Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1766/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli 2(103)6783/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova, iş 2(011)-989/2018) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit müqavil əsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada 29.09.2014-cü il tarixli 03-MK/0897 nömrəli kredit müqaviləsi üzrə 1849,37 ABŞ dolları əsas, 200 ABŞ dolları faiz, 20 ABŞ dolları gecikdirməyə görə cərimə, cəmi 2069,37 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, məhkəmə xərci 10 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Ş.Cəfərov, V.Ə.Baxışova və V.T.Həsənov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 28 faizlə 18 ay müddətinə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında 29.09.2014-cü il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə dair məsuliy yəti öz üzərlərinə götürmüşlər. 2017-ci ilin yanvar ayında bank ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada cəmi 2072 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1422/2017 saylı 10 yanvar 2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 1852 ABŞ dolları əsas borcun, 200 ABŞ dolları faiz borcunun, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2072 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1422/2017 saylı 10 yanvar 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına g əlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 29.09.2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəx s (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən ö hdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1) Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. (470.2.) Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2.) Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kreditin qaytarılmasını təmin etmədiyindən, zaminlər isə belə vəziyyətin baş verməsi halı ilə əlaqədar borcun qaytarılması üçün zamin kimi üzərilərinə öhdəlik götürdüklərindən, kollegiya hesab edir ki, məhkəmə kredit müqaviləsi üzrə borcun onlardan birgə qaydada tutulmalı olması barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının müddəalarına əsaslanaraq apellyasiya şikayətinin rədd edilməsində düzgün nəticəyə gəlmişdir. Belə ki, təqdim edilmiş sübutlardan, o cümlədən mühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, borc alanın borc verənin qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edil məklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 iyun 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1766/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1766/2019
23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver