Məhkəmə qərarları › İş №2(102)-1756/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1756/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1756/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evindən istifadə hüququ 10.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaqubovçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması” tələbləri üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 2(107)-112/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilm iş kassasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X xx.xx.1992-ci ildə Cavabdeh oğlu X nikah bağlamışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışına əsasən, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evi tam olaraq Cavabdeh, həmin evin yerləşdiyi 0.06033 ha torpaq sahəsinin 1/7 hissəsinə X2, 1/7 hissəsinə X5, 1/7 hissəsinə X6, 1/7 hissəsinə X3, 1/7 hissəsinə X4 və 1/7 hissəsinə X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmı şdır.

3. X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışına əsasən, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0,0535 ha yaşayış məntəqələrinin torpaq sahəsi İddiaçı2 adına tam mülkiyyət kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əs asən, Cavabdeh mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, onlar bir ailənin üzvləridir. İddiaçı1 ana, İddiaçı2 və İddiaçı3 isə onun övladlarıdır. Onların ailəsinin başçısı X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X14 ilə İddiaçı1 21 oktyabr 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmiş və birgə nikahlarından İddiaçı2 və İddiaçı3 adlı iki övladları anadan olmuşdur. O, mərhum SX ailə həyatı dövründə, yəni iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi hazır olan vaxtdan həmin ünvanda yaşamış həmin fərdi yaşayış evi 1992-ci ilin sonlarında hazır olmuşdur. Övladlarının hər ikisi həmin ünvanda dünyaya gəlmişlər. 1992-ci ildən hal-hazıradək fasiləsiz və mübahisəsiz olaraq həmin fərdi yaşayış evində yaşamışlar. Hazırda isə cavabdeh onlara qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq evdən çıxarılmasını tələb edir. Cavabdeh onlara qarşı iddia tələbinə Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1301/2022 saylı mülki iş nəzərdə tutulur, həmin iddiaya qarşı qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Onlar hazırkı mülki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evində doğulub boya başa çatmışlar. Həmin ünvan onların əsas və daimi yaşayış yeridir. Başqa yaşayış yerləri yoxdur. Onlar hər üç iddiaçılar hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Cavabdeh mülkiyyəti altınd a olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onu da xüsusi olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə mərhum X başda olmaqla onların ailəsinin maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) onlarla bağlanmış və ödənişlərlə bağlı bildirişlər onların adları gəlir. Mübahisə predmeti olan fərdi yaşayış evi 1992-1993-cü illər arası inşa olunmuşdur. 1992-ci ilin sonlarından onların ailəsi həmin ünvanda yaşamış və Cavabdeh razılığı ilə k öçüb orada yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır.

7. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin Hüquqları Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 17 saylı Ərazi idarəsi tərəfindən Cavabdeh adına verilmiş ******* №-li xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Yevlax rayon Aran 1 qəsəbəsində yerləşən fərdi yaşayış evi tam mənada onun mülkiyyətindir. Bu barədə rəsmi çıxarışı hazırki etiraza əlavə etmişdir. Hazırki iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 onun gəlini və nəvələridir. Mülkiyyət onun olduğundan bu şəxslərin evində yaşamasını istəmir. Nəvələri İddiaçı2 Yevlax rayonu Aran 1 Qəsəbəsində fərdi yaşavış evi vardır. İddiaçı3 Bakı şəhərində mənzili var və Yevlax rayon Aran 1 qəsəbəsində adı na 0.7 sot torpaq sahəsi vardır. Ancaq buna baxmayaraq onun evində yaşayırlar və evindən çıxmaq istəmirlər. İddiaçıların hər biri evində qeydiyyatda deyillər. Çünki evinə onları müvəqqəti yerləşdirmiş, o, bütün bu prossesləri sülh yolu ilə həll etməyə çalışmışdır. Mülkiyyət hüquqları qanunla qorunur. Heç kəsə ixtiyar verilmir ki, başqasının mülkiyyətində qanunsuzluq edilsin. İddiaçı1 2006-cı ildə onunla müvəqqəti olaraq evinə gəlib. Bu müddətə qədər öz evlərində yaşayıblar. Onunla heç bir ailə təsərüfatında olmayıblar, bu gün deyillər. Özləri müstəqil ailə təsərüffatındadır. Bu səbəbdəndə onun mülkiyyətində keçmiş gəlini və uşaqlarının heç bir hüquqları mövcud deyildir. Bundan başqa bildirir ki, iddiaçıların fərdi yaşayış evi vardır. DƏDRX-nin 17 saylı Ərazi idarəsinin xx.xx.2022-ci il tar ixli məktubunda bildirilir ki, hazırkı iddiaçıların ataları X9 adına Aran qəsəbəsində 0.12 ha həyatyanı torpaq sahəsi olmuş, xx.xx.2011-ci ıl tarixində onlar tərəfindən satılmışdır. Eynilə hazırki iddiaçının həyat yoldaşı digər iddiaçıların atası olmuş X9 adına Yevlax rayonu Aran qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,30 kvm olan fərdi yaşayış evi mövcuddur. Mərhum oğlu X9 hazırki iddiaçılara 3,60 ha torpaq sahəsində payı mövcud olmuşdur ki, onuda öz oğlu digər İddiaçı2 adına onun ölümündən sonra keçmişdir. Bundan başqa həmin torpaq sahəsi üzərində İddiaçı1 da mülküyyət hüququ tanınmışdır. Digər İddiaçı2 Aran qəsəbəsində mülkiyyətində həm pay torpağı, həm də həyətyanı olan 0,0535 ha torpaq sahəsi üzərində daşınmaz əmlakı mövcuddur. Bu barədə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli reyestr qeydiyyatı mövcuddur. Bu qeyd etdiyi halları məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq edir. Hazırda mübahisələndirilən ev onun əmlakıdır. İddiaçılara heç bir hüquq verməmişdir. Sonuncuların evləri bu gündə var və Bakı şəhərində evləri var. Onun evindən onların çıxarılmalarını istəmiş, iş məhkəmənin icraatındadır. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, 1987-ci ildə həmin kəndə gəlmiş, həmin vaxt Aydın kişi evlərini təzə tikməyə başlamışdı, onun mərhum oğlu Xdə o evdə 1987 və 1988-ci illərdə fəhləlik edirdi, 1993-cü ildə Dürdanə gəlin gəlmiş, böyük oğlu xəstəxanada, 2-ci oğlu həmin evdə doğulub, tibb bacı sını o gətirmişdir. Həmin evdə mərhum Xqalırdı, yoldaşı ilə Aydın kişi fermada yaşayırdı, həmin ev tək otaq olub, sonradan gəlingil evin seyvanını hördürdü, başdan bir otaq, ayaqdan bir kuxna tikdirdi, sonra gəlin işləmək üçün Bakıya getmiş, bir müddət sonra qayıdıb gəlmiş, təzə hasar çəkdirərək bağ və darvaza salmışlar, X rəhmətə gedənnən sonra 2-3 il bundan qabaq uşaqlar kombi çəkdirmişlər, onların başqa evləri olmamış, qaçqınların binası olub orda müvəqqəti yaşayıblar.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X7 və X11 cavabdehin qonşusu olduqlarını bildirərək, şahid X15 qız ilə eyni məzmunlu ifadə vermişdir.

10. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-1717/2022 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin edilməmişdir.

11. Məhkəmə iddianın cavabdehə aid hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar ilə cavabdeh arasındakı mülki münasibətlər mübahisəli ev xx.xx.2011-ci il tarixdən dövlət qeydiyyatına alındıqdan sonra yarandığından (əmlak sözügedən vaxtadək özbaşına tikinti sayılır və mülki qanunvericilik özbaşına tikili üzrə heç bir hüquq tanımır) hazırki mübahisə həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasının – Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qəra rında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü olduğu üçün (cavabdehin mərhum oğlunun arvadı və uşaqları olmuşlar) mübahisəli evdən istifadə hüququ yaransa da, ailə münasibətlərinə X14 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən xitam verildiyi üçün iddiaçıların mübahisəli mənzildə istifadə hüququ iti rilmişdir.

12. Həmçinin məhkəmə bildirmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələblərindən göründüyü kimi iddiaçı Dilbər Hacıyevanın mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün o, cavabdeh Kubra Quluyevanın ailə üzvü və ya digər qohumu olmalıdır ki, hazırkı halda da iddiaçı cavabdeh K.Quluyevanın ailə üzvü hesab olunmur, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Bununla da, aydın olur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü və ya digər qohumu olmadığından yuxarıda qeyd edilən normalara əsasən həmin mənzilə hər hansı hüququ yoxdur.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələbi əsassızdır və təmin oluna b ilməz.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 180.1, 180.2 və 180.3-cü maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, 30.1, 30.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişlər.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə onların maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) onlarla bağlanmışdır və ödənişlərlə bağlı bildirişlər onların adına gəlir. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1992-1993cü illər arası inşa olunmuşdur. Fərdi yaşayış evinin inşası onların ailə üzvlərinin maddi vəsaiti hesabına başa gəlmişdi və 1992-ci ilin sonlarından onlar həmin ünvanda yaşamışlar. Onlar Cavabdeh razılığı ilə köçüb orada yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır. Hazırda mülkiyyətçi hesab edilən İddiaçı2 Abbas oğlu mübahisəli fərdi yaşayış evinin mülkiyyətçi olaraq öz razılığı ilə oğlu və gəlini həmin evə köçürülməsi təmin edilmişdir. Tərəflər arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Və həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərini uyğun olaraq qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edilən məhkəmə işi üzrə gəldiyi nəticəni rəhbər tutaraq hesab edirik ki, yaşayış evinin əsas inşası onların maddi vəsaiti hesabına əldə edilmişdir, lakin cavabdehin həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Həmin evin sonradan Cavabdeh adına edilməsi də buna dəlalət edir. Məhkəmə işə baxarkən MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh tərəflə onların arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Məhkəmə tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işə birtərəfli və səthi yanaşılmışdır. Cavabdeh tərəfin mənafeyi müdafiə edilmişdir. Evin inşa və təmirində iştirak etmiş əsas ustalar məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməmişl ər. Məhkəmə həmin şahidlərin iştirakının təmin edilməsi üçün məhkəmə baxışı iclasını təxirə salmamış, eyni zamanda həmin şahidlərin, yekun məhkəmə iclasında başqa şahidlərlə əvəz edilməsinə şərait yaratmamışdır.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-289/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin edilməmişdir.

18. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi h üquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə, 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X2, 1/7 hissəsi X5, 1/7 hissəsi X6, 1/7 hissəsi X3, 1/7 hissəsi X4 və 1/7 hissəsi X8 ümumi birgə mülkiyyətinə verilmişdir. Göründüyü kimi, iddiaçıların köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də sakinlərə yaşayış evlərinin tikintisi məqsədi ilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən Cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, Cavabdeh ona sahiblik etməsinə (ailəsi ilə birlikdə orada yaşamasına) indiyə kimi etiraz edilməmişdir.

20. Göründüyü kimi, evin sahibi Cavabdeh həmin əmlaka “gözlənilən mülkiyyət hüququ” olmuşdur ki, həmin hüquq əsasında da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Çıxarışla Yevlax rayonu, Aran-1 qəsəbəsində yerlə şən 0.0603 ha həyətyanı torpaq sahəsi və orada inşa olunmuş ümumi sahəsi 180.52 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyesterində tam Cavabdeh, torpaq sahəsinin isə 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X2, 1/7 hissəsi X5, 1/7 hissəsi X6, 1/7 hissəsi X3, 1/7 hissəsi X4 və 1/7 hissəsi X8 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

21. Kollegiya hesab etmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun analogiyası qaydasında Mənzil Məcəlləsinin “Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin təl əbinə əsasən isə iddia təmin olunmamalıdır.

22. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

23. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

24. Beləliklə aydın olur k i, cavabdeh iddiaçıları ailə üzvü olaraq daimi olaraq öz evinə köçürməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Yevlax rayonu, Aran qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən X1 adına olmuş ümumi sahəsi 60.30 kv.m olan fərdi yaşayış evi Yevlax şəhər İHB Aran qəsəbə sovetliyi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 145 reyestrnömrəli müqaviləsi əsasında X9 adına rəsmiləşdirilmiş, lakin vətəndaş müraciət etmədiyi üçün fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən evin hansı əsaslarla özgəninkiləşdirilməsi barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiaçı tərəfin özlərinə məxsus evləri olmuş və İddiaçı1 da öz izahatında mübahisəli evə deyil həmin evə gəlin köçdüyünü bildirmişdir.

25. Daha sonra işdə olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ara r qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Yevlax rayon Aran qəsəbə sakinləri olan İddiaçı2, İddiaçı3 və İddiaçı1 Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin 04 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 294 şəxsi hesab nömrəsi ilə qeydiyyatdadırlar və ayrı təsəttufatdırlar. İddiaçı3 adına Aran qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsi var lakin həmin torpaq sahəsində heç bir tikili yoxdur həmçinin Aran qəsəbəsində İddiaçı2 məxsus yarımçıq tikili fərdi yaşayış evi vardır. Hal-hazırda həmin mənzildə yaşayış yoxdur. İddiaçı2, İddiaçı3 və İddiaçı1 hal-hazırda Aran qəsəbəsində Cavabdeh məxsus olan mənzildə yaşayırlar.

26. Kollegiya onu da qeyd etmişdir ki, hazırda iddiaçılar cavabdehə məxsus evdə yaşayırlar. Yəni mənzilə olan tələbatlarını ödəyir lər. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri başa düşülən deyildir. Belə ki, cavabdeh tərəf onların evdən çıxarılmasına dair hər hansı bir tələblə çıxış etməmişdir. Yekunda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları mövcud deyildir. b)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Və həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərini uyğun olaraq qiymət verilməlidir. İddiaçılar hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın Dövlət reyestrindən xx.xx.2011ci il tarixli ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən Cavabdeh mülkiyyəti altında olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Və qeyd edilən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onu da xüsusi olaraq Məhkəmənin diqqətinə çatdırmışlar ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə bizim ailənin (mərhum X başda olmaqla) maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) iddiaçılar ilə bağlanmışdır və ödənişlərlə bağlı bildirişlər onların adına gəlir. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1992- 1993-cü illər arası inşa olunmuşdur. Fərdi yaşayış evinin inşası iddiaçıların ailə üzvlərinin maddi vəsaiti hesabına başa gəlmişdir.

29. Məhkəmə kollegiyası işə baxarkən MPM–nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh tərəflə iddiaçılar arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Və bizim ailə iddiaçı ailəsinin ailə üzvü olmuşuq. Məhkəmə tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-2734/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Abbasov və V.Məmmədov) kassasiya şikayəti q ismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

31. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən ona da əsaslanmışdır ki, “iddiaçılar cavabdehə məxsus evdə yaşayaraq mənzilə olan tələbatlarını ödəyirlər, iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmələri başa düşülən deyil. Belə ki, cavabdeh tərəf onların evdən çıxarılmasına dair hər hansı bir tələblə çıxış etməmişdir”. Halbuki, cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında mübahisəli evin mülkiyyətçisi olduğundan evində iddiaçıların yaşamasını istəmədiyini və çıxarılmalarına dair işin məhkəmə icraatında olduğunu açıqca bildirmişdir. Belə olan halda iddi açıların hazırkı iddianı qaldırmalarının başa düşülən olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. Bundan əlavə, qanuna əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya kollegiyası mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, mübahisə predmeti olan daşınmaz əşya ilə bağlı tərəflər arasındakı hüquq münasibətlərinin 1993-cü ildən başlaması (evin bu illərdə tikilməsi və İddiaçı1 ailəsi ilə birgə həmin vaxtdan orada yaşaması) barədə iş materiallarında çoxlu sayda məlumatlar mövcuddur. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəs indən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Kassasiya kollegiyası bildirir ki, işin müəyyən olunmuş faktiki hallarının qeyd edilən hüquq normalarının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalı, bu barədə sübutlar mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən qiymətləndirilməli, iddiaçıların sözügedən yaşayış sahəsindən istifadə etmək hüquqlarının yuxarıda göstərilən əsaslarla yarandığı müəyyən edildiyi halda iddiaya həmin maddi hüquq normaları əsasında qiymət verilməlidir. O da nəzərə alınmalıdır ki, ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüquqları qanuni əsaslarla yarandıqdan sonra daşınmaz əşyanın bu hüquqlarla yüklü olduğunu bilərək əmlakı dövlət reyestrində öz adına rəsmiləşdirən şəxsin bu yüklülüyü nəzərə almada n özünün mülkiyyət hüquqlarına istinad etməsi, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələblərinə uyğun gəlmir. Həmin normaya əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun qanuni əsaslarla aradan qalxması halı da mümkündür. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdi. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. Kollegiya hesab edir ki, bu hallar hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh öz etirazında iddiaçıların başqa yaşayış sahəsinə malik olduqlarına dair bir neçə faktiki hala istinad edir (iddiaçıların fərdi yaşayış evinin olması, ataları X adına Aran qəsəbəsində 0,12 ha həyatyanı torpaq sahəsinin olması və xx.xx.2011-ci ildə satılması, sonuncunun adına Yevlax rayonu Aran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,30 kvm olan fərdi yaşa yış evinin mövcudluğu, iddiaçıların 0,0535 ha həyətyanı və 3,60 ha pay torpaq sahəsinə malik olmaları və s.). baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən məlumatları lazımi şəkildə yoxlamamış, iddiaçıların mənzil tələbatlarını ödəmək üçün başqa yaşayış sahəsinə malik olub-olmamalarını müəyyənləşdirməmişdir. Kollegiya bildirir ki, iddiaçıların mübahisəli evdən istifadə hüquqları müəyyən edildiyi halda, cavabdehin də yuxarıda qeyd edilən dəlilləri tam və hərtərəfli şəkildə araşdırlmalı, nəticəsindən asılı olaraq iddiaçıların cavabdehin mülkiyyətində olan evə iddia etdikləri hüquqlarının başqa yaşayış yeri olması səbəbindən aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməlidir. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

32. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bunda n sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-112/2024 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Cavabdova (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab etmişdir ki, İddiaçı1, cavabdehin övladı X ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra İddiaçı1 və X başqa yaşayış sahəsinə, daha sonra isə mübahisəli fərdi yaşayış evinə köçmüşlər. Həmin vaxt ev dövlət qeydiyyatına alınmamış tikili olmuşdur. Sözügedən fərdi yaşayış evi və ev üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz ə mlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı1 əri, cavabdehin isə övladı X xx.xx.2016-cı il tarixdə vəfat etmiş, iddiaçılar bundan sonra da mübahisəli evdə yaşamağa davam etmişlər. Hazırda tərəflər arasında mübahisə doğuran hal, iddiaçı tərəfin hansı vaxtdan həmin evə köçüb yaşamaları və onların bu yaşayış sahəsinə istifadə huququnun yaranıb-yaranmamasıdır. Mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan yalnız xx.xx.2011-ci ildə keçmişdir. İddiaçı tərəfin məhkəmələrə verdikləri yazılı və şifahi qaydada verdiyi məlumatlara görə, İddiaçı1 X rəsmi nikaha daxil olduqdan sonra, mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və həmin vaxtdan bu evdə ailə üzvləri ilə birlikdə fasiləsiz yaşamışdır. Bunları bildirən iddiaçılar, öz dəlillərinin təsdiq edilməsi üçün şahid ifadələrinə istinad etmişlər.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, idddiaçı tərəfin təşəbbüsü ilə Rayon Məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, 1985ci ildəqəsəbəyə gəlmişdir. Mübahisəli ev 1993-cü ilədək mövcud olmamışdır, həmin ev 1993-cü ildə yaşayış üçün hazır olduqdan sonra iddiaçılar bu evə köçüb yaşamışlar. İddiaçılar həmçinin Bakıda da yaşamışlar. İddiaçı tərəfin təşəbbüsü ilə Rayon Məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 1986-cı ildən Aran qəsəbəsində yaşayır. Bütün Aran qəsəbəsi mübahisəli evin sahibi kimi Cavabdeh tanıyır. İddiaçı1 qaçırılandan sonra Cavabdeh qəsəbədə yerləşən başqa evinə aparılmış, toy da həmin evdə olmuş, Dürdanə o evə gəlin köçmüş və orada yaşamışdır. Sonradan isə D ürdanəni mübahisəli evə gətirmişlər. Çünki İddiaçı1 toyu olan zaman, mübahisəli ev olmamış, bir hörgü olmuşdur. Cavabdehlə birlikdə iddiaçılar da mübahisəli evdə yaşamışlar. Lakin sonuncular bu evdə fasiləsiz yaşamamış, arabir başqa yerlərdə, o cümlədən Bakı şəhərində də yaşamışlar. İddiaçı tərəfin təşəbbüsü ilə Rayon Məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, 1987-ci ildə həmin kəndə gəlmiş, həmin vaxt Aydın kişi evlərini təzə tikməyə başlamışdı, onun mərhum oğlu Xdə o evdə 1987 və 1988-ci illərdə fəhləlik edirdi, 1993-cü ildə Dürdanə evə gəlin gəlmişdir. Həmin evdə mərhum X qalırdı, yoldaşı ilə Aydın kişi fermada yaşayırdı, həmin ev tək otaq olub, sonradan gəlingil evin seyvanını hördürmüş, başdan bir otaq, ayaqdan bir mətbəx tikdirmiş, sonra gəlin işləmək üç ün Bakıya getmiş, bir müddət sonra qayıdıb gəlmiş, təzə hasar çəkdirərək bağ və darvaza salmışlar, X rəhmətə gedəndən sonra 2-3 il bundan qabaq uşaqlar kombi çəkdirmişlər, onların başqa evləri olmamış, qaçqınların binası olub, ola bilər orda müvəqqəti yaşamışlar.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlər mübahisəli fərdi yaşayış evinin 1993-cü ilədək yaşayış evi kimi mövcud olmadığını, ev yaşayış üçün yararlı vəziyyətə gətirilərək tikildikdən sonra sonra İddiaçı1 ailə üzvləri ilə birlikdə evə köçüb yaşamasını, lakin iddiaçıların bu evdə yaşayışının davamlı olmadığını, iddiaçıların başqa ünvanlarda da yaşadıqlarını göstərmiş, bununla da iddiaçı tərəfin məhkəmələrə verdiyi məlumatları (evin inşa edilmə vaxtı və iddiaçıların e və köçmələri vaxtı) təkzib etmişlər. DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş və **********85-10301 reyestr nömrəsi ilə qeydə alınmış texniki pasportda aparılmış qeydlərdən görünür ki, mübahisəli ev 2004-cü il tarixdə inşa edilmişdir. DƏDKR-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubda bildirilir ki, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla rəsmiləşdirilmiş fərdi yaşayış evinə dair texniki pasportda qeyd olunan evin tikildiyi 2004-cü il tarixi Yevlax şəhəri İHB-nın Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışına və mütəxəssis tərəfindən yenidə invertarlaşdırma işləri aparılarkən ev sahibinin evin tikilməsi ilə bağlı şifahi bildirişinə əsasən müəyyən olunmuşdur. Ərazi İdarəsinin arxiv materiallarında sözügedən fə rdi yaşayış evinin 1992-ci ildən 2011-ci ilədək olan müddətdə hüquqi statusu barədə məlumat aşkarlanmamışdır. Evin inşa edilməsi və iddiaçıların həmin evə köçüb yaşaması vaxtı ilə bağlı təqdim olunmuş sübutlara qiymət verən Məhkəmə bildirir ki, iş üzrə tərəflərin izahatları, şahid qismində dindirilmiş şəxslərin ifadələri yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Lakin evin 1992-ci ildə tikilməsi və elə həmin vaxt İddiaçı1 əri ilə birlikdə mübahisəli evə köçüb yaşamaları barədə iddiaçı tərəfin bildirdikləri və ya evin 1993-cü ildə inşa edilərək iddiaçıların həmin evə köçmələri barədə məlumatlar, işdə olan yazılı sənədlərlə - evə dair səlahiyyətli dövlət orqanı tərəfindən tərtib edilmiş və dövlət qeydiyyatına alınmış texniki pasport ilə təkz ib edilir. Qeyd olunan yazılı sənəddə evin 2004-cü ildə inşa edildiyi göstərilmişdir. İddiaçılar bu halı təkzib edən daha mötəbər sübutu məhkəməyə təqdim etməmişlər.

36. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, evin dövlət qeydiyyatına alınması ilə bağlı sənədləşdirilmə işləri aparıldığı vaxt (2011-ci il) cavabdehin övladı X sağ olmuş, iş üzrə tərəflər arasında hər hansı mübahisə, o cümlədən fərdi yaşayış evi ilə bağlı mübahisə, münaqişə olmamış, onların münasibətləri normal olmuşdur. Başqa sözlə desək, mübahisəli evin inşası vaxtı və evin əsl sahibi ilə bağlı Cavabdeh dövlət orqanlarına həqiqətə uygun olmayan məlumat verməsi üçün heç bir əsas olmamışdır.

37. Beləliklə də işdə olan sübutlara Məhkəmə hüquqii qiymət verərək belə nəticəyə gəlir ki, mübahisəli fərdi yaşayış evi 2004-cü ildə inşa edilmiş və iddiaçılar bu evə ev inşa edildikdən sonra(cavabdehin bildirdiyinə görə 2006-cı il) köçmüşlər. İddiaçılar mübahisəli fərdi yaşayış evinə köçdükləri zaman ev dövlət qeydiyyatına alınmamış, Cavabdeh evin mülkiyyətçisi olmamış, ev onun sahiblik və istifadəsində olmuşdur. Ev xx.xx.2011-ci il tarixdən Cavabdeh tam mülkiyyət hüququ əsasında, evin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında sonuncunun və onun digər ailə üzvlərinin adına dövlət qeydiyyatına alınmışdır. Mübahisəli ev cavabdehin və hazırki iş üzrə tərəf olmayan ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa edilmişdir. Hansı ki, həmin torpaq sahəsi cavabdehin mülkiyyətinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 58 saylı qərarı ilə ve rilmişdir(Torpağın mülkiyyətə verilməsinə dair JN-072A KOD 90100016 saylı Şəhadətnamə). Göründüyü kimi cavabdeh mübahisəli evə gözlənilən mülkiyyət hüququna malik olmuş və bu huququnu 2011-ci ildə dövlət qeydiyyatına aldırmışdır.

38. Məhkəmə hesab edib ki, iddiaçılar mübahisəli fərdi yaşayış evində fasilərlə halhazıradək yaşasalar da, həmin ev dövlət qeydiyyatına alınanadək iddiaçılar yaşayış sahəsindən istifadə hüququ qazanmamışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaklara dair bütün hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir. 39. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması M.Bəylərovun mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsu silə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

40. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Tərəflər arasındakı mövcud mülki mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Çünki artıq qeyd olunduğu kimi, mübahisəli fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ 2011-ci ildə dövlət qeydiyyatına alınmışdır.

41. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbindən göründüyü kimi İddiaçı1 Cavabdeh mərhum oğlu X arvadı, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 isə mərhumun övladlarıdır. Mübahisəli fərdi yaşayış evi və Cavabdeh həmin ev üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra iddiaçılar mülkiyyətçinin ailə üzvləri kimi yaşayış sahəsindən istifadə hüququ qazanmışlar.

42. Azərbaycan Respublikasının Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, iddiaçıların istifadə hüququnun yaranıb-yaranmaması ilə yanaşı, həmçinin iddiaçılara məxsus başqa yaşayış sahələrinin olub-olmamasının araşdırılmasının zəruri oldğunu qeyd etmişdir. Ali Məhkəməsinin həmin göstərişinin icrası ilə bağlı Məhkəmə tərəfindən iddiaçıların adına daşınmaz əmlakların olub-olmaması barədə DƏDKR-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müvafiq sorğu göndərilmişdir. DƏDKRnin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-4374/2023 saylı məktubunda aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı2 Yevlax rayonu, Ar an qəsəbəsində yerləşən həyətyanı 0,0535 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İddiaçı3 Yevlax rayonu, Aran qəsəbəsində yerləşən həyətyanı 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3,60 ha torpaq sahəsi üzərində İddiaçı2 2/4 hissə, İddiaçı3 1/4 hissə, İddiaçı1 1/4 hissədə olmaqla mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Aran qəsəbə sovetliyinin 2 saylı reyestr kitabının 9-cu səhifəsinə əsasən Yevlax rayonu Aran qəsəbəsində yerləşən ümumi sah əsi 60,3 kv.m olan fərdi yaşayış evi xx.xx.1992-ci il tarixində 34 a reyestr nömrəsi ilə X25 (iddiaçıların atası və əri) oğlunun adına qeydiyyata alınmışdır.

43. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddiaçıların adlarına Aran qəsəbəsi ərazisində pay torpağı ilə yanaşı, İddiaçı3 və İddiaçı2 ayrı-ayrılıqla həyətyanı torpaq sahələrinin məxsus olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Aran qəsəbə sovetliyi tərəfindən mərhum X adına Aran qəsəbəsində yerləşən ümumi sahəsi 60,3 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Başqa sözlə desək, iddiaçılar İddiaçı3 və İddiaçı2 mülkiyyətində həyətyanı torpaq sahələri, İddiaçı3 məxsus torpaq sahəsi üzərində fərdi yaşayış evi, eyni zamanda İddiaçı1 əri, iddiaçılar İddiaçı2 və İddiaçı3 mərhum ataları X adına yaşayış evi var dır ki, bu hal iddiaçıların yaşayış sahəsinə ehtiyaclarının qarşılanmasına imkan verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

44. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır və həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərini uyğun olaraq qiymət verilməlidir. İddiaçılar hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011ci il tarixli ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən Cavabdeh mülkiyyəti altında olan fərdi yaşayış evində istifadə hüquqları vardır və və qeyd edilən fərdi yaşayış evi xx.xx.2011- ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onu da xüsusi olaraq Məhkəmənin diqqətinə çatdırmışlar ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə bizim ailənin (mərhum X başda olmaqla) maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) iddiaçılar ilə bağlanmışdır və ödənişlərlə bağlı bildirişlər onların adına gəlir. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1992- 1993- cü illər arası inşa olunmuşdur. Fərdi yaşayış evinin inşası iddiaçıların ailə üzvülərinin maddi vəsaiti hesabına başa gəlmişdir.

46. Məhkəmə kollegiyası işə baxarkən MPM–nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh tərəflə iddiaçılar arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Və bizim ailə iddiaçı ailəsinin ailə üzvü olmuşuq. Məhkəmə tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəmələri maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin təmin olunmmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericili klə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

49. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublik ası Mənzil Məcəlləsi

50. Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 51. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətini n yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tər əfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

63. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

64. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təq dim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

65. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu ü çün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 2(107)-112/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar