Məhkəmə qərarları › İş №2(102)-1765/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1765/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1765/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-96/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx xxxxxx 2014-cü il tarixdə ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsa sən bank tərəfindən Cavabdeh2 48 ay müddətinə illik istifadə dərəcəsi 19 faiz olmaqla 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixdə tərəflər arasında “Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” Saziş imzalanmış və Sazişə əsasən həmin tarixə olan əsas borcun, vaxtı keçmiş əsas borcun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla kreditin qaytarılma müddəti xx xxxxx 2021-ci il tarixədək uzadılmış və əsas borcun məbləği 22.249,33 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 2 saylı evin üç otaqlı 36 saylı mənzili ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin sentyabr ayında ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən yaranmış borclara görə ondan bankın xeyrinə 21.958,92 ABŞ dolları məbləğində əsas, 2975,62 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə cəmi 24.934,54 ABŞ dolları məbləğində borcun və xx xxxxxx 2017-ci il tarixdən başlayaraq iddiaçının tələbinin ipoteka predmeti hesabına faktiki təmin edilən tarixə qədər əsas borc məbləğinə illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 40.500 manat məbləğində müəyyən olunması, mənzilin açıq hərracdan satılması, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlərin 1 ay ərzində oranı tərk etmədikdə mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-52/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Ə.M.Hüseynov) iddia qismən təmin edilərək Cavabdeh2 21.958,92 ABŞ dolları məbləğində əsas, 2745,62 ABŞ dolları məbləğində adi faizlər üzrə borcun və xx xxxxx 2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilən tarixə qədər əsas borc məbləğinə illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 43.000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə iddiaçı ASC “Xalq” Bankı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilib iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə həmçinin Cavabdeh2 Əlihüseyn oğlu apellyasiya şikayəti verərək ekspertiza təyin olunmaqla əsas borcun müəyyən olunması, faiz borcu və əldən çıx mış faydaya görə müəyyən olunmuş məbləğin tutulmasına dair hissədə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-96/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və R.R.Rəfiyev) bankın və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(051)-52/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, Cavabdeh2 əsas borca görə 21.940 ABŞ dolları, faiz borcuna görə 2.745,62 ABŞ dollarının qətnamə icra edildiyi günə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulub banka ödənilməsi, tutmanın likvid dəyəri 40.000 manat məbləğində qiymətləndirilmiş ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənz ilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzili tərk etmədikləri təqdirdə onların mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin xx xxxxx 2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğində illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanıb banka verilməsi hissəsində ləğv edilərək iddianın həmin hissədə baxılmamış saxlanılması nəzərə alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə o lan xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(051)-52/2019 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin xx xxxxx 2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğində illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hesablanıb banka verilməsi hissəsində ləğv edilmiş və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı ASC “Xalq Bankı” kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən faiz lərin hesablanmasına münasibətdə sübutlara düzgün qiymət verilməməsini, qətnamənin qanunun tələblərinə uyğun əsaslandırılmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş et mişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmla k verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər bor clu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş üzrə iddiaçı qətnamənin iddianın rədd olunmuş hissəsində cavabdeh isə bütövlükdə ləğv edilməsini xahiş etdiklərindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini və iddiaçı tərəfin izahatını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, bankın kassasiya şikayəti təmin, Cavabdeh2 kassasiya şikayəti isə təmin olunmamalı, qətnamə ləğv edilib iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, ASC “Xalq” Bankı 2017 -ci ilin sentyabr ayında Cavabdeh2 əsas borca görə 21.958,92 ABŞ dolları, faiz borcuna görə isə 2975,62 ABŞ dolları, cəmi 24.934,54 ABŞ dolları məbləğində borcun tutulması və s. tələblərlə bağlı məhkəməyə müraciət etmişdir. İşə baxılana qədər bank 2018-ci ilin noyabr ayında iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək cavabdehdən faiz borcuna görə 7947,52 ABŞ dolları olmaqla cəmi 29.906,40 ABŞ dollarının tutulmasını xahiş etmişdir. (İ cild, i/v 204) 2019-cu ilin may ayında isə bank yenidən iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmiş və bu zaman cavabdehdən əsas borca görə 21.958,92 ABŞ dolları, faiz borcuna görə isə 10.022,03 ABŞ dolları, cəmi 31.980,92 ABŞ dollarının tutulmasını xahiş etmiş dir. (İ cild i/v 242) Lakin məhkəmə instansiyaları həcmi artırılmış iddia tələblərini nəzərə almadan, onlara münasibət bildirmədən və müvafiq hüquqi qiymət vermədən işə baxaraq qətnamə qəbul etmişlər. Halbuki Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı işə bank tərəfindən irəli sürülmüş tələblər üzrə tam baxılmadığından, kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbi pozulmuşdur. MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi nin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və işə MPM-nin 218.3-cü maddəsinin tələbinə əməl edilməklə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı ASC “Xalq” Bankının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-96/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar