Məhkəmə qərarları › İş №2(102)-1766/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1766/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1766/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili xxxoğlunun, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il ta rixli, 2(103)5692/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən 52 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 21 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətində olan həmin mənzili 110000 manata Cavabdeh satmışdır. Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 sentyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 fevral 2014-cü il tarix li, AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı, ******* saylı 2014-cü il tarixli mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında imzalanmış 21 fevral 2014-cü il tarixli müqavilə yalan əqd olduğu üçün etibarsızdır. Əslində iddiaçı və cavabdeh arasında alqı-satqı münasibəti deyil, borc münasibəti mövcud olmuşdur, alqısatqı müqaviləsi borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. İddiaçı cavabdehdən faizə razılığa əsasən 110000 manat məbləğində pulu aylıq 3 faiz, hər ay 3100 manat olmaqla faizlə borc almışdır. Həmin borcun təminatı olaraq görünüş üçün alqısatqı müqaviləsi imzalanmışdır. Alqı-satq ı müqaviləsinin 21 fevral 2014-cü il tarixində imzalanmasına baxmayaraq, cavabdeh mənzili 7 ay sonra 13 sentyabr 2014-cü il tarixində öz mülkiyyətinə keçirmiş və adına çıxarış almışdır. Belə ki, iddiaçı 6 ay ərzində mütəmadi olaraq faizləri ödəsə də, ticarət fəaliyyətində yaranmış problemlərə görə sonradan faizlərin ödənilməsində gecikmələr olmuş və yalnız bundan sonra cavabdeh əslində borc müqaviləsini pərdələmək niyyəti ilə imzalanmış alqı-satqı müqaviləsinə əsasən həmin mənzili öz mülkiyyətinə keçirmişdir. İddiaçı cavabdehə faizləri ödəməyəcəyini və 6-7 ay müddətinə əsas borcu bağlayacağını bildirdikdə, cavabdeh onun təklifi ilə razılaşmamış, və mənzili öz adına keçirmişdir. Cavabdeh peşəkar olaraq faizlə başqa insanlara borc pul verməsi ilə məşğul olmaqdadır, onun öz adına təkcə Bakı şəhərində çoxsaylı mənzil və evləri vardır. Bu da cavabdehin eyni üsulla başqa şəxslərin evlərini də əllərindən almasına dəlalət edir. Həmçinin 2014-cü ildə 150,71 kv.m təmirli, 4 otaqlı, yeni tikilən binada mənzilin qiyməti 110000 manat təşkil etmirdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(006)4808/2018 nömrəli qətnaməsi ilə (hakim A.A.Hüseynov) İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətə dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbini, yəni tərəflər arasında bağlanmış müqavilənin yalan əqd olmasını sübut edə bilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət ötürülmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(006)-4808/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(103)-7711/2019 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(006)4808/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, alqı-satqı müqaviləsinin bağlanmasına qədər rəsmiləşd irilən sənədlərə, eləcə alqı-satqı müqaviləsinə bilavasitə tərəflər imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyyənləşdirilmiş, hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, iddiaçının arvadı notariat qaydasında ərizə verməklə mübahisəli əmlakın satılmasına etiraz etmədiyini bildirmiş, əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri iddiaçıya ödənilmiş, notarial qaydada müqavilə bağlandıqdan sonra cavabdehin bu əmlaka sahiblik, istifadə, dövlət reyestrində qeydiyyata alındığı vaxtdan isə sərəncam vermək hüququ yaranmışdır. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflərin həqi qi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, onlar notariusda iradələrini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Çünki işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, cavabdeh, iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Apellyasiya baxışı zamanı iddiaçıya, mübahisələndirdiyi alqı-satqı müqaviləsini aldığı borcun təminatı üçün görünüş üçün bağladığını təsdiq edəcək sübutlar təqdim etməsi təklif olunsa da, iddianın inandırıcılığına dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının, şahid ifadələrinə düzgün qiymət verilmədiyi arqumentinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd e tmişdir ki, qanunvericiliyin tələblərinə görə tərəflər arasında əslində borc münasibətinin mövcudluğu yalnız müəyyən sübutetmə vasitələri ilə sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin daha yüksək olmasına baxmayaraq, alqı-satqının 110000 manat müqabilində rəsmiləşdirilməsinin onun formallığına dəlalət etməsi ilə bağlı apellyatorun dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir; çünki əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını re al dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüş və birinci instansiya məhkəməsi haqlı olaraq həm də bu əsasla iddianın təmin edilməməli olduğu nəticəsinə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(103)-7711/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(102)-1205 /2020 nömrəli qərarı ilə (hakim Q.Ə.Allahverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.R.Xələfovdan və G.A.Quliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin təqdim etdiyi məhkəmə qətnamələrinin surətlərindən görünür ki, cavabdeh hazırkı iddiaya bənzər məzmunla çoxlu sayda müxtəlif məhkəmə işlərində tərəf kimi iştirak etmiş və həmin işlərin məzmunundan da görünür ki, o müxtəlif evləri alqısatqı kimi rəsmiləşdirməklə müəyyən faizə pul verməklə məşğul olmuşdur. İş materiallarında olan ekspertiza rəyindən görünür ki, alqı -satqısı bağlanmış mənzilin real satış qiyməti 220000 manat təşkil etməklə həmin mənzil alqı-satqı zamanı yarı qiymətinə 110000 manata qiymətləndirilmişdir. Lakin iddianı təmin etməyən məhkəmələr tərəfindən mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmamasını, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsini nəzərə almamışlar. Apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü dəlilləri obyektiv araşdırıb qiymətləndirməmiş, alqı-satqı müqaviləsinin aldadılma nəticəsində bağlanmasına, müqavilənin bağlanmasında tərəflərin iradə ifadəsinin aldadılma nəticəsində baş verib-ver mədiyini araşdırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)-5692/2020 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(006)4808/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, ünvan 1-də yerləşən 52 nömrəli mənzilin alqı-satqısına dair AN-İ №0408839 saylı 21 fevral 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və Cavabdeh adına olan RX seriyalı, № ******* saylı, 13 sentyabr 2014-cü il ta rixli mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, ünvan 1-də yerləşən 52 nömrəli mənzilin alqı-satqısına dair AN-1 № ******* saylı 21 fevral 2014-cü daşınmaz əmlakın alqı-satqı müqaviləsinə İddiaçı və Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin qaydalarının tətbiq edilməsi, həmin müqavilənin İddiaçı və Cavabdeh arasında 110000 manat pulun borc verilməsinə dair borc müqaviləsi üzrə kreditin təminatı barədə ipoteka müqaviləsi hesab edilməsi və qeydiyyata alınmasının müvafiq orqana həvalə edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzilin alqı-satqısı qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş olsa da, tərəflər arasında alqı-satqı münasibəti deyil, borc münasibəti mövcud olmuşdur. Cavabdeh borcun təminatı məqsədi ilə mübahisəli mənzilə dair ipoteka müqaviləsi bağlamalı olduğu halda, əvəzində alqı-satqı müqaviləsi bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinin qənaəti ilə də razılaşmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi MM-in 354.1-ci maddəsinə istinad edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsini əhəmiyyətsiz əqd hesab etməklə qeyd etmişdir ki, bu əqd üzrə mübahisəyə ümumiyyətlə müddət tətbiq oluna bilməz. Belə ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir və hər hansı hüquqi nəticə yaratmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlillər i Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)-5692/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Belə ki, cavabdeh mübahisələndirilən mənzili iddiaçıdan almış və iddiaçının təklif etdiyi qiymətə razı olmuşdur. Alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış və notariat qaydada təsdiq edilmişdir. İddiaçı anlaqlı olmuş, tam fəaliyyət qabiliyyətli olmuş, mənzilin dəyərini də bank yolu ilə almışdır. İddiaçı alqı-satqıdan sonra uzun bir müddət keçməsi nə baxmayaraq mənzili boşaltmamış və təhvil verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qətnaməsi ilə kassatorun iddiası təmin edilmiş, iddiaçının mənzildən çıxarılması, mənzili boşaldıb ona təhvil verməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmış, qətnamə icraya yönəldilmişdir. İddiaçı qətnamənin icrasını uzatmaq məqsədi ilə ona izah istəmiş, sonradan isə iddia tələbi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. İddiaçı mənzilini satmadığını, faizə pul götürərək, mənzilini girov qoymasını bildirib, bir sübut təqdim etməsə də, məhkəmə onun izahatını əsas götürmüş və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin izahatını təhrif et miş, şahid ifadələrinə düzgün hüquqi qiymət verməmiş, cavabdehin birinci instansiya məhkəməsində dindirilmiş şahidləri tanımadığını nəzərə almamışdır. Məhkəmə əsassız olaraq cavabdehin başqa şəxslərlə məhkəmə mübahisələrinin olmasına istinad edərək, onun faizə pul verməklə məşğul olması qənaətinə gəlmişdir. Nəhayət məhkəmə nəzərə almamışdır ki, iddiaçı 21 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddianı 2017-cı ilin iyul ayında, yəni alqı-satqı müqaviləsi bağlandıqdan 3 il 5 ay sonra verilmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsi ilə müəyyən olunan müddəti ötürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası nda cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili xxxoğlu kassasiya şikayətinə etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər o la bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqav ilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 35 4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerin də müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasi bətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda ver ilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında faktiki olaraq borc münasibətləri mövcud olmuş, tərəflər həmin borcun təminatı olaraq ipoteka müqaviləsini pərdələmək məqsədi ilə mənzilin alqısatqısına dair müqavilə bağlamışlar. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbayc an Respublikası MPM-in 217.3 və 217.4-cü maddələrinin tələblərini pozaraq, mövqeyini təqdim olunmuş sübutlarla əlaqəli şəkildə əsaslandırmamış, təqdim olunmuş sübutların isə mötəbərliyinə hüquqi qiymət verməmişdir. Belə ki, tərəflərin arasında borc münasibətlərinin olması iddiaçı tərəfindən iddia olunmuşdur. Cavabdeh isə buna etiraz etmiş və həm aşağı instansiyası məhkəmələrində, həm də hazırki kassasiya şikayətində göstərmişdir ki, onun iradə ifadəsi məhz mənzilin alınmasına yönəlmiş, iddiaçıya hər hansı bir şərtlə borc verməmişdir. İddiaçı cavabdehdən həqiqətən borc almasını və iddiada göstərdiyi kimi 6 ay ərzində faiz qaytarmasını təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Əlbəttə, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisələndir ilən alqı-satqı müqaviləsi bağlanılarkən notariusun depozit hesabı vasitəsi ilə cavabdeh tərəfindən iddiaçıya 110000 manat məbləğində vəsait ödənilmişdir. Lakin həmin ödənişin qaytarılma şərti ilə verildiyi iş materiallarından müəyyən olunmur. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında X2, X1 və X4 şahid qismində dindirilmişlər. Həmin şahidlərdən X2 ifadəsində Cavabdeh tanımadığını, iddiaçının Əli adlı şəxslə 110000 manat məbləğində borc alması müqabilində mənzili girov qoyacağı barədə razılığa gəlmələrini göstərmişdir. Eyni ilə şahid X4 cavabdehi tanımadığını, iddiaçının sonuncudan sələmə pul götürməsini iddiaçıdan eşitdiyini göstərmişdir. Göründüyü kimi, qeyd olunan şahidlər mənzilin alqı-satqısında bilavasitə iştirak etməmişlər. Digər şahid həmçinin tərəflər arasında o lan münasibətlərdə bilavasitə iştirak etməməklə, özünün və ümumilikdə 37 nəfər şəxsin cavabdehdən sələmə borc aldıqlarını ifadəsində göstərmişdir. Lakin şahidi dindirən məhkəmə tərəfindən Mülki Prosessual Məcəlləsinin 104.3-cü maddəsinin tələblərinə əsasən şahidin göstərdiyi məlumatların alınma mənbəyi aydınlaşdırılmamış, o cümlədən həmin şahidin cavabdehdən faizə borc almasını təsdiq edən sübutlar iş materiallarına əlavə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində gəldiyi nəticəni əsaslandırmaq üçün bilavasitə istinad etməsə də, göstərmişdir ki, iş materiallarından və iddiaçının əvvəlki apellyasiya instansiyası icraatı zamanı təqdim etdiyi məhkəmə qətnamələrinin surətlərindən görünür ki, cavabdeh hazırkı iddiaya bənzər məzmunla çoxlu sayda müxtəlif m əhkəmə işlərində tərəf kimi iştirak etməklə o, müxtəlif evləri alqı-satqı kimi rəsmiləşdirməklə müəyyən faizə pul verməklə məşğul olmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, təqdim olunan müxtəlif tələbli qətnamələrdə hazırki işdə cavabdehə qarşı olan tərəflər iddia, etiraz və şikayətlərini cavabdehlə borc münasibətlərində olmaları ilə əsaslandırsalar da, həmin qətnamələrlə qeyd olunan halların öz təsdiqini tapması əks olunmamışdır. Daha sonra iş materiallarında müəyyən olunur ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə üzvləri ilə birlikdə hazırda mübahisələndirilən mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hə min qətnaməni apellyasiya qaydasında mübahisələndirən İddiaçı Mülki Məcəllənin 340-cı maddəsinə istinad edərək şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı sələmçidir, mənzil isə borcun təminatı məqsədi ilə iddiaçının adına keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsi 02 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini qismən – cavabdehin ailə üzvlərinə münasibətlə ləğv edib, iddianı həmin hissədə təmin etməsə də, İddiaçı qeyd olunan dəlilini əsassız bilmiş və qətnaməni ona münasibətdə dəyişdirilmədən saxlamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan həmin qətnamənin mövcudluğunu nəzərə almamışdır. Nəhayət apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin borc və ipoteka münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanılması qənaətinə gəlsə də, iddiaçının notarial qaydada təsdiq olunmuş həmin müqavilənin bağlanmasına nə səbəbdən razılıq verməsi məsələsi aydındlaşdırılmamış və hər iki tərəfin müqavilə bağlayarkən və sonrakı mərhələlərdə Mülkİ Məcəlləsinin 425.1-ci maddəsinə uyğun hüquq və vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə icra etmələrinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarınd a əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münas ibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)-5692/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar