Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1752/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun etirafı) 30.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc pulun qaytarılması tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1178/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ər izəsi və sonradan iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 4500 manat borcun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2015-ci ilin may ayında Bilgəh sanatoriyasında müalicə olunurdu. Onunla birlikdə ünvan 1 ünvanında yaşayan X1 da orada idi. Onların arasında səmimi münasibət olub və onlar bir yerdə müalicə olunmuşlar. Onlar sanatoriyada olarkən Elnarə adlı qadın Nərminəyə zəng vuraraq ondan pul istəmişdir. Nərminə də ondan hal-hazırda imkanı olmadığı üçün ona kömək etməsini xahiş etdi və Zaqatalaya çatan kimi pulu qaytaracağına söz verdi. İddiaçı da ona inanıb və oğlu Ruslana zəng edərək 10000 manat pulu Zaqatala şəhəri Beynəlxalq Bankın yanında Nərminənin oğlu Faiqə verm əsini deyib. Bunu yoxlamaq üçün həmin bankın kamera görüntülərinə baxmaq kifayətdir. Müalicədən qayıtdıqdan sonra Nərminə 1000 manat pulu qaytarıb. Qalan 9000 manat pulu isə bu günə kimi qaytarmıyıb. Dəfələrlə ondan pulunu tələb etsə də müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-18/2020 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 4500 (dörd min beş yüz) manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
4. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 739, 14.2, 77-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
5. Şəki Apelyasiya Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlərƏ.Məcidov (sərlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) cavabdehin apelyasiya şikayəti qismən təmin olunaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-18/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh 4500 (dörd min beş yüz) manat borc məbləğinin alınaraq İddiaçı verilməsi hissəsinin 600 (altı yüz) manata aid hissəsində ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı 4500 (dörd min beş yüz) manat borc pulun qaytarılması tələbinə dair iddiasının 600 (altı yüz) manatına aid hissəsi təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Apelyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşsa da, sübutemtə vəzifəsinin bölüşdürülməsi ilə bağlı fərqli mövqe nümayiş etdirərək iddianı qismən təmin etmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, tələb olunan məbləğin 600 manat hissəsinin cavabdehdə olması halını sübutemtə vəzifəsi iddiaçının üzərinə düşür və iddiaçı bu halı sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq norma larını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
14. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
15. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
16. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. İş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə İddiaçı hazırkı tələblə əvvəl məhkəmədə cavabdehlər Nərminə Cavadovaya və Faiq Cavadova qarşı iddia qaldırmış, məhkəməni n xx xxxxxx 2017-ci il tarixli, 2(033)1037/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdehlər apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş, Zaqatala rayon məhkəməsinin iş üzrə qətnaməsi ləğv olunmuş və yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Sözügedən qətnamə ilə iddiaçı tərəfindən mübahisələndirilən pulun hazırki iş üzrə cavabdehə verilməsi müəyyən edilmişdir (Qətnamənin doqquzuncu səhifəsinin yeddinci abzası).
23. Beləliklə, hazırda mübahisələndiril ən pul məbləğinin Cavabdeh verilməsi artıq həmin qətnamə əsasında sübuta yetirilmişdir.
24. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbinin həcmini azaldaraq cavabdehdən 9000 manat deyil, 4500 manat borc məbləğinin alınmasını xahiş etmişdir.
25. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin 600 manatına aid hissəsində gəldiyi qənaəti düzgün deyildir.
26. Belə ki, İddiaçı iddia ərizəsi və iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 manat borcun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsinin iclasında işə baxılarkən Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X2 cavabdehin İddiaçı cəmi 3900 (üç min doqquz yüz) manat pul aldığını et iraf etmişlər.
27. Yuxarıda qeyd olunduğu kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə tam şəkildə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası tam şəkildə müəyyən edilmədiyindən iddia tam təmin edilə bilməz.
28. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1178/2020 nömrəli iş üzrə xx xxxx 2020-c i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.