Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1756/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin ləğvedicisi «X1 Company» MMC Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2143/2023 nömrəli iş üzrə 21 fevral 2023-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1. "xxxx" ASC-nin ləğvedicisi «X1 Company» MMC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 24 iyun 2011-ci il tarixli, 276 saylı kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsinə əsasən əsas borc üzrə 61.000 (altmış bir min) ABŞ dolları, normal faiz borcu üzrə 49.643,58 (qırx doqquz min altı yüz qırx üç 58) ABŞ dolları, cərimə məbləği üzrə 26.367 (iyirmi altı min üç yüz altmış yeddi) ABŞ dolları, cəmi 137.010,58 (bir yüz otuz yeddi min on dollar 58) ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 dekabr 2015-ci il tarixli, 2(005)- 6136/2015 saylı (hakim Ramin Quliyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 61.000 ABŞ dolları əsas borc, 23.280 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları dəbbə pulu, cəmi 89.280 (səksən doqquz min iki yüz səksən) ABŞ dolları məbləğində borc qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh xx.xx.2022-ci il tarixli apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilm əsini və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2023-ci il tarixli, 2(103)-2143/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
5. Apellyasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə tərəflərə göndərilməsi üçün 29 dekabr 2015-ci il tarixində poçt orqanına təqdim olunmuş, cavabdehin ünvanına göndərilən qətnamə “qapı bağlı” əsası ilə geri qaytarılmışdır. Məhkəmənin qətnaməsi icra edilməsi üçün 19 fev ral 2015-ci il tarixdə Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra ləğv prosesində olan "xxxx" ASC məhkəməyə və icra şöbəsinə ərizə ünvanlayaraq kredit borcunun ödənilməsi ilə əlaqədar Cavabdeh ilə gəlinmiş razılığı nəzərə alıb, “İcra haqqında” AR qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə geri qaytarılması üçün qanuna müvafiq göstəriş verilməsini xahiş etmişdir.
6. Ləğv prosesində olan "xxxx" ASC-nin məktubuna əsasən Nərimanov Rayon İcra şöbəsi tərəfindən icra vərəqəsi icrasız geri qaytarılmışdır. 7. 16 noyabr 2017-ci il tarixdə ləğv prosesində olan "xxxx" ASC yenidən Nərimanov Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, borclu razılaşmanın şərtlərini pozduğu üçün icra vərəqəsinin yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır, odur ki, Nərimanov R ayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-6136/2015 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir.
8. Ləğv prosesində olan "xxxx" ASC-nin ərizəsinə əsasən 23 noyabr 2017-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi təkrar icra olunması üçün Nərimanov Rayon Şöbəsinə göndərilmişdir.
9. Daha sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh məhkəməyə ərizəyə ünvanlayaraq qətnamənin ona rəsmi qaydada təqdim edilmədiyini, belə bir məhkəmə prosesinin mövcudluğundan Nərimanov Rayon İcra və Probasiya şöbəsindən xəbər tutduğunu bildirmiş və qətnamənin ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir.
10. Göründüyü kimi, cavabdeh hazırda mübahisələndirdiyi qətnamədən şikayəti qətnamənin qəbul edilməsindən təxminən 7 il sonra vermiş, lakin müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizə verməmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
11. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilərək, cavabdehin apellyasiya şikayəti əsasında işə mahiyyət üzrə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsinin xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli qətnaməsini almadığını göstərmiş və bu səbəbdən həmin qətnamənin ona təqdim olunmasını xahiş etmişdir. İşdə olan qəbzdən görünür ki, xx.xx.2015-ci il tarixli qətnamə cavabdeh xx.xx.2 022-ci il tarixdə təqdim olunmuşdur. Qeyd edilən prosedur qətnamənin təkrarən verilməsi qaydasında deyil, qətnamənin ilk olaraq təqdim edilməsi qaydasında verilmişdir. Çünki, qətnamə təkrarən verilərkən qətnaməni təkrar alan iş üzrə tərəfdən dövlət rüsumu alınmalıdır, lakin iş materiallarından görünür ki, birinci instansiyası məhkəməsi qeyd edilən dövlət rüsumunun ödənilməsini cavabdehdən tələb etməmişdir.
13. Kassator kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, guya borcun hissə-hissə ödənilməsi barədə cavabdeh və bank arasında razılığın olması qeyd olunsa da, həmin razılaşma məktuba əlavə olunmamışdır. Sözügedən razılaşma icra şöbəsinin icraatında olan icra işində də yoxdur. Belə bir razılaşma olmamışdır. İcra sənədi üzrə icra məmurunun “tələbin könüllü icra edilməsi barədə ” bildirişini “İcraata başlamaq haqqında qərarını” cavabdeh almamışdır. Bunun əksini təsdiq edən hər hansı sənəd isə icra işində yoxdur.
14. Kasator MPM-in 4,134.1.5,135.1 və 135.2-ci maddələrinin tələblərinin pozulması qeyd etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 363.1.3. ape llyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
19. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
20. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlmişdir ki, məhkəmənin qətnaməsi icra edilməsi üçün 19 fevral 2015-ci il tarixdə Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra ləğv prosesində olan "xxxx" ASC məhkəməyə və icra şöbəsinə ərizə ünvanlayaraq kredit borcunun ödənilməsi ilə əlaqədar Cavabdeh ilə gəlinmiş razılığı nəzərə alıb, icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmiş və bu müraciət təmin olunmuşdur. 16 noyabr 2017-ci il tarixdə ləğv prosesində olan "xxxx" ASC yenidən Nərimanov Rayon Məhkəməsinə müraciət edərək icra vərəqəsinin yenidən icraya yö nəldilməsini xahiş etmiş və 23 noyabr 2017-ci il tarixdə icra vərəqəsi təkrarən icra şöbəsinə göndərilmişdir.
26. Qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mümkün saymamışdır.
27. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi hallar cavabdehin apellyasiya şikayətinin mümkünlüyünün birinci instansiya məhkəməsi tərəfindən yoxlanılması və məsələyə hüquqi qiymət verilməsi üçün zəruridir. Kassasiya şikayətində göstərilənlər bu zərurəti aradan qaldırmamaqla apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas təşkil etmir.
28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2143/2023 nömrəli iş üzrə 21 fevral 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.