Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1767/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(011)-xxx/18) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən t əmin edilərək, Cavabdeh borca görə 2460 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2490 manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmiuşdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, V.Baxışova və N.Cəfərov, iş № 2(103)xx/18) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddia çı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona işlədiyi müddətə görə 700 manat əmək haqqının və 2460 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Res publikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh öz imzası ilə təsdiq etdiyi 14.04.2016-cı il tarixli qəbzdə İddiaçı həmin tari xdə 2460 manat borc aldığını göstərmiş və bu borcu 25.04.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehdən həmin məbləği və ödənilməmiş əmək haqqı kimi 700 manatı tələb edir. Cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, o, iddiaçıdan 2460 manat deyil, hissə-hissə 1460 manat borc almış və həmin pulu faizi ilə birlikdə 2500 manat olmaqla ona qaytarmışdır. O, etirazının əsası və pul məbləğinin qaytarılmasını təsdiq edən sübut kimi şahid ifadələrinə və iddiaçının oğlu tərəfindən tərtib edilərək imzalandığını iddia etdiyi yazılı sənədə istinad edilmişdir. İddiaçı tərəf isə cavabdehin borc sənədində göstərilən məbləğin hər hansı bir hissəsini ona qaytarmadığını, şahid ifadələrinin həqiqəti əks etdirmədiyini, cavabdehin oğluna ona vermək üçün hər hansı məbləğdə pul v ermədiyini göstərmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında borcla bağlı öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz həmin növ müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu - pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor -borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmi ş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərki bini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işin halları baxımından tərəflər arasında borcdan irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Yaranmış öhdəlik münasibətlərinin pozulması və məhz hansı tərəfin hərəkətləri öhdəliyin icrasının başa çatmamasına şərait yaratmasının müəyyən olunmasından asılıdır. Apellyasiya instansiyası mə hkəməsinin qənaətinə görə iddiaçı cavabdehin ona 2460 manat məbləğində borcunun olmasını təsdiq edə bilmişdir. Cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin mövcudluğu özü tərəfindən imzalanmış borc sənədi ilə təsdiq olunur. Nə qədər ki, borc sənədi iddiaçıdadır, onun üzərində və ayrıca olaraq başqa sənəddə borcun tam və ya hər hansı hissəsinin ödənilməsi əks etdirilməmişdir, bu halda borcun ödənilmədiyinə dair iddiaçının göstərdikləri inandırıcı hesab olunmaldır. Cavabdehin təqdim etmiş olduğu şahidlərin ifadələri borcun qaytarılmasını təsdiq edən möhtəbər sübutlar kimi qəbul oluna bilməz. Həmin ifadələr iş materiallarında olan digər sübutlarla dəstəklənmir və işin araşdırılmış hallarına uyğun deyildir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə tə sdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda qeyd edilməlidir ki, cavabdeh etirazının əsaslılığını təsdiq edən hər hansı bir sübuta malik deyildir. O, iddiaçı qarşısında mövcud olan öhdəliyini icra etməmiş, birinci instansiya məhkməsi isə haqlı olaraq iddianın əsaslı olması nəticəsinə gəlmişdir. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhədliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə dilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəli yə xitam verildiyni təsdiqləyir. Göstərilən normanın tələbinə əsasən borc sənədi nə qədər ki, iddiaçıdadır, cavabdehin borcun ödənilməsinə dair göstərdikləri o zaman inandırıcı sayıla bilər ki, borc sənədi ona qaytarılmış və onda olmuş olsun. Cavabdeh borcun qaytarılmasını göstərmiş olsa da heç bir halda borc məbləğinin iddiaçıya şəxsən qaytarmasını bildirmir, borcu göstərdiyi şahidlər vasitəsi ilə iddiaçının həyat yoldaşına və digər hissəsinin isə iddiaçının oğlu vasitəsi ilə ödədiyini qeyd edir. Hətta iddiaçının dəlilləri ilə razılaşılmış olsa belə bu, özlüyündə pul məbləğinin iddiaçıya qaytarılmasını təsdiq etmir. İlkin olaraq ona görə ki, iddiaçı pul məbləğinin həmin şəxslərə verilməsinə dair cavabdehə razılıq verməmişdir. Digər halda isə iddiaçının göstərdiyi şəxslərin pul məbləğinin iddiaçının həyat yoldaşına verilməsi özü təsdiq olunmur. Oğluna verilmiş pul məbləğini isə məhz atasına olan borcun ödənilməsi ilə bağlı verilməsi və sənədin həqiqətən iddiaçının oğlu tərəfindən tərtib olunaraq imzalanmasını təsdiq edən sübutlara malik deyildir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edərək qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tə rəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları iddianın təmin olunmuş hissəsin də sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilər kən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Əzizov İntiqam Əjdər oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-1767/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1767/2019
05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver