Məhkəmə qərarları › İş №2(102)-1755/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1755/2019

28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1755/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1755/2019 Bakı şəhəri 28 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-6479/2017, hakim V.İ.Həsənov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiası qismən təmin edilmiş, Cavabdeh1 2600 manat borcun alınaraq İddiaçı2 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10774/2018, hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 04 iyun 2013-cü il tar ixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda borc verən X3 ilə borc alan Cavabdeh1 arasında 8500 manat borc verilməsi barədə kredit müqaviləsi bağlanmış və borclu həmin pulu bir ay müddətinədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 28.09.2013-cü il tarixli ərizəsində İddiaçı3 30.10.2013-cü il tarixdə qaytarmaq şərti ilə 1100 manat məbləğində pul aldığını göstərmişdir. 10 aprel 2014-cü il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda borc verən İddiaçı2 ilə borc alan Cavabdeh1 arasında 2600 manat borc verilməsi barədə kredit müqaviləsi bağlanmış və borclu həmin pulu 15 may 2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 15.05.2017-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçının mə rhum qardaşı X1 8600 manat, oğlu İddiaçı2 2600 manat və İddiaçı3 1100 manat olmaqla cəmi 12300 manat borcun, gecikdirilmiş müddət ərzində bank faizinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək tərəflər arasında bağlanmış kredit müqavilələrinin və pul məbləğinin alınması barədə yazılı təsdiqlənmiş olan ərizəsinin üç ildən artıq vaxt keçməsini nəzərə alararq iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən 10 aprel 2014-cü il tarixli kredit mü qaviləsi üzrə iddia müddətinin keçməsi nəzərə alınmamış, bununla da Mülki Məcəllənin 373-cü maddəsi pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçıların iddia tələbinin əsasını cavabdehə verdikləri borc pulun qaytarılması təşkil edir. Kassator kassasiya şikayətində yalnız 10 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2600 manat borcun tutulması hissəsində qətnaməni mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh 10 aprel 2014-cü il tarixli kredit müq aviləsi üzrə borc tələbinin yalnız iddia müddətinin ötürüldüyünə istinad edərək rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 10 aprel 2014-cü il tarixdə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda borc verən İddiaçı2 ilə borc alan Cavabdeh1 arasında 2600 manat borc verilməsi barədə kredit müqaviləsi bağlanmış və borclu həmin pulu 15 may 2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçılar isə 15.05.2017-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Göründüyü kimi həmin tələb üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müqavilə tələbləri üzrə üç illik iddia müddəti ötü rülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakiml

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar