Məhkəmə qərarları › İş №2(102)-1758/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1758/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1758/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 06.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5867/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Cavabdeh 01.02.2018-ci il tarixli ərizəsindən görünür ki, o, 01.02.2018-ci ildə İddiaçı 20500 (iyirmi min) ABŞ dolları borc pul götürmüşdür. O, həmin pulu 4 ay ərzində hər ayın sonunda 5125 (beş min yüz iyirmi beş) ABŞ dolları olmaqla ödəməklə31.05.2018-ci ilin sonuna qədər üstünə düşən öhdəliyi yerinə yetirməyi öhdəsinə götürmüşdür

2. Cavabdeh öhdəliyi pozaraq iddiaçıya olan 20500 ABŞ dollar borcunu qaytarmamışdır.

3. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 oktyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir İş üzrə qəbul edilmi ş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20500 ABŞ dolları məbləğində pulun ödənildiyi gün Azərbaycan manatına məzənnəsi ilə və ödədiyi dövlət rüsumu olan 30 manatın, cəmi 20530 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 01 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Zərifə Əliyeva adına istirahət parkında onu iş qurmaq, yəni Türkiyədən paltar gətirmək adı ilə aldadaraq, 20500 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir, lakin aralarında olan yazılı razılaşmaya əsasən hər ay 5125 (beş min bir yüz iyirmi beş) ABŞ dollar olmaqla 4 ay müddətində həmin pulu qaytarma lı olduğu halda bu günə qədər həmin pulu qaytarmamışdır. Həmin razılaşma şahidlər X2 və X1 iştirakları və imzaları ilə öz aralarında yazılı qaydada rəsmləşdirilmişdir. Cavabdehin ondan götürdüyü pulu indiyə qədər qaytarmaması müstəntiqin “cinayət işinin başlanmasırədd edilməsi haqqında” 18 oktyabr 2018-ci il tarixli qərarından da görünür. 6. 01.07.2019-cu il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh 20500 (iyirmi min beş yüz) ABŞ dolları məbləğində pulun ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə və ödədiyi 30 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 mart 2020-ci il tarix li qətnaməsi ilə (hakim B.Qaslmov, iş N 2(007)-1334/19) iddia təmin edilmiş, Cavabdeh qətnаmənin icrа оlunduğu günə оlаn Аzərbаycаn mаnаtı məzənnəsi ilə 20500 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh istinad etdiyi 01.02.2018-ci il tarixli qəbz onun tərəfindən hədə-qorxu altında imzalanması, təzyiq altında borcunu etiraf etməsini, həmçinin Nizami rayon İcra və probasiya şöbəsində izahat verərkən icra məmurunun təzyiqi nəticəsində icra vərəqəsi üzrə nəzərdə tutulmuş borc məbləğini ödəyəcəyinə söz verməsinə dair məhkəməyə hərhansı bir mötəbər sübut təqdim etməmiş, həmçinin cavabdeh tərəfindən qeyd edildiyi kimi təzyiq ə məruz qalması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 425, 427, 442, 448, 739.1, 740-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1, -cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5867/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(007)- 1334/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışd ır.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apelyator borcun alınmasını təsdiq edən yazılı sənədi təzyiq altında tərtib etdiyini və imzaladığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur

15. Kassasiya şikayətin də irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

18. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

22. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

23. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) 24. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanılır. (maddə 740.2)

25. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

26. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

27. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Mülki Prossesual Məcəllə

28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

29. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

31. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-5867/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar