Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1753/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə QƏRARİ “Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-68/2024 nömrəli mülki iş üzrə 24 yanvar 20 24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 16% dərəcəsi ilə ödəniş qrafikinə uyğun qaytarmaq şərti ilə 100.000 manat məbləğində kredit verilmişdir.
2. Tərəflər arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən, X1 (bundan sonra – birinci cavabdeh) məxsus bazar dəyəri Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 9B/mənzil 29 (Yeni qaydalarla AZ1122, ünvan 1 ünvanındakı yaşayış evini (bundan sonra – ipoteka predmeti olan ev) ipoteka ilə yüklü edərək, Bankın tələb hüququna təminat vermişdir. İpoteka daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka predmeti ipoteka müqaviləsinə əsasən 139000 manat məbləğində qiymətləndirilmişdir.
3. Cavabdeh borcu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmiş, Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq məktubu ünvanlamış və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, kredit müqaviləsinə əsasən birinci cavabdehdən onun xeyrin ə 100000 manat əsas borc, 23017,12 manat faiz, ümumilikdə isə 123017,12 manat kredit borcu, ödənilmiş dövlət rüsumunun əvəzi 413 manat pulun; tutmanın ipoteka predmeti olan mənzilə yönəldilərək, açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi; mənzildə qeydiyyatda olan digər cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışd ır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir. İddiaçı öz tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 445.1-ci və 445.2.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci, 39.1-ci və 59.3-cü maddələrinə istinad etmişdir.
6. Bank tərəfindın təqdim edilmiş maliyyə arayışına əsasən, birinci cavabdehin xx.xx.2019-cu il tarixli kredit Müqaviləsi üzrə əsas borc üzrə 100000 manat, faiz borcu üzrə 23017,12 manat, ümumilikdə 123017,12 manat borcu vardır.
7. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5679 №-li rəyində qeyd olunmuşdur ki, ekspert tədqiqatının n əticəsində xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə 99801,61 AZN əsas kredit borcunun, müqavilənin bitdiyi tarixə 3937,41 manat faiz borcunun və kredit müqaviləsinin bitdiyi tarixdən - xx.xx.2020-ci il tarixədək dövr üçün əsas borca illik 5% dərəcəsi hesablanmış 5475,23 AZN faiz borcunun olduğu müəyyən edilmişdir.
8. Məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ƏEM/A 55-575/22 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 9B/mənzil 29 (yeni qaydalarla AZ1122, ünvan 1 ünvanındakı yaşayış sahəsi xx.xx.2022-ci il tarixinə: bazar dəyəri: 148000 manat, likvid dəyəri: 141000 manat təşkil edir.
9. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – bir inci instansiya məhkəməsi) 2(056)-475/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən birinci cavabdehdən 4.01.2020-ci il tarixə yaranmış 99801,61 manat əsas kredit borcu, kredit müqaviləsinin bitdiyi tarixə 3937,41 manat faiz borcu və kredit müqaviləsinin bitdiyi tarixdən – xx.xx.2020-ci il tarixədək dövr üçün əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış 5475,23 manat faiz borcu, ümumilikdə 109214,25 manat məbləğində pul vəsaitinin, həmçinin iddianın qaldırılması ilə bağlı ödənilmiş 413 manat məbləğində dövlət rüsumu əvəzinin 350 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə köçürülmüş 45 man at (15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı) pulun 35 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın ikinci cavabdehə məxsus ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, ilkin satış qiymətinin 141000 manat məbləğində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borcun ödənilməsi, qalan məbləğin ikinci cavabdehə qaytarılması, tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən çıxarılması, əmlakın boşaldılması vəzifəsinin ikinci cavabdehin üzərinə qoyulması, 100 manat vəsaitin 20 manat hissəsinin İddiaçı ASC-dən, 80 manat hissəsinin isə cavabdeh birinci cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, ƏEM/A 55-575/22 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 40 manat hissəsinin iddiaçıdan, digər 160 manat məbləğində hissəsinin isə birinci cavabdehdən tutulub "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissəsi rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, öhdəliklər Bank ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən və Bank (ipoteka saxlayan) ilə ikinci cavabdeh (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka (girov) müqaviləsindən yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. Buna görə də birinci cavabdeh kredit müqaviləsi üzrə ya ranmış borcunu ödəməlidir.
11. Məhkəmə, xx.xx.2022-ci il tarixli 9/5679 №-li rəyinə istinad edərək hesab etmişdir ki, iddiaçı təşkilatın tələb etdiyi əsas kredit borcu və faiz borcu daha az həcmdə tutularaq, iddia qismən təmin edilməlidir.
12. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia tələblərinin ipoteka predmeti olan mənzildən ikinci cavabdehin çıxarılması və mənzilin boşaldılması hissəsi də əsaslı olduğu üçün təmin olunmalıdır. Buna görə də ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalıdır. Belə ki, ikinci cavabdeh özünə məxsus yaşayış sahəsini ipotekaya qoyarkən, borc tələbinin ipotekaya qoyulmuş əmlaka yönəldiyi halda, mənzili tərk edəcəyinə dair öhdəlik götürmüşlər.
13. Məhkəmə, əlavə olaraq qeyd etmişdir ki, ipoteka predme ti olan mənzildən çıxarılması nəzərdə tutulan X2 və X3, həmçinin “qeydiyyatda olan digər şəxslərin” ifadəsinin qeyri-müəyyən olduğunu, yəni həmin şəxslərin kimlər olması aydın olmadığından və onların cavabdehlər kimi iddia ərizəsində qeyd edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 295, 295, 442, 445, 448.1, 448.2, 462.3, 465.2, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 39.3.3, 59.3 -ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Birinci cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apellyasiya şikayətində gös tərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, banka 10 ay 1335 manatdan, məhkəmə gedişatında isə 5000 manat olmaqla, ümumilikdə 18350 manat məbləğində ödəniş etmişdir. Lakin iddiaçı bu barədə məhkəməyə məlumat verməmişdir. Digər tərəfdən, iddiaçı ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 100000 manat kredit verilmişdir. Həm iddia ərizəsində, həm də məhkəmə qətnaməsində əsas kredit borcunun 99801,61 manat olması göstərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi rəydə də ödədiyi məbləğ nəzərə alınmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilmiş ödənişlərə dair heç bir araşdırma aparılmamışdır. Azərbaycan Respublik ası Mərkəzi X5 xx.xx.2020-ci il tarixli, 16 saylı qərarına əsasən başlamış COVİD-19 pandemiyası ilə əlaqədar xx.xx.2020-ci il tarixinədək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil olunmuşdur. Bununla yanaşı, kredit təşkilatlarına xx.xx.2020-ci il tarixədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir. Pandemiya şəraiti uzadıldığı müddətdə bu tədbirlər davam etdirilmişdir. İş materiallarından göründüyü kim i, iddiaçı tərəfindən mübahisəli kreditə münasibətdə Mərkəzi Bankın qərarına əməl edilməmişdir.
17. İddiaçı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət verərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli, 9/4697 saylı ekspert rəyinin ikinci sual üzrə nəticə hissəsi ümumiyyətlə düzgün olmamış, həmin hissədə ekspert tərəfindən rəy verilərkən İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları düzgün tətbiq edilməmiş və nəticədə yanlış rəy verilmişdir. Cavabdehin iddiaçıya əsas borcunun məbləği 15516,76 manatdan daha çoxdur və ekspert rəyində borc məbləğləri düzgün hesablanmamışdır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində 40000 manat, xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023cü il tarixində isə 4926 manat məbləğində ödənişlər edilmişdir. Hesabdan çıxarış məlumatında öz əksini tapmış birdəfəlik 45777,85 manat məbləğində ödəniş isə. cavabdeh tərəfindən edilməmişdir. Nəticədə hazırda cavabdehin qətnamə üzrə 54288,31 manat əsas borcu mövcuddur. Digər tərəfdən, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli, 9/5679 saylı ekspert rəyi ilə xx.xx.2023-cü il tarixli, 9/4697 saylı ekspert rəyində aşağıdakı fərqlər mövcud olmuş, xx.xx.2022-ci il tarixli rəydə əsas borc 99801,61 manat, faiz borcu 3937,41 manat, gecikmiş vaxt üçün illik 5 faiz məbləği isə 5475,23 manat müəyyən edilsə də, xx.xx.2023-cü il tarixli ekspert rəyində əsas borc 99891,61 manat, faiz borcu 3943,37 manat müəyyən edilmiş (qismən fərq), gecikmiş vaxt üçün 5 faiz məbləği isə ümumiyyətlə hesablanmamışdır və yalnız rəyin nət icə hissəsinin üçüncü bölməsində faiz borcu ilə birlikdə 9881,38 manat olaraq müəyyən edilmişdir. Bu isə hazırkı iş üzrə düzgün olmayan ekspert rəyinin verilməsini ehtiva etməklə bərabər iş üzrə yekun rəyin verilməsində çaşqınlıq yaratmışdır.
18. Məhkəmə tərəfindən təyin edilmiş 05 dekabr 2023-cü il tarixli, 9/7849 saylı ekspert rəyindən görünür ki, birinci cavabdehin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, müqavilə dövründə illik 16 % ilə faiz hesablanmaqla və müqavilə dövründən sonra illik 5 % ilə əldən çıxmış fayda hesablanmaqla birinci cavabdehin xx.xx.2020-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 103839,92 manat məbləğində, xx.xx.20 22-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış faiz borcu 109777,27 manat məbləğində, xx.xx.2023-cü il tarixə (qərardadın tarixi) banka olan əsas, faiz və əldən çıxmış faiz borcu 61656,70 manat məbləğində və xx.xx.2023-cü il tarixə (hazırkı rəyin tarixi) banka olan əsas, faiz və əldən çıxmış faiz borcu 62071,11 manat məbləğində müəyyən edilir. O cümlədən, xx.xx.2020-ci il tarixə əsas borc üzrə 99880,61 manat, faiz borcu üzrə 3959,32 manat (16 faizlə); xx.xx.2022-ci il tarixə əsas borc üzrə 99880,61 manat, faiz borcu üzrə 3959,32 manat (16 faizlə), əldən çıxmış fayda borcu üzrə 5937,35 manat (5 faizlə); xx.xx.2023-cü il tarixə əsas borc üzrə 48913,93 manat, faiz borcu üzrə 0 manat (16 faizlə), əldən çıxmış fayda borcu üzrə 12742,77 manat (5 faizlə); xx.xx. 2023-cü il tarixə əsas borc üzrə 48913,93 manat, faiz borcu üzrə 0 manat (16 faizlə), əldən çıxmış fayda borcu üzrə 13157,18 manat (5 faizlə).
19. Apellyasiya məhkəməsinin iclasında iştirak edən birinci cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, 05 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə əsas borc məbləğinə dair hissədə razılaşır, lakin əldən çıxmış fayda borcu üzrə göstərilən məbləğə etiraz edir.
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-68/2024 nömrəli iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və T.Heydərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Bank ilə bi rinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 99801,61 manat əsas kredit borcu, kredit müqaviləsinin bitdiyi tarixə 3937,41 manat faiz borcu və kredit müqaviləsinin bitdiyi tarixdən – xx.xx.2020-ci il tarixədək dövr üçün əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış 5475,23 manat faiz borcu, ümumilikdə 109214,25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi hissəsində ləğv edilmiş, kredit müqaviləsi üzrə borcun tutulmasına dair hissədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 48913,93 manat əsas kredit borcu Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi, Kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməsin.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, vurğulamışdır ki, məhkəmə, qətnamə qəbul edərkən 9/5679 saylı, 19 avqust 2022-ci il tarixli ekspert rəyinə əsaslanmış olsa da, həmin ekspert rəyini MPM-in 88-ci maddəsinə uyğun olaraq qiymətləndirməmişdir. Belə ki, iş materiallarının 10-cu vərəqində olan hesab üzrə ödəniş məlumatından da göründüyü kimi, birinci cavabdeh tərəfindən kredit müqaviləsi üzrə cəmi 12157,60 manat məbləğində ödəniş edilmişdir. Lakin sözügedən ekspert rəyində xx.xx.2022-ci il tarixə əsas borc üzrə 99801,61 manat, faiz borcu üzrə 3937,41 manat və 5 % - 5475,23 manat borcun olması göstərilmişdir. Həmin ekspert rəyində cavabdeh tərəfindən edilmiş 12157,60 manat məbləğində ödənişin 198,39 manatının əsas borca, 11959,21 manatının isə faiz borcuna silinməsi müəyyən edilmiş olsa da, məhkəmə kollegiyası bunu işin hallarına uyğun hesab etmir və bildirir ki, hazırkı iş üzrə həmin ekspert rəyi mötəbər sübut olaraq qəbul oluna bilməz. Birinci instansiya məhkəməsi isə iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə birinci cavabdehdən tutulması qət edilmiş borca dair hissədə məhz 9/5679 saylı, 19 avqust 2022-ci il tarixli ekspert rəyinə əsaslanaraq nəticəyə gəlmişdir.
22. Bundan başqa, məhkəmə, cavabdehdən 14 yanvar 2020-ci il tarixədək yaranmış borc məbləğinin tutulmasını qeyd etməklə də, texniki səhvə yol vermişdir. Halbuki, istinad olunan ekspert rəyinin özündə də 14 yanvar 2022-ci i l tarixinə yaranmış borc əksini tapmışdır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən tutulması qət edilmiş borca dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
24. Məhkəmə kollegiyası 9/4697 saylı, 22 avqust 2023-cü il tarixli ekspert rəyinə dair qeyd etmişdir ki, həmin ekspert rəyində müəyyən edilmiş məbləğlərin həqiqətə uyğun olmamasını və texniki yanlışlıq baş verdiyini hər iki tərəf də təsdiq etmiş, bu səbəbdən də iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yaranmışdır. Ona görə də həmin ekspert rəyi də hazırkı işin həlli üçün mötəbər sübut olaraq qəbul edilə bilməz.
25. Məhkəmə, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 05 dekabr 2023-cü il tarixli, 9/7849 saylı ekspert rəyi ilə müəyyən edilənləri hazırkı işin hallarına uyğun sayaraq qeyd etmişdir ki, həmin ekspert rəyi birinci cavabdehin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla verilmişdir.
26. Məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəməyə ünvanladığı ərizəsində qeyd edilən əsas borc məbləği ilə razı olmadığını qeyd etsə də, həmin rəyi vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq iddiaçının həmin narazılığı əsassızdır. Belə ki, iddiaçı öz tələbində cavabdehdən faiz borcu olaraq 23017,12 manat pulun tutulmasını tələb etmiş, öz tələbinin hüquqi əsa sı kimi isə Mülki Məcəllənin 385.1-ci, 442-ci, 445.1-ci və 445.2.1-ci maddələrinə istinad etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən müqavilə müddətinin bitməsindən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan faiz borcu üzrə hər hansı tələb irəli sürməmişdir.
27. Məhkəmə, birinci instansiya məhkəməsinin iddiaçının faiz borcu ilə bağlı tələbini müqavilə müddəti üçün hesablanmış faiz borcu və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu kimi qiymətləndirməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, həqiqətən iddiaçının müqavilənin müddətinin bitməsindən sonrakı dövr üçün 5 faiz dərəcəsi ilə hesablanmış faizləri (əldən çıxmış faydanı) tələb etməyə hüququ olsa da, o, hal-hazırda həmin hüququndan istifadə etməmiş, öz tələbində dəqiq şəkildə məhz Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanan 5 faizlik borcu tələb etməmiş, iddia ərizəsinin hüquqi əsası kimi də həmin maddəyə istinad etməmişdir.
28. Bununla yanaşı, birinci instansiya məhkəməsi də həmin hissədə tələbin hüquqi əsasını düzgün müəyyənləşdirməmiş, həmin hissədə tələbin hüquqi əsasının MM-in 445.7-ci maddəsi olmasına qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, ekspert rəyi ilə də birinci cavabdehin 5 faizlə əldən çıxmış faiz borcu üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edildiyi 04 oktyabr 2023-cü il tarixə 12742,77 manat və ekspert rəyinin verildiyi 05 dekabr 2023-cü il tarixə 13157,18 manat faiz borcunun mövcudluğu müəyyən edilsə də, iddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dö vr üçün 5 faiz dərəcəsi ilə hesablanan faizi tələb etməmişdir.
29. Bundan başqa, məhkəmə 05 dekabr 2023-cü il tarixli, 9/7849 saylı ekspert rəyində birinci cavabdehin kredit müqaviləsi üzrə 16 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun məbləğinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edildiyi 04 oktyabr 2023-cü il tarixə və ekspert rəyinin verildiyi 05 dekabr 2023-cü il tarixə faiz borcunun olmamasının (0 (sıfır) manat olması) müəyyən edilməsi halına münasibət bildirərək qeyd etmişdir ki, faiz borcuna dair hissədə iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidə n baxılması üçün apellyasiya instansiyasına göndərilıməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası öz qətnaməsində iddiaçının iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcu tələb etmədiyini bildirsə də, birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəyişdirilməsinə dair ərizəni nəzərə almamışdır. Həmin ərizə iddia ərizəsindən ayrıca tərtib edilməklə təqdim edilmiş və faiz borcundan ayrıca olaraq göstərilmişdir. Ərizənin təqdim edilməməsi halında birinci instansiya məhkəməsində keçirilən iclas zamanı, habelə apelyasiya instansiyasında keçirilən iclaslar zamanı ekspert qarşısında sualların qoyulmasının heç bir əhəmiyyəti q almamış olardı və ya birinci instansiya məhkəməsi tələbdən kənara çıxmaqla həmin hissəni təmin etməzdi. Lakin apelyasiya instansiyası qeyd edilən ərizəni nəzərə almamış və yalnız iddia ərizəsinə istinad etməklə həmin tələbin mövcud olmaması halına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş həmin ərizə nəzərə alınmaqla təmin edilmiş hissənin apelyasiya məhkəməsi tərəfindən iddia ərizəsində qeyd edilməməsi əsası ilə təmin edilməməsi qeyri-mümkündür. Tərəflər arasında bağlanmış müqavilədə kredit üçün faizin hesablanması və ödənilməsi qaydası əks olunmuşdur. Öhdəliyin yaranmasına səbəb olmuş müqavilə münasibətlərinə tərəflər tam bərabərhüquqlu subyekt kimi daxil olmuş, bundan irəli gələrək borcverən müqavilə şərtlərini təqdim etmiş və borcalan b unu aksept etmişdir. Razılaşdırılmış şərtlərə münasibətdə məhkəmənin kredit müqaviləsi ilə kredit xətti müqaviləsini eyniləşdirilməsinin hansı səbəbdən baş verməsi qeyri-müəyyən olmaqla bərabər, tərəflərin qanunvericiliyə zidd olmayan razılaşmasının şərtlərini nəzərə almadan hesablanmış faizlərin əvvəlcədən, əsas borcun isə müddətin sonunda ödənilməsini ağlabatan hesab etməməsi qeyrimüəyyəndir. Nəzərə alınmalıdır ki, bank təklif etdiyi kredit məhsulu üçün faiz ödənişi tələb etməkdə haqlı olmuş, həmin faiz ödənişinin ödənilməsini isə borclu müqavilənin 1.4, 1.7, 3,6, 5.1.6.1 və 6.3-cü maddələri ilə öz üzərinə götürmüşdür.
32. Məhkəmə hazırki iş üzrə sübutların qiymətləndirilməsi zamanı kredit müqaviləsinin qüvvədə olma müddətini nəzərə almamış, xx.xx.2023-cü il tarixli 9/7849 saylı ekspert rəyinin tərtib edilmə anında faiz borcunun hesablanmasının kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsi səbəbindən (xx.xx.2021-ci il tarixi kredit müqaviləsinin qüvvədə olma tarixinin bitməsidir) olmamasının mümkünlüyünü nəzərə almamış və hesab etmişdir ki, həmin hissədə də qətnamə ləğv edilməlidir. Cavabdeh tərəfindən kredit ödənişləri birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra ödənilmiş, sonradan cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və həmin məbləğləri də ayrıca mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfinə məhkəmə mübahisəsi davam edən zaman iddiaçı tərəfindən hər-hansı ödəniş həyata keçirilməmiş, iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edildikdən sonra – yəni xx.xx.2022-ci il tarixindən sonrakı dövrlərdə xx.xx.2023-cü il t arixində 5000 AZN, xx.xx.2023-cü il tarixində 40000 AZN, xx.xx.2023-cü il tarixində 5000 AZN və xx.xx.2023cü il tarixində isə 4926 AZN məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödənişlərin ödənilməsi iddiaçı tərəfindən inkar edilməmiş, lakin məhkəmə həmin ödənişlərin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qətnaməsinin qəbul edilməsindən sonrakı dövrü əhatə etməsini nəzərə almamışdır. Hazırki mərhələdə apelyasiya instansiyası məhkəməsinin qətnamədən sonrakı ödənişləri də nəzərə almaqla birinci instansiya məhkəməsinin qətnaməsini əsas, faiz və gecikmiş üçün 5 faiz borcuna münasibətdə ləğv etməsi, həmin ödənişləri nəzərə almaqla yeni məhkəmə qətnaməsi qəbul etməsi və bu zaman xx.xx.2023-cü il tarixli 9/7849 saylı ekspert rəyini əsas götürməklə, birinci instans iya məhkəməsinin istinad etdiyi xx.xx.2022-ci il tarixli 9/5679 saylı ekspert rəyinin əsassız olması qənaətinə gəlməsi qeyri-müəyyən olmaqla bərabər faktiki olaraq cavabdehin hazırki iş üzrə iddia tələbi üzrə iddiaçı tərəfindən tələb edilən məbləğə münasibətə çaşqınlıq və qeyri-müəyyənlik yaratmasına səbəbiyyət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
35. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş sə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurl arla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
40. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
41. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalar a mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
43. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
44. Ma ddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
45. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
46. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
47. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipotek a qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-68/2024 nömrəli mülki iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.