Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1765/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, iddiaçı İddiaçı ASC-nin və Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilm əsini xahiş etmişdir. Cavabdeh2Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, iş 2(009)-259/2017)iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 454.255 ABŞ dolları əsas və 97.977,66 ABŞ dolları faiz (71.542.66 ABŞ dolları kapital və 2 6.435 ABŞ dolları gecikmə faizi) olmaqla, cəmi 552.232,66 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmeti - Cavabdeh2 məxsus Abşeron rayonu, Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin ilkin satış qiymətinin 700.000 manat müəyyən edilməklə, tutmanın həmin torpaq sahəsinə yönəldilməsi, qeyd edilən torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Abşeron rayonu - Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin satıldıqdan 1 ay sonra boşaldılması, “xxxx” ASC-nin xeyrinə tut ulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manatın Cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına, 50 manat məbləğində pulun isə dövlət nəfinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xəlilov, iş № 2(103)-4483/2018) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-259/2017 saylı 08 dekabr 2017-ci il tarixli qətnaməsi mübahisələndiri lən- iddianın təmin olunmuş faizlərin tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə 08 saylı 28.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 68364.02 ABŞ dolları miqdarında müəyyən edilsin və ödəniş həmin gün Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilmiş, qətnamə iddianın təmin olunmuş əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülmüş, İddiaçı ASC və Cavabdeh2 tərəfindən ödənilmiş rüsumları onlara aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev, iş № 2(102)-8547/2018) İddiaçı ASC-nin və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-3771/2019) İddiaçı ASCnin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı faiz borcunun 68.364,02 ABŞ dolları müəyyən edilməsi, (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənn əsinə uyğun olaraq Azərbaycan manatı ilə) Məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 290 manat (145+145) təşkil etdiyindən həmin məbləğin Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının məbləği 150 manat təşkil etdiyindən həmin məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh2kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması v ə araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 28.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 16% olmaqla 454.255 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixdə ipoteka və zaminlik müqavilələri ilə digər Cavabdeh2 məxsus Abşeron rayonu, Bilgəh Zəfəran Sovxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsi ipoteka ilə yüklü edilərək, eləcə də Cavabdeh2 və Cavabdeh3 MMC zamin duraraq iddiaçının tələb hüququna təminat vermişlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 7443 saylı 11 oktyabr 2017-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 04.04.2016-cı il tarixə olan əsas borcu 476.795,02 ABŞ dolları, faiz borcu 31.491,87 ABŞ dolları; 08.02.2017-ci il tarixə əsas borcu 476.795,02 ABŞ dolları, faiz borcu isə 76.972,82 ABŞ dolları hesablanmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair 10 iyul 2018-ci il tarixli 13529 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 banka 28.09.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) olan əsas borcu 476.795,02 ABŞ dolları, faiz borcu 68.364,02 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 11492 saylı 26 avqust 2019-cu il tarixli ekspert rəyinə əsasən, Cavabde h1 banka 28.09.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) olan əsas kredit borcu 476.795,02 ABŞ dolları, faiz borcu isə 68.364,02 ABŞ dolları hesablanmışdır. “xxxx” MMC-nin 28 noyabr 2016-cı il tarixli ƏEM/O 67-468/16 nömrəli rəyindən görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Bilgəh Zəfəran Sovxozuərazisində yerləşən 0.70 ha torpaq sahəsininhazırkı dövrə olan bazar qiyməti 700.000 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş sonrakı ipoteka müqaviləsində isə ipoteka predmetinin dəyəri 833.000 manat göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 445.7, 279, 295, 317.1, 319.1, 319.6-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36, 34.1.1, 39.3.3-cü maddələrini tətbiq etmişdir. İd diaçı ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Apelyasiya şikayətinin əsas mahiyyəti zaminliklə bağlı məsələyə düzgün hüquqi qiymətin verilməməsi ilə bağlı idi ki, apelyasiya məhkəməsi də bununla bağlı əsassız nəticəyə gəlmişdir. Belə ki, ilkin olaraq məhkəməyə iddiaçı ilə zaminlər arasında bağlanmış zaminlik müqavilələri təqdim edilmiş və 05.12.2017-ci il tarixli iddia ərizəsinə dəyişikliklə bağlı ərizə təqdim edilərək, kredit müqaviləsi üzrə əsas və faiz borcu, eləcə də illik 5% hesablanmaqla əldən çıxmış fayda, 30 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutulması xahiş edilmişdir. İddia ərizəsinə dəyişiklik barədə 05.12.2017-ci il tarixli ərizə 28.12.2017-c i il tarixdə iddiaçıdan asılı olmayan səbəblərdən məhkəməyə lazımi vaxtda təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə qeyd edilən xüsusatlar nəzərə alınmamışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göründüyü kimi iddia tələbinin həcminin artırılmasına dair ərizə məhkəmə qətnaməsi qəbul edilənədək verilməli olduğu halda, qətna mə qəbul edildikdən sonra məhkəməyə təqdim edilmişdir.” Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “apelyasiya instansiyası məhkəməsinin sonrakı ipoteka müqaviləsində isə ipoteka predmetinin dəyəri 833.000 manat göstərildiyi halda, “xxxx” MMC-nin 28 noyabr 2016-cı il tarixli ƏEM/O 67-468/16 nömrəli rəyinə əsasən məxsus Abşeron rayonu, Bilgəh Zəfəran Sovxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin hazıki dövrə olan bazar qiyməti 700.000 manat müəyyən edilməsi barədə nəticəsi işin həqiqi hallarına və real vəziyyətə uyğun gəlmir. İpoteka predmeti olan sahənin qiyməti göstərilən qiymətlərdən daha çoxdur.” Kassasiya şikayətinin həmin dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi ü çün əsas hesab oluna bilməz. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, ““xxxx” MMC-nin 28 noyabr 2016-cı il tarixli ƏEM/O 67-468/16 nömrəli rəyindən görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Bilgəh Zəfəran Sovxozuərazisində yerləşən 0.70 ha torpaq sahəsininhazırkı dövrə olan bazar qiyməti 700.000 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş sonrakı ipoteka müqaviləsində isə ipoteka predmetinin dəyəri 833.000 manat göstırilmişdir. Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin dəyərinimübahisələndirmədiyindən ipoteka predmetinin dəyərinin müəyyənləşdirilməsi apellyasiya baxışının predmeti ola bilməz. Belə olan halda məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizalarının rəynin mötəbərliyinə şübhə ilə yanaşmağa hər-hansı əsas müəyyən olunmur.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1765/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1765/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver