Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1768/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Şamiyeva Lətifə Abas qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı «öhdəliklərin qüvvədən düşmüş hesab edilməsi, girov və ipoteka predmeti olan əşyaların, o cümlədən iki daşınmaz əmlakın yüklülükdən azad edilməsi və qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mü raciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi təmin edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, Valeh Ağayev, Afaq Nuriyeva) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2013-cü il tarixli, Q181/19 saylı girov müqaviləsi üzrə girov qoyulan 8878 manat dəyərində qızıl-zinət əşyalarının cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İ ddiaçı1 geri qaytarılması qət edilmişdir. İddiaçılar qətnamədən kasasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)***/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə kasasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, poçt göndərişinin alınması barədə xəbərnamədən görünür ki, qətnamə iddiaçılara xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada verilmişdir. Kasasiya şikayətinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, kasasiya şikayətinin verilməsi üçün dövlət rüsumu xx.xx.2020-ci il tarixdə ödənilmiş, hüquqi xidmət göstərilməsi ilə bağlı vəkillə müqavilə də xx.xx.2020-ci il tarixdə bağlanmışdır. İddiaçılar tərəfindən verilmiş kasasiya şikayəti xx.xx.202 0-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, kasasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Eyni zamanda iddiaçılar tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, qərardadın ona münasibətdə ləğv edilməsini və qətnamədən kasasiya şikayətinə baxılmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad ona münasibətdə əsassızdır. Belə ki o, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsini rəsmən almamışdır. Qətnamədən diggər iddiaçılar vasitəsilə oktyabr ayının ortasında xəbər tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı Şamiyeva Lətifə Abas qızı, vəkili Vəkil, digər iddiaçılar İddiaçı1, İddiaçı2 Sücaddin oğlu və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin vəkili Vəkil1 kasasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-***/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə b ilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı Şamiyeva Lətifə Abas qızı kasasiya şikayətində məhkəmə qətnaməsini rəsmi almadığını qeyd etsə də, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi iddiaçılara xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada verilmişdir. Kasasiya şikayəti isə 22.09. 2020-ci il tarixdə imzalanmış, xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Şamiyeva Lətifə Abas qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarix li qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.