa 370000 ABŞ dolları pul vermişdir. Hesab edir ki, qarşı tərəfin qarşılıqlı iddia tələblərinin əsası borcla bağlı olduğu üçün, borc münasibətlərinin yaranması sübut edilmədən digər törəmə tələblərə qiymət verilməsinin hüquqi əhəmiyyət kəsb etməməsi nəzərə alınmalı, ilkin olaraq tərəflər arasında borc münasibətlərinin həqiqə tən mövcud olub-olmaması araşdırılmalıdır. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kasasiya şikayəti verməmiş və qarşılıqlı iddia tələbinin rədd edilən hissədə qətnaməni mübahisələndirməmişdir. O na görə də, qətnamə yalnız ilkin iddia üzrə iddiaçı Sadiq Ağayevin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx xxxxxx 2016-cı il tarixli “Borcun etirafı haqqında müqaviləyə əsasən İddiaçı Cavabdeh 280000 ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və t am etiraf etmiş, həmin məbləği 1 il müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər bununla bildirir və təsdiq edirlər ki, bu müqavilədə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirilməyəcək. İddiaçı Cavabdeh qarşı həmin müqavilənin etibarsızlığı barədə tələblə məhkəməyə müraciət etmiş və tələbinin iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Cavabdeh da qarşılıqı iddia verərək həmin müqavilə üzrə Sadiq Ağayevdən borclu qaldığı 123100 ABŞ dolları pulu tələb edir. İş materiallarında olan elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışlara əsasən Cavabdeh və İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixli 3M/2000 reyestrli borc müqaviləsinə əsa sən sonuncunun borclu olduğu 280000 ABŞ dolları puldan xx xxxx 2017-ci il tarixdə 35000 ABŞ dolları, xx xxx 2017-ci il tarixdə 15000 ABŞ dolları, xx xxxx 2017ci il tarixdə 20000 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixdə 20000 ABŞ dolları, xx xxxxxx 2018ci il tarixdə 10000 ABŞ dolları, xx xxxx 2018-ci il tarixdə 3700 ABŞ dolları, xx xxxx 2018-ci il tarixdə 6000 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixdə 5000 ABŞ dolları qaytarılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2011-2016-cı illərdə İddiaçı yanında işləmiş, sonuncu həmin dövrlərdə hər ay cavabdehə fərqli məbləğlərdə ödənişlər göndərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 300000 manatın Cavabdeh tərəfindən şəxsən ona ver ilmiş, Sadıq zamin durmuş və borc məbləği tam qaytarılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, İddiaçı yanında işləmiş, tez-tez ayrı-ayrı məbləğlərdə pulu Sadıqın göstərişi ilə aparıb Ayətə vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzin surətinə əsasən sonuncu İddiaçı 180000 ABŞ dolları borcundan 22000 ABŞ dollarını almış və 158000 ABŞ dolları borcu qalmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən notariat qadasında imzalanmış xx xxxxxxx 2018-ci il tarixli ərizənin surətinə əsasən sonuncu ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixli 3M/-2000 reyestrli borc müqaviləsinə əsasən İddiaçı olan 280000 ABŞ dolları pulun 3000 ABŞ dolları pulunu geri almışdır. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli qəbzin surətinə əsasən Cavabdeh 27200 ABŞ dolları məbləğində pulu aldığını göstərmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına qiymət verərək hesab etmişdir ki, borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş pozuntular aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki ilk iddianın təmin ediləsi üçün əsaslar yoxdur. Qarşılıqlı iddiaya gəldikdə isə borc məbləği tərəflər arasında bağlanmış müqavilə və ödəniş qəbzləri ilə öz təsdiqini tapdığından təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi ilk iddia tələbi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyiş dirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qar şı mübahisə edilir. (maddə 337.2) İddiaçı iddia ərizəsində müqavilənin etibarsızlığını onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış müqavilə yalan əqd olmuş, borc ilk iddiaçıya deyil, üçüncü şəxslərə verilmiş, o zamin durmuş, lakin borcu alan şəxslər borcu ödəmədikləri üçün alınan məbləğdən daha böyük vəsaiti özü ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İddiaçı onun tərəfindən imzalanmış müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlanıldığını iddia etsə də, bu hallarla bağlı hər hansı sübutu məhkəm əyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsində dindirilmiş şahidlər də, faktiki olaraq İddiaçı Cavabdeh borcunun olmasını və həmin borcu mütəmadi olaraq hissə-hissə ödəməsini təsdiq etmişlər. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə borcun faktiki olaraq iddiaçıya deyil, üçüncü şəxsə verilməsi qəbul edilsə belə, bu hal tərəflər arasında bağlanmış müqavilənin etibarsız lığı üçün əsas deyildir. Belə ki, iş materiallarından mübahisəsiz, o cümlədən iddiaçının hərəkətləri (borcun bir hissəsini qaytarması) ilə müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı borcu qaytarmağı öhdəsinə götürmüş və tərəflər arasında borc (kredit) müqaviləsi deyil, borcun etirafı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərd ə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bundan başqa apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilənin etibarsızlığını tələb etmək üçün müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa v ə ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Tərəflər arasında müqavilə xx xxxxxx 2016-cı il tarixdə bağlanıldığı və ilk iddia üzrə iddiaçı tərəfindən ödənişlərin icrasına başlandığı halda, sonununcu hazırki iddia ərizəsini təxminən 2 il 3 aydan sonra, xx xxxx 2019-cu il tarixdə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MM-in 354-cü maddəsində olan müddətlər kəsici müddət olmaqla, iddia müddəti hesab olunmur və onların tətbiqi üçün cavabdeh tərəfin yazılı ərizəsinə tələb olunmur. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə İddiaçı xx xxxxxx 2016-cı il tarixli müqavilə ilə Cavabdeh 280000 manat borcun olmasını etiraf etd iyindən və həmin etirafın (müqavilənin) etibarsızlığı üçün hər hansı qanuni əsas məhkəmə araşdırmaları müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bununla belə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini tam təmin edərək 123100 ABŞ dolları məbləğində pul vəsaitini həmin tələb cavabdehdən tutmaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materialları ilə İddiaçı xx xxxxxx 2016-cı il tarixli müqavilə imzalandığı tarixdən sonrakı dövrlərdə cəmi 166900 ABŞ dollarının qaytarılması (35000 + 15000 + 20000 + 20000 + 10000 + 3700 + 6000 + 5000 + 22000 + 3000 + 27200 = 166900) öz təsdiqini tapmışdır. İlk iddia üzrə iddiaçının təqdim etdiyi qəbzlər in bir neçəsi kserosurət olsa da, qarşı tərəf onların mötəbərliyini mübahisələndirməmiş və qarşılıqlı iddiada 156900 ABŞ dollarının qaytarılmasını etiraf etmişdir. Qalan 10000 ABŞ dollarının da xx xxxxxx 2018-ci il tarixdə qaytarılması iş materiallarında olan elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışla öz təsdiqini tapmışdır. Belə olan halda apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə qarşılıqlı iddia üzrə cavabdehin həmin tələb üzrə iddiaçıya 113100 ABŞ dolları (280000 – 166900 = 113100) borcun qalması öz təsdiqini tapmışdır ki, məhz həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxıl an zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlilləri apelyasiya şikayətinin dəlilləri eyni olmaqla apelyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11129/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar