Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1758/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il № 2(102)-1758/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi i lə (hakim R.Səmədov, iş № 2(006)-xx/18) iddiaçı «xxxx» İKB ASC-nin Cavabdeh qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 15760,09 ABŞ dollar, faiz borcu üzrə 8123,29 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları olmaqla, cəmi 23893,38 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, 10 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi alınaraq, iddiaçı “xxxx” İKB ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 70,75 kv.m ümumi, 25,39 kv.m yaşayış, 45,36 kv.m yardımçı sahədən ibarət 143A nömrəli evin 155A nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 83000 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan mənzilin satıldıqdan bir ay sonra Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 manat məbləğində pulun C avabdeh tutularaq “xxxx” İKB ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.İmanov, iş № 2(103)xx/18)Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» İKB ASC-nin Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,Cavabdeh “xxxx” İKB ASCnin xeyrinə 2015-ci il 07 avqust tarixli kredit müqaviləsi üzrə 15760,09 ABŞ dolları əsas borc, 8123,29 ABŞ dolları faiz borcu və 242,34 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 24125,72 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 70,75 kv.m ümumi, 25,39 kv.m yaşayış, 45,36 kv.m yardımçı sahədən ibarət 143A nömrəli evin 155A nömrəli mənzilin ə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 70,75 kv.m ümumi, 25,39 kv.m yaşayış, 45,36 kv.m yardımçı sahədən ibarət 143A nömrəli evin 155A nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barəd ə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx xxx 2015-ci il tarixli, 6-G1-1-0-905-15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 07.08.2015-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu 9 cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən, 1 otaqlı, 70,75 kv.m ümumi, 25,39 kv.m yaşayış, 45,36 kv.m yardımçı sahədən ibarət 143A nömrəli evin 155A nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 85000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh müqavilə ilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 15760,09 ABŞ dolları, faiz borcu 8123,29 ABŞ dolları, cərimə 242,34 ABŞ dolları, cəmi borc isə 24125,72 ABŞ dolları təşk il edir. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin ləğv edilməsi və əsas və faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı və iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 421, 423, 739, 741, 462 və 467-ci maddələrinə əsaslanaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsinin dəyişdirilməsi barədə tələb irəli sürülməmişdir. Ona görə də, manatın devalvasiyası və s. bununla bağlı dəlillər mübahisəyə təsir etmir. Cavabdehin maddi vəziyyəti isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsi nə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun hissə-hissə ödənilməsi məsələsi isə qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməkdə haqlı olmuş, məhkəmənin gəldiyi nəticə işin müəyyən edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsas sız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-1758/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1758/2019
05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver