Məhkəmə qərarları › İş №2(102)-176/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-176/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-176/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh4 MMC-yə qarşı “kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili xxx oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)381/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 08 avqust 2017-ci il tarixli, **********16517 nömrəli Kredit müqaviləsi ilə ASC "xxxx" Bankı tərəfindən Cavabdeh4 MMC-yə 18 ay müddətinə, illik 12 faiz hesablanmaqla 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq 08 avqust 2017-ci il t arixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 86,0 kv.metr ümumi, 63,3 kv.metr yaşayış, 22,7 kv.metr yardımçı sahədən ibarət olan, 3 otaqlı 39 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. "xxxx" MMC-nin 09 dekabr 2019-cu il tarixli rəyinə əsasən ünvan 1, 39 nömrəli mənzilin bazar dəyəri 170000 manat, likvid dəyəri 161500 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC "xxxx" Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh4 MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə ə sasən iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 08 avqust 2017-ci il tarixli **********16517/İM №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 86,0 kv.m ümumi, 63,3 kv.m. yaşayış, 22,7 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı 39 nömrəli mənzilə tutmanın yönəldilməsi və 08 avqust 2017-ci il tarixli **********16517 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh4 MMC-nin iddiaçı ASC "xxxx" Bankı qarşısında 41000 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, kreditin verilməsi müddətinin bitdiyi 08 fevral 2019-cu il tarixədək kreditdən istifadəyə görə illik 12% dərəcəsi ilə hesablanmış 917,36 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 26 dekabr 2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 5654,92 ABŞ dolları məbləğində penya, 08 fevral 2019-cu il tarixdən 26 dekabr 2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 1836,08 ABŞ doları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 49408,36 ABŞ dolları məbləğində pul vəsaitinin və 26 dekabr 2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində çəkilmiş xərclərin ipoteka predm etinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçıya borcu yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(009)142/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tutma birbaşa deyil, öhdəliklərini yerinə yetirməyən şəxsə (borc alana) onunla bağlanmış kredit müqaviləsinin şərtləri və mülki qanunvericiliyin tələblərinə əsasən birlikdə qaldırılmalı idi. İddiaçının borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə borcun Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus mənzilə yönəldilməsi, həmin əmlakın satışı ilə bağlı iddiaçının yaranmış borcla bağlı bütün tələblərini ödəsə də belə, bu halda borc alan mülki məsuliyyət daşımasından bir növ azad olur və beləliklə də, borc alanın öhdəliklərinin təminatı ilə bağlı ipoteka qoyan şəxs maddi məhrumiyyətlərə məruz qalır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC "xxxx" Bankı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(009)-142/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)381/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndə rovdan və E.C.Kazımovdan ibarət tərkibdə) iddiaçı ASC "xxxx" Bankının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(009)-142/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin edilməsi, 08 avqust 2017-ci il tarixli ipoteka müqaviləsi üzrə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 86,0 kv.m ümumi, 63,3 kv.m. yaşayış, 22,7 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 39 saylı mənzilə tutmanın yönəldilməsi və 08 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-nin “xxx” qarşısında 37886,78 ABŞ dolları məbləğində əsas kredit borc, 08 fevral 2019-cu il tarixdən 26 dekabr 2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi kim i 789,31 ABŞ dollarının və 1894,34 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 40570,42 ABŞ dolları məbləğində borcun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), dövlət rüsumunun əvəzi kimi 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində pulun iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 161500 manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti olan mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, onların ailə üzvlərinin və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda məcburi qaydada mənzildən çıxarılmaları, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.5, 59.3-cü maddələrinə istinad edərək göstərmişdir ki, qanunverici heç bir halda ipoteka predmetinə tutma yönəldilməsi imkanını ilk növbədə əsas öhdəlik üzrə borcluya qarşı tələbin irəli sürülməsi ilə şərtləndirməmişdir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh4 MMC-nin 08 fevral 2019-cu il tarixə (müqavilənin bitmə tarixi) banka olan əsas borcu 41866,38 ABŞ dolları, faiz borcu isə 1093,19 ABŞ dolları, 08 fevral 2019-cu il tarixə illik 5%-lə hesablanmaqla banka olan əsas borcu 37866, faiz borc u isə 789,31 ABŞ dolları məbləğində müəyyən olunur. Apellyasiya icraatı zamanı iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 08 may 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh4 MMC-nin 08 fevral 2019-cu il tarixədək (müqavilənin bitmə tarixi) banka olan əsas borcu 41886,38 ABŞ dolları, faiz borcu isə 1093,19 ABŞ dolları olmaqla, cəmi borcu ******* ABŞ dolları təşkil edir. 26 dekabr 2019-cu il tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitmə tarixi) illik 5%-lə hesablanmaqla banka olan əsas borcu 37886, faiz borcu 789,31 ABŞ dolları olmaqla, cəmi borcu 38676,09 ABŞ dolları məbləğində müəyyən olunur. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından və məhkəmə-mühasibatlıq ekspertizasının rəylərindən görünür ki, kredit müqaviləsinin müddəti 08 fevral 2019-cu i l tarixdə başa çatmış və həmin dövrə Cavabdeh4 MMC-nin ASC "xxxx" Bankına 41866,38 ABŞ dolları məbləğində əsas borcu və 1093,18 ABŞ dolları məbləğində müqavilə üzrə faiz borcu olmuşdur. Müqavilə müddəti başa çatdıqdan sonra 26 dekabr 2019-cu il tarixədək, yəni iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi günədək kredit müqaviləsi üzrə 6000 manat məbləğində ödəniş edilmiş, həmin məbləğdən 3979,6 ABŞ dolları məbləğində hissəsi əsas kredit borcuna, 2020,4 manat hissəsi faiz borcuna silinmiş, əsas borcdan 37886,78 ABŞ dolları, faiz borcundan isə 789,31 ABŞ dolları məbləğində borc qalmışdır. Ödəniş cədvəlindən görünür ki, müqavilə müddəti başa çatandan sonra 26 dekabr 2019-cu il tarixədək 5 faiz dərəcəsi ilə, cəmi 1716,54 ABŞ dolları məbləğində borc hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi mühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırıldığından, həmin ekspert rəyini sübut növü kimi qəbul etmiş və hesab etmişdir ki, Cavabdeh4 MMC-nin ASC "xxxx" Bankına əsas borcunun məbləği 37886,78 ABŞ dolları, müqavilə müddətinə 12 faizlə hesablanmış borcunun məbləği 0 manat, müqavilə müddəti başa çatandan iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi 26 dekabr 2019-cu il tarixə 5 faiz dərəcəsi ilə hesablanmış borc 789,31 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Penyanın məbləğində gəldikdə, apellyasiya məhkəməsi hesab etmişdir ki, 5654,92 ABŞ dolları məbləğində penya kifayət qədər yüksək olduğundan, penyanın məbləği azaldılaraq əsas borcun 5 faizi məbləğində, yəni 1894,34 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, 26 dekabr 2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 faiz dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması kimi tələb qeyri-müəyyən olmaqla təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" Bank ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)-381/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərinə istinad etməklə, faiz borcu üzrə tələbi rədd etməklə, MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə ekspert rəyində müəyyən olunmuş məbləğlə iddiaçının tələb etdiyi məbləğ arasında uyğunsuzluğun olmasını nəzərə almamış, təkrar ekspertiza təmin etməmişdir. Həmçinin məhkəmə kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən iddia tələbi irəli sürüldüyü tarixədək illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın cavabdehdən tutulması ilə bağlı hissədə i ddiaçının tələblərinin hüquqi əsası ilə razılaşsa da, həmin hissədə də əsassız olaraq ekspert rəyini əsas götürərək iddianı qismən təmin etmişdir. Bundan əlavə apellyasiya məhkəməsi əsassız olaraq penya üzrə borcu azaltmışdır. Nəhayət məhkəmə iddia tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə hesablanacaq əldən çıxmış faydanın və penyanın ipoteka predmetinin dəyərindən tutulması barədə bankın tələbini rədd etməklə, Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilmə sini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Cavabdeh4 MMC nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddiaçının mübahisələndirdiyi hissələr üzrə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini i cra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tə nasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tə rəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə üçüncü şəxsin iddiaçının qarşısında olan borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən iddiaçı borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, a lternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi iddiaçı tərəfin vəsatətini təmin edərək iş üzrə təkrar ekspertiza təyin etmiş və alınan rəy ilkin rəyə uyğun olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsdən iddiaçının xeyrinə tutulmalı olan əsas, faiz və əldən çıxmış fayda üzrə borcunun məbləğini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələ blərinə riayət etmişlər. Kassasiya şikayətinin digər hissələri, yəni penya məbləğinin əsassız olaraq silinməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində dəbbə pulu borcunu azaltmışdır. Məhkəmənin müəyyən etdiyi cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur. Nəhayət məhkəmə kollegiyası razılaşır ki, iddia tələbi “26 dekabr 2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 faiz dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutu lması” hissəsində qeyrimüəyyəndir və hazırki qaydada təmin edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahsələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC "xxxx" Bankı tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)381/2021 nömrəli qətnaməsini iddiaçı tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar