Məhkəmə qərarları › İş №2(102)-1763/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1763/2019

29.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1763/2019 29.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı İKB ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ci il tarixli, 2(103)-9439/2018 nömrəli qətnaməsindən İddiaçı İKB ASC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 29.05.2018-ci il tarixli, 2(004)-4096/2018 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilərək 28.10.2014-cü il tarixli, ********* saylı müqavilə üzrə 2188 ABŞ dolları əsas borc, 541 ABŞ dolları faiz borcu, cəmi 2729 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı X2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) 25.10.2018-ci il tarixli, 2(103)-9439/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2 (004)-4096/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin qismən faiz b orcunun tutulması hissəsində ləğv edilməsi və İddiaçı İKB ASC-nin iddiasının cavabdehlərdən faiz tutulması hissəsində rədd edilməsi qət edilmişdir. İddiaçı İKB ASC və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ci il tarixli, 2(103)-9439/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor İddiaçı İKB ASC ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 28.10.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən irəli gələn 28.06.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 2188 ABŞ dolları əsas borc, 541 ABŞ dolları faiz borcu, cəmi 2729 ABŞ dollarının həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumu əlavə olunmaqla Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulub İddiaçı İKB ASC –yə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)9233/2016 saylı, 08 iyul 2016-cı il tarixli məhkəmə əmri ilə İddiaçı İKB ASC-nin ərizəsi təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9233/2016 saylı, 08 iyul 2016-cı il tarixli məhkəmə əmrindən borclu Cavabdeh2 etiraz verərək ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən ümumi iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4096/18 saylı, 10.04.2018-ci il tarixli qərardadı ilə etiraz təmin edilmiş və mülki iş iddia icraatına keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı İKB ASC və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ci il tarixli, 2(103)9439/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB ASC-nin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü mad dəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından və iş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2014-cü iltarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 % olmaqla, 5500 ABŞ dolları məbləğində pul verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdeh X3 ilə 28.10.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan tərəfindən banka hər ay 302 ABŞ dolları olmaqla 28.10.2016-cı il tarixədək 1746 ABŞ dolları faiz borcu, cəmi 7248 ABŞ dolları pul ödənilməli idi.İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 28.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən banka 2188 ABŞ dolları əsas borc, 541 ABŞ dolları faiz borcu, cəmi 2729 ABŞ dolları borcu vardır. Cavabdehlərə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq onlar öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 448.2, 449.1, 741, 472-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cav abdehlərin kredit üzrə borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmiş, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmamış, borcun məbləğini yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında müəyyən etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş kredit hesabından çıxarışa əsasən müəyyən edilmişdir ki, borcalan tərəfindən kredit öhdəliyi üzrə cəmi 5188 ABŞ dolları vəsait ödənilmişdir. İş materiallarından görünür ki, məhkəmə iddiaçıya ödənişlərin məbləği, həmin ödənişlərdən əsas, faiz və cərimə borcuna silinmələrin məbləği barədə maliyyə arayışı təqdim etməyi təklif etsə də həmin arayış məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən cavabdehlərdən 2188 ABŞ dolları əsas borcun ödənilməsi tələb edildiyindən müəyyən olunmuşdur ki, ödə nilmiş 5188 ABŞ dolları məbləğin 3312 ABŞ dolları əsas borcdan, qalan 1876 ABŞ dolları faiz borcundan silinmişdir. Borcalanın kredit öhdəliyinin icra müddəti bitdiyi tarixədək cəmi 1746 ABŞ dolları faiz borcu ödəməli olduğu nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kreditdən istifadəyə görə iddiaçıya ödənilməli olan faiz tam ödənilmiş, faiz borcu qalmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə cavabdehlərdən faiz borcunun tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilməlidir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respubli kası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ci il tarixli, 2(103)9439/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar