Məhkəmə qərarları › İş №2(102)-1754/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1754/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1754/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh xxx tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-3212/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 4000 (dö rd min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), V.Həsənov və Ş.Məmmədova, 2(103)-11522/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)3212/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, cəmi 4030 (dörd min otuz) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbi nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2018-ci il tarixdə imzalanmış qəbzə əsasən 4000 manat əsas borcun və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh xxxı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilm əmişdir. İddiaçı Cəlal qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kasatorun dəlili ondan ibarətdir ki, tərəflər arasında tərtib edilmiş yazılı qəbz həqiqəti əks etdirmir və başqa m əqsədlər üçün tərtib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh öz etirazlarını sübuta yetirə bilməmiş, yazılı qəbzi qüvvədən salan əsaslar gətirə bilməmişdir. Mülki işin materiallarında olan iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qaytarmaq şərtilə 4000 manat borc pul almışdır. İltizam Cavabdeh tərəfindən imzası ilə təsdiq edilmişdir. Bununla bağlı Apelyasiya Məhkəməsinin prosessual qiymətləndirməsi əsaslı hesab olunmalıdır. Çünki, tərəflər arasında yazılı bir sübut varsa, həmin sübutun etibarsızlığını tələb edən tərəf onun qüvvədən salınması üçün mötəbər sübutlar gətirməlidir. Cavabdeh iddiaçının aliment və əmlak bölgüsü tələblərinə istinad edərək, onunla aralarında borc münasibətlərinin həmin məsələlərd ən qaynaqlandığını bildirsə də, etirazını sübut edə bilməmişdir. Apelyasiya məhkəməsi haqlı olaraq cavabdehin həmin vəzifənin öhdəsində gələ bilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qanunvericilikdə borc müqaviləsinin hazırki iş üzrə yazılı formada bağlanması nəzərdə tutulduğu üçün, tərəflər öz aralarında əqdlər üçün müəyyən edilmiş qaydaya uyğun olaraq, sadə yazılı formada müqavilə bağlamışlar. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 4000 manatı xx.xx.2018-ci il tarixdə nəğd şəkildə cavabdehə ödəmiş, cavabdeh isə müqavilə üzrə aldığı 4000 manatı xx.xx.2019-cu il tarixə qaytarmağı öhdəsinə götürsə də, borc u hazırkı vaxtadək iddiaçıya qaytarmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar