Məhkəmə qərarları › İş №2(102)-1762/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1762/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1762/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi 07.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 2(103)7746/2022 saylı qətnaməsindən İddiaçı İB-nin verdiyi kassasiya şikayəti üzrə işə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Paylayıcı İddiaçı İB ilə istehl akçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 29 avqust 2017-ci il tarixli, 03/23672 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı tərəfindən cavabdehə 26 oktyabr 2016-cı il tarixli ******* saylı, 28 dekabr 2016-cı il tarixli ******* saylı, 25 yanvar 2018-ci il tarixli ******* saylı, 19 mart 2018-ci il tarixli ******* saylı, 21 aprel 2018-ci il tarixli ******* saylı, 31 may 2018-ci il tarixli ******* saylı, 22 iyun 2018-ci il tari xli ******* saylı, 26 iyul 2018-ci il tarixli ******* saylı, 28 avqust 2018-ci il tarixli ******* saylı, 26 sentyabr 2018-ci il tarixli ******* saylı, 31 oktyabr 2018-ci il tarixli ******* saylı, 30 noyabr 2018-ci il tarixli ******* saylı, 28 dekabr 2018-ci il tarixli ******* saylı, 31 yanvar 2019-cu il tarixli ******* saylı, 28 fevral 2019-cu il tarixli ******* saylı, 29 mart 2019-cu il tarixli ******* saylı, 30 aprel 2019-cu il tarixli ******* saylı, 30 may 2019-cu il tarixli ******* saylı, 28 iyun 2019-cu il tarixli ******* saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı, 30 avqust 2019-cu il tarixli ******* saylı, 30 sentyabr 2019-cu il tarixli ******* saylı, 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* sa ylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı, 05 aprel 2020-ci il tarixli ******* saylı, 30 may 2020-ci il tarixli ******* saylı, 30 iyun 2020-ci il tarixli ******* saylı, 30 iyul 2020-ci il tarixli ******* saylı, 31 avqust 2020-ci il tarixli ******* saylı, 30 sentyabr 2020-ci il tarixli ******* saylı aktlar əsasında 6.367,7 manat borc hesablanmış, həmçinin 285.7 manat istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaz üçün borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 6.653,40 manat zərərin, və ödənilmiş 30 mana t dövlət rüsumu, olmaqla cəmi 6683,40 manat pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 29 avqust 2017-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında iddiaçı cavabdehə məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana iddiaçının Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazda n istifad qaydaları”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayn şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsı olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazda oanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar iddiaçı təş kilatın əməkdaşları tərəfindən foto şəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı iddiaçı təşkilatın əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Tərtib edilmiş 26 oktyabr 2016-cı il tarixli ******* saylı akt əsasında 183,50 manat, 28 dekabr 2016-cı il tarixli ******* saylı akt əsasında 184,20 manat, 25 yanvar 2018-ci il tarixli ******* saylı akt əsasında 832,40 manat, 19 mart 2018-ci il tarixli ******* saylı akt əsasında 387,80 manat, 21 aprel 2018-ci il tarixli ******* saylı akt əsasında 208,40 manat, 31 may 2018-ci il tarixli ******* saylı akt əsasında 153,60 manat, 22 iyun 2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 26 iyul 2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 28 avqust 2018 -ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 26 sentyabr 2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 31 oktyabr 2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, 30 noyabr 2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat, 28 dekabr 2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 31 yanvar 2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, 28 fevral 2019-cu il tarixli ******* saylı akt əsasında 66,60 manat, 29 mart 2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30 aprel 2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30 may 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28 iyun 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31 iyul 2019-cu il tarixli ******* saylı akt əsasında 3 2,40 manat, 30 avqust 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 sentyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29 noyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28 fevral 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 05 aprel 2020-ci il tarixli ******* saylı akt əsasında 49,20 manat, 30 may 2020-ci il tarixli ******* saylı akt əsasında 356,40 manat, 30 iyun 2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30 iyul 2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 31 avqust 2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30 sentyabr 2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, cəmi 5.928,50 manat zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 27,60 manat, əvvəlki illərdən isə 439,20 manat, sayğac üzrə isə 258,10 manat borcu qalmışdır. Məlumat üçün bildirilmişdir ki, cavabdeh 2010-2020-ci illər ərzində 10 ilə təbii qaza cəmi 90 manat pul ödəmişdir. Dəfələrlə qaz təminatı dayandırılmış (bu barədə kəsim aktları tərtib olunmuşdur), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinə də ziyan vurmuşdur). Cavab dehin iddiaçıya ödənilməli borc məbləği hazırda saldo üzrə ümumi 6.653,40 manat təşkil edir. İddiaçı təşkilatın nümayəndələri tərəfindən cavabdehə borcun könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və iddiaçıya dəymiş maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Daha sonra iş üzrə cavabde hin qiyabi qətnamənin ləğvinə dair ərizəsi əsasında həmin məhkəmənin 16 avqust 2022-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan qiyabi qətnamə ləğv edilmiş və iddiaya mahiyyəti üzrə baxılması davam etdirilmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdi ki, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə 2011-ci ildən 2020-ci ilədək aktlar tərtib olunmuşdur. Həmin aktlardan yalnız 2016-ci il tarixdə tərtib edilmiş aktları qəbul edir. Belə ki, 2016-ci ilin qış aylarında qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Həmin xətt aşkar edilərək kəsildikdən sonra o, qeyri-qanuni xəttdən istifadə etməmişdir. Sonrakı aktlar uydurma aktlardır və onun həmin aktlar barəsində heç vaxt məlumatı olmamışdır. Onun ümumiyyətlə yaşadığı evlə bağlı aktların tərtib edilməsi barədə məlumatı olmamış, iddiaçının əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilməmişdir. Həmin aktlar barəsində yalnız iş üzrə qiyabi qətnaməni əldə edəndən sonra məlumatı olmuşdur.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(003)2994/2022 saylı qətnaməsi ilə (hakim S.Bəhrəmzadə) iddia qismən təmin edilərək, cavabdehdən 653,4 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın tələblərindən göründüyü kimi qan unsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

10. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2011-ci ilin noyabr ayından 2020-ci ilin sentyabr ayınadək təbii qazdan kənar xətt vasitəsi lə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür.

11. Məhkəmə araşdırması zamanı isə 2018-2020-ci illərdə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin X2nın pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməy ə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, 2018-2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış və tələb olunan zərər (borc məbləği) əsassızdır.

12. Bundan başqa 2011 ilin noyabr ayında və 2012-ci ilin dekabr ayında akt əsasında hesablanmış 147,60 manat və 291,60 manat məbləğində, cəmi 439,2 manat borcun hansı əsaslarla cavabdehin abonent hesabına hesablanması, həmin borcun nədən yaranması barədə sübutlar məhkəməyə təqdim edilməmiş, həmin borcun yaranmasına səbəb olmuş halların, həmin borcların cavabdehin abonent hesabına əsaslı olaraq hesablanmasını mülki iş materialları ilə də müəyyən edilməsi mümkün deyil. Odur ki, məhkəmə hesab etmişdir ki, 439,2 manat borcun cavabdehdən abonent hesabına hesablanaraq ondan tələb edilmə si əsassızdır.

13. Eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatını, onun tərəfindən qəbul edilmiş aktları, yəni 2016-cı ildə tərtib edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə məhkəmə hesab etmişdir ki, həmin aktlar əsasında qazın itkisinə görə dəymiş zərərin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh həmin hissədə etirafedici izahat verməklə iddiaçını bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. İş materiallarında olan həmin ildə tərtib edilmiş aktlardan və abonent saldosundan görünür ki, 2016-cı ildə tərtib edilmiş aktlar əsasında cavabdehin abonent hesabına cəmi 367,70 manat borc hesablanmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdeh tərəfindən istifadə edilmiş, lakin dəyəri ödənilmiş qaza görə qalıq qalmış 285.7 manat pul da cavabdehdən tutulmalıdır.

14. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 14.1, 21, 21.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 20, 21.1-ci maddələrinə, MPM-in 77, 14.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5, 6.6, 6.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətna mə qəbul edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 77, 88, 97, 202, 217.1-ci maddələrinə, habelə Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 6.2ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci bəndinə istinadən qeyd edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. İddiaçı təşkilatın əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacında n kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmamış, təqdim edilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə cavadehdən sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Həmçinin məhkəmə tərəflərindən tərtib edilmiş aktların şübhəliyini aradan qaldırmaq və ya işin hallarının həqiqiliyini müəyyən etmək üçün qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən istifadə edə bilərdi. Nədənsə məhkəmə qətnaməni öz mülahizələri əsasında tərtib etmişdir.

17. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 2(103)-7746/2022 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski sədrlik edən, məruzəçi, A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(003)-2994/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinə qiymət verilməsini hazırkı apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

19. Cavabdehin pozuntu törətməsi (qa zın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, iddiaçı tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblər irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır.

20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2nın təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 saylı qərarına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542-ci maddə lərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Şikayət onunla əs aslandırılmışdır ki, birinci insitansiya məhkəməsi yalnız cavabdehin izahatı ilə kifayətlənmiş, onun izahatının doğru və ya yalan olması faktını təsdiq edəcək digər sübutlarla izahatda göstərilənlərin uyğunluğunu yoxlamamış, cavabdehin izahatını digər sübutlarla əlaqələndirməmiş, cavabdeh tərəfi 2018-2020-ci illər tarixində (2016-cı il istisna) qazdan qanunsuz istifadə etdiyi üçün iddiaçıya vurmuş olduğu maddi zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən və digər təqsirli pozuntularına görə mülki hüquqi məsuliyyətdən qanunsuz olaraq azad etmişdir. Cavabdehin qanunsuz çəkdiyi qaz xətti hər dəfə iddiaçı təşkilatın əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın cavabdehə məxsus ünvana verilişi isə dayandırılmışdır. İddiaçı təşkilatın əməkdaşları tərəfindən görül müş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzi qanunvericiliyə uyğun olaraq ondan tələb edildiyindən və ona veriləcək təbii qazın axımı iddiaçı təşkilat tərəfindən dayandırıldığından, abonent təkrar-təkrar qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz şəkildə yenidən istifadə etmişdir. Cavabdeh şəxs qaz xəttinə yalnız 2016-cı ilin qış fəslində qanunsuz qoşulduğunu etiraf etməklə əslində ədalət mühakiməsini aldatmış, iş üzrə həqiqi halları məhkəmədən gizlətmək məqsədi güdmüş, məhkəmə isə həmin etirafı qəbul edərək iddia tələbini təbii qazdan qanunsuz istifadə ilə bağlı hissədə yalnız 10/2016 və 12/2016-cı illər dövrü üzrə əsaslı hesab etmişdir. Məhkəmə yalnış o laraq yalnız cavabdehin etirafedici izahatı ilə kifayətlənmiş, iş materiallarına əlavə edilmiş digər sübutlarla (abonentin ödəniş cədvəlləri ilə, fotoşəkillərlə və s.) aktların tərtib edildiyi 20182020-ci illər tarixində cavabdeh tərəfin qaz xəttinə qanunsuz qoşulub-qoşulmadığını ümumi qaydada araşdırmamış və istifadəsində olan smart qaz sayğacı üzrə təbii qazdan normal qaydada istifadə edib-etməməsini müəyyən etməmişdir. Cavabdeh ona məxsus ünvanda 2011-ci ildən 2020-ci il tarixədək smart qaz sayğacı istifadəçisi olmuşdur. Həmin 9 il ərzində cəmi 25 manat ödəniş etmiş, 2018-2020-ci illər tarixi ərzində tərtib edilmiş və hazırda mübahisələndirilən aktlar dövründə ümumiyyətlə smart qaz sayğacı üzrə ödəniş etməmişdir. İşə baxan məhkəmələr, cavabdehin adına iddiaçının qeydiyyata alınmış smart qaz sayğacın abonent saldosunu tədqiq etməmiş, abonent saldosuna hüquqi qiymət verməmiş, cavabdehin etirafedici izahatını abonentin saldosunda göstərilən ödəniş əməliyyatları ilə ümumi qaydada araşdırmamış və cavabdehin etirafedici izahatında göstərilənlərin abonent saldosu ilə uyğunluğunu yoxlamamışdır. Məhkəmələr, abonentin saldosunu sübut qismində qəbul etməmələrinin səbəbini də məhkəmə aktında izah etməmişlər. Birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı öz mövqeyini mülki iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, fotoşəkillər, abonent saldoları, cavabdehin etirafedici izahatı və s.) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları mübahisələndirməyə belə çalışmamış, iddiaçı təşkilata qarşı iddia tələbi irəli sürməmişdir.

23. Kassator öz hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2nın təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 saylı qərarının 6.5-ci bəndinin, habelə Mülki Məcəllənin 443.1, 448.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 106.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları

25. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçiril mədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zaman ı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

31. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

32. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

33. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırki kassasiya şikayətində iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır.

45. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 29 avqust 2017-ci il tarixli, 03/23672 saylı müqaviləyə əsasən, iddiaçı həmin müqavilə ilə müəyyən edilmiş şə rtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, sonuncu isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdələrinə götürmüşlər.

46. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın tələblərindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş halla r aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

47. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2011-ci ilin noyabr ayından 2020-ci ilin sentyabr ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğrul uğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür.

48. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, iddiaçı tərəfindən 2018-2020-ci illərdə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir və həmin illərdə tərtib edilmiş aktların əsaslı olması isə mülki iş materialları ilə müəyyən olunmur. Belə ki, həmin aktlardan başqa, cavabdehin X2nın pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar işdə yoxdur və işin halları ilə də müəyyən olunmur. Odur ki, 2018-2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış və tələb o lunan zərər (borc məbləği) tam əsassızdır.

49. Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

50. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

51. Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

52. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İd diaçı İB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli, 2(103)-7746/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar