Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1763/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 QSC-nin səhmdarları İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3 və İddiaçı7 Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: təmsilçi tərəfindən hüquqi şəxsə vurulan ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı2 və vəkili X8, Cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 19 avqust 2020-ci il tarixli, 2(103)6219/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X5 və İddiaçı7 İddiaçı1 QSC-nin səhmdarları, Cavabdeh isə həmin QSC-nin keçmiş qanuni təmsilçisidir (direktorudur). İddiaçı1 QSC-nin səhmdarlarının 13 fevral 2017-ci il tarixdə keçirilmiş növbədənkənar ümumi yığıncağının icrasında Cəmiyyətin direktoru Cavabdeh QSC-nin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 302 kv.m qeyri-yaşayış sahəsinin müstəqil qiymətləndirici tərəfindən təsdiq olunmuş qiymətə uyğun satılması ilə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini səhmdarlar adından imzalamaq, satışdan daxil olan vəsaiti müvafiq bank hesabından qəbul etmək, cəmiyyətin bankda olan hesablaşma hesabına köçürmək və bu tapşırığın icrası ilə əlaqədar müvafiq hərəkətləri etmək, sənədləri imzalamaq səlahiyyətləri verilmişdir. 15 fevral 2017-ci il tarixdə həmin əmlak QSC-nin sifarişi əsasında “Roveks Konmark” Konsaltinq şirkəti tərəfindən 200000 manat məbləğində qiymətləndirilmişdir. 22 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı1 QSC-nin adından Cavabdeh ünvan 1 ünvanında yerləşən 302 kv.m qeyri-yaşayış sahəsini 195000 manata X2. İş üzrə “xxxx” MMC tərəfindən verilmiş 08 avqust 2019-cu il tarixli rəyə əsasən qeyd olunan daşınmaz əmlakın dəyəri 22 fevral 2017-ci il tarixə 445000 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiy a məhkəməsində icraat İddiaçılar İddiaçı1 QSC-nin səhmdarları İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X5 və İddiaçı7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən cəmiyyətin kassasına mədaxil edilməmiş, satışdan əldə olunmuş vəsaitin cəmiyyətin kassasına mədaxil edilməsi və cəmiyyətə vurduğu ******* manat zərərin cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, QSC-nin səhmdarlarının 13 fevral 2017-ci il tarixli növbədənkənar ümumi yığıncağında Cəmiyyətin 2015-2016-cı illər üzrə maliyyə təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı, xüsusi əhəmiyyətli əqdin bağlanması məsələsi müzakirə edilmiş və qərar qəbul olunmuşdur. Bakı şəhəri 15 saylı notariat kontorunda b ağlanmış 22 fevral 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 302 kv.m qeyri yaşayış sahəsinin 195000 manata X1. QSC-nin səhmdarlarının ümumi yığıncağının müzakirəsində həmin əmlakın müstəqil qiymətləndirici tərəfindən təsdiq olunmuş qiymətə uyğun satılması şərtilə əqdin bağlanmasına icazə verilmiş və cəmiyyətin direktoruna əmlakın müstəqil qiymətləndiricinin müəyyən etdiyi qiymətə satılması həvalə olunmuşdur. Lakin QSC-nin qanuni təmsilçilik funksiyasına malik olan cavabdeh vəzifə səlahiyyətlərini aşaraq və ümumi yığıncağın qərarı ilə müəyyənləşdirilmiş göstərişlərə əməl etməyərək, əmlakı qiymətləndirici cəlb etmədən bazar qiymətindən aşağı qiymətə sataraq cəmiyyətə külli miqdarda ziyan vurmuş dur. Belə ki, qeyri-yaşayış sahəsinin qiyməti 195000 manat deyil, ******* manat dəyərindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(001)1191/2019 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Rzayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar QSC-yə məxsus daşınmaz əmlakın aşağı qiymətə satılmasını iddia etsələr də, buna dair sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, həmin qeyri-yaşayış sahəsinin alqı-satqısı zamanı hər hansı qanun pozuntularının yol verilməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(001)-1191/2019 nömrəli qətnaməsinin ləğv edilm əsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(103)-5161/2019 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(001)-1191/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin olunması, Cavabdeh 195000 manat pulun alınaraq İddiaçı1 QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların tələb üzrə irəli sürdükləri faktiki hallar, tələbin qanuni əsasının dispozitiv şərti ilə uzlaşmaqdadır. Belə ki, cəmiyyətin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 302 kv.m qeyri-yaşayış sahəsini ümumi yığıncağın ona verdiyi səlahiyyət çərçivəsində 22 fevral 2017-ci il tarixdə 195000 manata satmış olmasına baxmayaraq, həmin məbləği Cəmiyyətin kassasına mədaxil etdiyinə dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bununla belə kollegiya, iddiaçıların digər tələbinin təmin olunmasını mümkün hesab etməmişdir. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza (qiymətləndirmə) tədqiqatı ilə əmlakın qiymətinin 22 fevral 2017-ci il tarixə 455000 manat təşkil etdiyi müəyyənləşdirilsə də, əmlakın cavabdeh tərəfindən qiymətləndirilməsi nəticəsində ona 200000 manat qiymət qoyulmuşdur. apellyasiya instansiyası məhkəmə si hesab etmişdir ki, həmin qiymətləndirmə rəyi mübahisələndirilmədən müvafiq rəylər arasındakı fərqin cavabdehdən tutulması düzgün hesab oluna bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(103)-5161/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(102)1674/2020 nömrəli qərarı ilə (hakimlər Ə.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və İ.K.Xəlilovdan ibarət tərkibdə) İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il t arixli, 2(103)-5161/2019 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi iddianın birinci hissəsinə (iddianın təmin olunmuş hissəsinə) dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, ikinci hissəyə dair qeyd etmişdir ki, iddiaçılar tərəfindən əmlakın 200000 manata qiymətləndirilməsi ilə bağlı verilmiş rəy mübahisələndirilmədiyinə görə iddianın cəmiyyətə vurulmuş zərərin tutulması hissəsində təmin edilməsinin qeyri-mümkün olması barədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması subyektiv mülahizə olmaqla qanunvericiliyin tələbləri baxımından əsaslandırılmam ışdır. Belə ki, hazırkı iş üzrə verilən tələbdə iddianın hüquqi əsası ondan ibarətdir ki, cavabdeh səhmdar cəmiyyətin təmsilçisi kimi öz vəzifələrini yerinə yetirərkən vicdanla və peşəkar qaydada hərəkət etməmiş, qiymətləndirici tərəfindən verilən qiymət əmlakın bazar dəyərindən qat-qat aşağı olduğu halda həmin rəyə inanmaqla əmlakı bazar dəyərindən dəfələrlə aşağı qiymətə satmaqla cəmiyyətə zərər vurmuşdur. Kassasiya məhkəməsi hesab etmişdir ki, bu qəlibdən olan işlərdə işə məhkəmə baxışlarında əmlakın bazar dəyərindən açıq-aşkar aşağı qiymətə satılması müəyyən edildiyi halda qiymətləndirmə rəyinin mübahisələndirilməsindən asılı olmayaraq iddianın təmin edilməsi istisna edilməməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 19 avqust 2020-ci il tarixli, 2(103)-6219/2020 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2019cu il tarixli qətnaməsi iddia tələbinin zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 260000 manatın alınaraq İddiaçı1 QSC-yə ödənilməsi və iddia tələbinin yoxlanılan qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 49.3-cü maddəsinin dispozitiv şərtlərinə uyğun işin hallarını araşdırmamış və hüquqi qiymət verməmişdir. Beləliklə, iddiaçılar öz dəlillərini onunla əsaslandırmışlar ki, cavabdeh cəmiyyətə məxsus əmlakı onu n bazar dəyərindən dəfələrlə aşağı qiymətə qiymətləndirmiş və nəticədə onu dəyərindən aşağı qiymətə satmışdır. Əmlakın bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılması iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin rəyə əsasən mübahisəli əmlakın dəyəri 22 fevral 2017-ci il tarixə 455000 manat müəyyən edilmişdir ki, bu da əmlakın satıldığı qiymətdən xeyli çoxdur. Hazırkı iş üzrə verilən tələbdə iddianın hüquqi əsası ondan ibarətdir ki, cavabdeh səhmdar cəmiyyətin təmsilçisi kimi öz vəzifələrini yerinə yetirərkən vicdanla və peşəkar qaydada hərəkət etməmiş, qiymətləndirici tərəfindən verilən qiymət əmlakın bazar dəyərindən qat-qat aşağı olduğu halda həmin rəyə inanmaqla əmlakı bazar dəyərindən dəfələrlə aşağı qiymətə satmaqla cəmiyyətə zərər vurmuşdur. Göründüyü kimi, iddia tələbi maddi zərərin tutulması hissəsində qismən əsaslı olduğundan, cavabdehdən iddiaçılarının xeyrinə (455000195000) = 260000 manat məbləğində pulun tutulması qanuni olmaqla yanaşı ədalətlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(103)-6219/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, tətbiq olunmuş normalar isə səhv təfsir edilmişdir. Belə ki, iddiaçılar QSC-yə məxsus daşınmaz əmlakın aşağı qiymətə satılmasını iddia etsələr də, buna dair sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Alqı-satqı zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda, cavabdehə Cəmiyyətin adından alqı-satqı müqaviləsini imzalamaq, satışdan daxil olan vəsaiti müvafiq bank hesabından qəbul etmək və s. səlahiyyətlər verilmişdir. 15 fevral 2017-ci il tarixdə əmlak qiymətləndirilmiş və bazar dəyəri 200000 manat müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, cavabdehlə barışıq əldə etdiklə rini, ona qarşı iddialarının qalmadığı bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, eyni zamanda iddiaçılarla barışıq əldə edildiyini, onların iddiadan imtina etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 və vəkili X9 iddiadan imtina edilməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, X5 və İddiaçı7 məhkəməyə gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ko llegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının proses sual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia tələbinin təmin olunmayan hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılmış və həmin hissədə də iddia qismən təmin olunmuşdur. apellyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsini iddiaçılar mübahisələndirməmişlər. Qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən kassasiya baxışının predmetini iddianın vurulmuş ziyanla bağlı təmin olunmuş hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əv əzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 49.3-cü maddəsinə əs asən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şə xsə dəymiş zərərin əvəzini ödəməlidir. 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zi dd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş s übutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçılardan İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddialarından imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etsələr də, iddiadan imtinaları qəbul oluna bilməz. Belə ki, müəyyən olunur ki, hazırki iddia 6 nəfər səhmdar tərəfindən QSC-nın adından irəli sürülmüş və iddiadan imtinalarını həmin iddiaçılardan yalnız üçü ifadə etmişlər. Qalan üç nəfər iddiaçı iddiadan imtina etmədiklərindən (bununla bağlı zəruri ərizəni məhkəməyə təqdim etmədiklərindən) və iddia Cəmiyyətin xeyrinə verildiyindən haz ırki halda iş üzrə icraata xitam verilməsi ilə qalan iddiaçıların və QSC-nin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulacağı ehtimal olunur. Bu səbəbdən iddiadan imtina qəbul olunmamalı və işə mahiyyəti üzrə baxılmalıdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında vermiş olduğu mövqeyinə uyğun işdə olan sübutlara hüquqi qiymət vermiş və əsaslı olaraq müəyyən etmişdir ki, cavabdeh səhmdar cəmiyyətin təmsilçisi kimi öz vəzifələrini yerinə yetirərkən vicdanla və peşəkar qaydada hərəkət etməmiş, qiymətləndirici tərəfindən verilən qiymət əmlakın bazar dəyərindən qat-qat aşağı olduğu halda həmin rəyə in anmaqla əmlakı bazar dəyərindən dəfələrlə aşağı qiymətə satmaqla cəmiyyətə zərər vurmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 49.3 və 106-1.3-cü maddələri ilə düzgün əsaslandırmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(103)-6219/2020 nömrəli qətnaməsi mübahisələndirilən (Cavabdeh 260000 manatın alınaraq İddiaçı1 QSC-yə ödənilməsi) hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1763/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1763/2021
03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver