Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1762/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Nikoil” İKB-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2018-ci il tarixli, 2(103)-10734/2018 saylı qətnaməsindən iddiaçı “Nikoil” İKB-nin Hüquq Departamentinin direktoru X3 və vəkili Vəkil tərəfindən verilmiş k assasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Rufan Mürsəlov) 2(002)-2191/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və Zamin qızından müştərək qaydada 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş 3693,14 ABŞ dolları əsas borc, 4196,80 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu, cəmi 7989,94 (yeddi min doqquz yüz səksən doqquz ABŞ dolları doxsan dörd sent) ABŞ dolları (ödənildiyi zaman manata məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı İKB ASC-nın xeyrinə ödənilməsi, 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik ed ən və məruzəçi Elşən Kazımov, hakimlər Tofiq Səmədov, İkram Şirinov) 19 oktyabr 2018-ci il tarixli 2(103)-10734/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2191/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi cavabdeh Zamin münasibətdə və faiz borcunun məbləği hissəsində ləğv edilərək iddia tələbi Zamin münasibətdə təmin edilməmiş, Cavabdeh alınmalı olan faiz borcunun məbləği 2350,13 ABŞ dolları, əsas və faiz borcun, cərimənin cəmi isə 6143,27 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı “Nikoil” İKB-nin Hüquq Departamentinin direktoru X3 və vəkili Vəkil tərəfindən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. İddiaçı “Ni koil” İKB-nin İdarə Heyətinin sədri Nikoloz Şurqaia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki iş üzrə iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə bankın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması, bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanun vericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və y a tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamand a iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq idd ianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iddiaçı “Nikoil” İKB-nin İdarə Heyətinin sədri X iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli 2(103)-10734/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Nikoil” İKB-nin iddiasından imtinası qəbul edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10734/18 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “Nikoil” İKB-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1762/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1762/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver