Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1764/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1764/2019 11 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ci il tarixli, 2(103)1271/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İdd iaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun birgə qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2-dən və Cavabdeh1 birgə qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 71 saylı 24.04.2014-cü il tarixli revolver kredit xətti müqaviləsi üzrə 49043,75 manat əsas, 12647,52 manat faiz, 22756,30 manat dəbbə pulu, ümumilikdə 84447,57 manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X.Mərdanova) 13 aprel 2017-ci il tarixli, 2 (006)-295/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edil miş, Cavabdeh2dən və Cavabdeh1 müştərək qaydada 49.043 (qırx doqquz min qırx üç) manat 75 (yetmiş beş) qəpik əsas, 05 (beş) manat 12 (on iki) qəpik faiz və 500 manat cərimə borcu olmaqla, cəmi 49.548 (qırx doqquz min beş yüz qırx səkkiz) manat 87 (səksən yeddi qəpik) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməsi, Cavabdeh2-dən və Cavabdeh1 100 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) 25.10.2018-ci il tarixli, 2(103)-1271/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şika yəti təminolunmamış, Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bank tərəfindən cavabdehlərə cərimə borcu artıq hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, banklar və kredit təşkilatları bazar iqtisadiyyatı şəraitində iqtis adiyyatın bütün inkişaf etmə imkanlarından istifadə etməklə yanaşı, eyni zamanda əhaliyə kredit verilərkən, kredit müqaviləsi üzrə nəzərdə tutulan faiz dərəcələrini əhalinin maliyyə və iqtisadi vəziyyətini nəzərə almaqla mütənasib şəkildə müəyyənləşdirməyə çalışmalıdırlar. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC-nin “Proqress” filialı ilə Cavabdeh2 arasında bağlanmış 24 aprel 2014-ci il tarixli, 71 saylı revolver kredit xətti müqaviləsinə əsasən, borc verən müvəqqəti yaranan maliyyə çətinliyi ilə əlaqədar olaraq, bağlanılmış müqavilələr üzrə öhdəlikləri icra etmək üçün borcalana 50.000 manat məbləğində kredit xətti açmağı öhədəsinə götürür, borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, krediti 12 ay müddətinə, illik 20 faiz hesablanmaq şərti ilə müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə kredit borcunu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. 24 aprel 2014-ci il tarixli 71 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 tərəfindən kredit öhdəliyinin vaxtında və lazımınca icrası üçün “xxxx” ASC qarşısında zamin duraraq, borclu ilə birgə məsuliyyəti üzərlərinə götürmüşlər. 09 mart 2017-ci il tarixli, 4266 saylı rəyində ekspertizaya təqdim edilmiş 24 aprel 2014-cü il tarixli, BT 049902 nömrəli cekin üz tərəfində “İmzalar” qrafasındakı imza, arxa tərəfində isə “imzalar” və cekdə göstərilən məbləği aldım” qrafasındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmasını müəyyən etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 26.09.2018-ci il tarixli ekspert rəyinə əsasən, 24.04.2015-ci il tarixə Cavabdeh2-nin Banka 49.072,09 manat əsas borcu, 2107,9 manat faiz borcu olmaqla, cəmi 51179,99 manat borcu vardır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 385.1, 386.1, 739, 740, 442, 443.1, 448.2, 449.1, 449.4, 470.1, 470.2-ci maddələrinə istinad edərək, iddianın əsas və faiz borcunun tutulması hissəsində təmin etməsi ilə razılaşmış, dəbbə pulu tələbini Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə qismən 500 manatadək hissəsində təmin etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ci il tarixli, 2(103)-1271/2018 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-1764/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1764/2019
11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver