Məhkəmə qərarları › İş №2(102)-1753/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1753/2023

23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1753/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-795/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 1(101)-886/2017 №-li hökmü ilə Cavabdeh Azərbaycan Respu blikasının Cinayət Məcəlləsinin 179.3.2 və 213.1ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətinə dövlət və bələdiyyə oqranlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh AR CM-nin 179.3.2 və 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair 07 iyul 2017-ci il tarixli hökmü ləğv edilmiş, Cavabdeh AR CM-nin 213.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Cavabdeh AR CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tut ulmuş əməlinin həmin Məcəllənin 179.2.4-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə AR CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 01 il 06 ay müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və cəzasının əvvəlinin xx.xx.2015-ci il tarixdən hesablanması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-203/209 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, cavabdehdən 59000 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 247 manat, vəkillə bağlanmış müqaviləyə görə 200 manat, cəmi 59447 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Daha sonra iddiaçı tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13700 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 247 manat, vəkillə bağlanmış müqaviləyə görə 200 manat, cəmi 14147 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ona etibar edilmiş özgə əmlakını mənimsəməklə zərərçəkmiş şəxsə, yəni iddiaçıya külli miqdarda ziyan vurmaqla talamışdır və xeyli miqdarda ve rgi ödəməkdən yayınmışdır. İş üzrə cavabdeh 07 iyul 2017-ci il tarixli 1(101)-886/2017 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi olan vaxt mülki iddia verməmiş, bunu bilməmişdir. Hazırda bu kimi iddia ilə məhkəməyə mülki qaydada müraciət edir. Cavabdehin ona külli miqdarda ziyan vurması məhkəmə istintaqında sübuta yetirilmişdir. Bundan başqa, hazırkı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş xidmət haqqının da cavabdehdən alınaraq ona ödənilməsi zəruridir.

7. Cavabdeh tərəf iddia tələbinə dair etiraz edərək göstərmişdir ki, iddiaçı öz tələbini Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tar ixli hökmü ilə əsaslandırmış və həmin hökmlə cavabdehin Azərbaycan Respubliaksının Cinayət Məcəlləsinin 213.1 və 179.2.4-ci maddələri ilə təqsirinin sübuta yetirilməsi və buna görə də ona zərər vurulması qənaətinə gəlmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmü ilə barəsində olan CM-in 213.1-ci maddəsinə dair ittiham sübuta yetirilmədiyindən bəraət, 179.3.2-ci maddəsinin tərkib hissəsi isə CM-in 179.2.4-cü maddəsinə tövsif edilərək CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 il 10 ay müddətinə cəza təyin edilmişdir. Həmin hökmdən kassasiya protesti və şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-203/209 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə cavabdeh arasında işgüza r münasibətlər olmuş və onlar birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh, biznes fəaliyyəti zamanı yaranan borc məbləğindən 2011-ci ildə Buzovna qəsəbəsində yerləşən Təmənnis yaşayış massivində almış olduğu torpaq sahəsini iddiaçı X2 təkidi ilə Əflatun adlı şəxsin qohumuna satmış və 8000 manat pulu qardaşı cavabdeh vasitəsilə iddiaçıya ödəmişdir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi məbləğ öz təsdiqini tapmadığından iddia ərizəsi əsassızdır. Bundan başqa, iddiaçı tərəfindən borc məbləğinin tələb edilməsi üçün qanunla müəyyən eidlmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının MM-in 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarına nəzər salınsa sonuncu məhkəmə qərarının qəbul edild iyi gündən, yəni xx.xx.2019-cu il tarixdən bu günədək 45 aylıq müddət keçmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 oktyabr 2022-ci il tarixli, 2(003)-2424/2022 saylı qətnaməsi ilə (hakim E.Məmmədli) saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə, maddi zərərə görə 13700 (on üç min yeddi yüz) manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 57 manat və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 100 manat pulun tutularaq iddiaçının oğlunun xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 190 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, hökmlə müəyyən olunmuş hallara əsasən, cavabdeh ona etibar edilmiş əmlakı zərəçəkmiş şəxsə 59015 manat məbləğində talayaraq ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmasa da, onun öz ifadəsində zərərçəkmiş şəxsə 5700 manat borcunun olmasını etiraf etməsi və 8000 manat borcun qaytarıldığını göstərdə də, bu faktın təsdiq edilməməsi və bununla da, cavabdehin dolayı yolla zərərçəkmiş şəxsə 5700 manatdan əlavə 8000 manat borcunun olmasını etiraf etməsi onun zərərçəkmiş şəxsə 13700 manat ziyan vurmaqla onun əmlakını mənimsədiyini təsdiq edir. Hadisənin məhz cavabdeh tərəfindən törədilməsi göstərilən hökmlə sübuta yetirilmiş və buna görə də cavabdeh Azərbaycan Respublikası CMnin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə iddianın 13700 manat məbləğin təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən borc pulun 8000 manat məbləğində olan hissəsini iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Cavabdehin bu dəlilini yalnız məhkəmə iclasında şahid qismində ifadə vermiş qardaşı təsdiq etmişdir. Lakin məhkəmə, cavabdehin ya xın qohumu tərəfindən onun maraq və mənafeyinə uyğun verilmiş və işin digər halları ilə uyğunlaşmayan şahid ifadəsini inandırıcı saymamış, həmçinin etirazın sübuta yetirilməsi üçün kifayət hesab etməmişdir. Göstərilənlər ona dəlalət edir ki, iddiaçı iddia tələbini 13700,0 manat məbləğində zərərin vurulması hissəsində sübuta yetirmiş, cavabdeh isə həmin məbləğin 8000,0 manatını iddiaçıya qaytarmasını sübuta yetirə bilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 107, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələb inin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin əsaslandığı Bakı Apellyasiya Məhkəməsinin hökmündə onun etibar edilmiş əmlakı zərərçəkmiş şəxsə 59015 manat məbləğində talayaraq ziyan vurmasının iş materiallarında olan hər hansı sübutla təsdiq olunmadığı göstərilmişdir. O, öz ifadəsinə zərərçəkmiş şəxsə 5700 manat borcunun olduğunu etiraf etmiş, 8000 manatın isə qaytarıldığını bildirmişdir. Artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə tərəflər arasında olan məbləğin borc olduğu müəyyən edilmişdir. İş materiallarına nəzər salınsa sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən yəni xx.xx.2019-cu il tarixdən 45 aylıq müddət keçmişdir (üç il doqquz ay) 1-ci inistansiya məhkəməsində etiraz və ərizə təqdim edilməsinə baxmayaraq məhkəmə öz qətnaməsini işin faktiki hallarına uyğun əsaslandırmamışdır. Eyni Məcəllənin 373.3. maddəsinə əsasən, “Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir”. Hesab edir ki, iddia tələbi üzrə prosesual müddət keçdiyindən 1-ci inistansiya məhkəməsi həmin müddəti tətbiq etməli iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməli idi. Məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflərin həqiqi iradə ifadələri araşdırılmamış, tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış sadəcə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallarla yekun qənaətinə gəlinmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində iştirak edən cavabdeh ifad ə verərək bildirmişdir ki, 8000 manat borcun qarşılığında cavabdeh 2011-ci ildə Buzovna qəsəbəsi, Təmənnis yaşayış massivində olan 20 ha torpaq sahəsini iddiaçının təkidi ilə Əflatun adlı şəxsin qohumuna vermiş, borcun əvəzi olaraq 8000 manatı cavabdeh iddiaçıya oğluna ödəmişdir.

13. İddiaçı apellyasiya şikayətinə dair etirazla məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti süni şəkildə borcun ödənilməsindən yayınmaq və məhkəmələrin vaxtını almaqdan ibarətdir. Cavabdeh 5700 manat məbləğində borcun olduğunu etiraf etmiş, 8000 manatın əvəzində ona torpaq sahəsi verdiyini bildirsə də, torpaqla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Müddətin ötməsi ilə bağlı dəlilə gəldikdə isə qeyd etmişdir ki, hazırkı işə cinayət işi qaydasında qiymət veril diyi üçün burada hər hansı müddətin buraxıldığından söhbət gedə bilməz.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-795/23 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov, S.Bəhramzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh iddiaya etirazının əsası kimi biznes fəaliyyəti zamanı yaranan borc məbləğindən 2011-ci ildə Buzovna qəsəbəsində yerləşən Təmənnis yaşayış massivində almış olduğu torpaq sahəsini iddiaçı X2 təkidi ilə Əflatun adlı şəxsin qohumuna satmış və 8000 manat pulu q ardaşı X3 vasitəsilə iddiaçıya ödəməsini göstərsə də, bu faktı təsdiq etmək üçün sonuncunun şahid qismində dindirilərək verdiyi şahid ifadəsinə istinad etsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin izahatı və şahid ifadəsini iddianın əsassız olmasını təsdiq edən sübut növü kimi qiymətlədirməmişdir.

16. Belə ki, kollegiyanın qənaətinə görə cavabdehin izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məluma tlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

17. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

18. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydı n və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaya olan etirazın əsası kimi istinad etdiyi hallara dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir

20. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır.

21. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadəsidir ki, həmin şahid ifadəsi də birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq mötəbər sübut kimi qiymətləndirilməmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırılmışdır.

22. Belə ki, şahid cavabdehin qardaşı olmaqla verdiyi ifadə də cavabdehin maraq və mənayeinə uyğun olmaqla ifadəsində göstərdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamışdır. Bu halda isə şahid ifadəsi sübut növü kimi qiymətləndirilmə bilməz.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, şahid ifadəsində verilən məlumatlar sübutlarla təqdim edilsəydi bu məlumatlar digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənatə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə məhkəmə kollegiyası apellyasiya icraatı tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı daha sonra qe yd edir ki, birinci instansiya məhkəməsi haqlı olaranq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmlə müəyyən olunmuş hallara əsasən,hazırki mübahisəyə Azərbaycan Respublikasının MPM-nin 82.4cü maddəsini tətbiq etmişdir.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh ona etibar edilmiş əmlakı zərəçəkmiş şəxsə 59015 manat məbləğində talayaraq ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmasa da, onun öz ifadəsində zərərçəkmiş şəxsə 5700 manat borcunun olmasını etiraf etməsi və 8000 manat borcun qaytarıldığını göstərdə də, bu faktın təsdiq edilməməsi və bununla da, Cavabdeh dolayı yolla zərərçəkmiş şəxsə 5700 manatdan əlavə 8000 manat borcunun olmasını e tiraf etməsi onun zərərçəkmiş şəxsə 13700,0 manat ziyan vurmaqla onun əmlakını mənimsədiyini təsdiq edir. Həmin hökmlə, həmçinin, zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı cinayət nəticəsində dəymiş maddi ziyanla əlaqədar onun mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 5700 manatdan əlavə 8000 manat borcunun olmasını qeyd etməsi də artıq özü-özlüyündə iddiaçının tələbinin əsaslı olmasına dəlalət edir. Lakin cavabdeh əlavə 8000 manatı qaytarmasına dair də tutarlı və mötəbər sübutlar təqdim etməməsi də hazırda onun iddiaçıya məhz bu məbləğdə borcu qaytarmasının təsdiqidir və buna görə də kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı xeyrinə, maddi zərərə görə 13700,0 (o n üç min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq ödənilməsinə dair nəticəsi işin araşdırılmış hallarına tam uyğun olmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair dəlili də əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı iddia tələbi etiraz ərizəsində göstərildiyi kimi vaxtaşırı ödəmələrlə bağlı tələblərə aid edilmir və etirazın əsaslandırıldığı qanunvericilik normasının təsiri altına düşmür. Belə ki, hazırkı tələb üzrə zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələblərinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi, sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən, yəni xx.xx. 2019-cu il tarixdən 45 aylıq müddət keçdiyindən və ümumi iddia müddəti on il təşkil etdiyindən iddia müddətinin ötürülməsinə dair cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmır.

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 373.1, 1096.1, 1096.2, 1097.1, MPM-nin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1, 218.3, 384.0.1, 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya və apellyasiya instansiya məhkəməsi tərəflər a rasında olan mübahisənin nəticəsi olaraq Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tarixli hökmünə əsaslanmış və həmin hökmlə kassatorun Azərbaycan Respublikası CM-nin 213.1 və 173.3.2 maddəsi ilə təqsirinin sübuta yetirilməsi və buna görə də ona kassator tərəfindən zərər vurulması qənaətinə gəlmişdir.

31. Məhkəmələr nəzərə almamışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)803/2018-ci il saylı 02 oktyabr 2018-ci il tarixli hökmü ilə kassator barəsində CMnin 213.1 maddəsinə dair ittiham sübuta yetirilmədiyindən bəraət, 179.3.2-ci maddəsinin tərkib hissəsi isə CM-nin 179.2.4 maddəsinə tövsüf edilərək, CM-nin 46.2 maddəsini tətbiq edilməklə, 02 il 10 ay müddətinə cəza təyin edilmişdir. Həmin hökmdən verilmiş kassasiya Protesti və şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102) 203/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

32. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən hökmündə göstərilmişdir ki, kassator ona etibar edilmiş əmlakı zərərçəkmiş şəxsə 59015 manat məbləğində talayaraq, ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Öz ifadəsində kassator zərərçəkmiş şəxsə 5700 manat borcunun qalmasını etiraf etmiş, 8000 manat borcun qaytarıldığını göstərmişdir. Göründüyu kimi, borc və zərər ayrı-ayrı predmetlər təşkil etdiyindən, məhkəmənin kassator barəsində gəlmiş olduğu qənaəti əsassızdır.

33. İş materiallarına əsasən, cinayət işi üzrə sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən məhkəmədə iddia tələbi sürülən müddətədək 45 ay keçmişdir. İddia müddətinin tətb iq edilməsi barədə və iddia tələbinə yazılı etirazın təqdim edilməsinə baxmayaraq, məhkəmə öz qətnaməsini işin faktiki hallarına uyğun əsaslandırmamışdır.

34. Kassator hesab edir ki, tərəflər arasında yaranmış münasibət, işgüzar münasibətlərdən yarandığından və borc münasibətləri olduğundan, həmin məbləğin ödənilməsidə vaxtaşırı icra edilməli olan öhdəliklərə aid edilməli idi.

35. Kassator şikayətini Mülki Məcəllənin 385, 399, MPM-nin 8, 14, 68, 97-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi göndərərək, kassasiya şikayətinin rədd edilməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında iddiaçının tələb etdiyi pul vəsaitinin cavabdeh tərəfindən ödənilmədiyi və bu tələb üzrə iddia müddətinin on il təşkil etməsi qənaətinə gəlmişlər. Kassasiya şikayətinin dəlillərində qeyd olunan bu hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübu tlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-795/2023 nömrəli mülki iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar