Məhkəmə qərarları › İş №2(102)-1765/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1765/2019

03.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1765/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyun 2018-ci il tarixli qətnaməsindən İddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında ba xaraq MÜƏYYƏN ETDİ: Suraxanı rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Qədimov) İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5.675 (beş min altı yüz yetmiş beş) ABŞ dolları 13 (on üç ABŞ senti) məbləğində əsas borc, 2.050 (iki min əlli) ABŞ dolları 36 (otuz altı) ABŞ senti məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə borcu, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı X ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.C əfərov, hakimlər V.Baxışova və V.Həsənov) Suraxanı rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi zamin Cavabdeh2 aid olan hissədə ləğv edilmiş və ona qarşı olan iddia tələbi rədd edilmiş, qətnamədə göstərilən pul vəsaiti Cavabdeh1 və Cavabdeh3 tutulması qət edilmiş, qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəmə sinin MK-nın 20 iyun 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, mübahisə 19.05.2015-ci il tarixli kredit müqaviləsi ilə bağlıdır, iddiaçı borcverən, Cavabdeh1 borcalan, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamindir. İddia ərizəsində tələb olunub ki, cavabdehlərdən əsas borc kimi 6.524,3 ABŞ dolları, faiz borcu kimi 2.050,36 ABŞ dolları, cərimə kimi 160,63 ABŞ dolları, cəmi 8.735,29 ABŞ dolları məbləğində pul tutulsun. Təqdim edilmiş sübutlardan, o cümlədən mühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, borc alanın borc verənin qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc al an) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu Cavabdeh1 verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tə ləblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Zamin Cavabdeh3 aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 05.12.2015-ci ildə kredit müqaviləsinin şərtləri (müddətə və faizə aid şərtləri) dəyşdirilərkən o, buna razılığını bildirmişdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də birinci instansiya məhkəməsi zamin Cavabdeh3 qarşı iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin ona aid hissəsinin ləğv edil məsi üçün əsas yoxdur. Digər zamin Cavabdeh2 aid hissədə apellyasiya instansiyası məhkəməsi düzhün olaraq hesab etmişdir ki, ona qarşı yönəlmiş tələb rədd olunmalıdır. Belə ki, 05.12.2015-ci ildə kredit müqaviləsinin şərtləri (müddətə və faizə aid şərtləri) dəyişdirilərkən Cavabdeh2 buna razılıq verməmiş, bu dəyişmə zaminin məsuliyyətinn artmasına səbəb olmuşdur. Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinə görə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminlik xitam olunur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kol legiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar