Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-177/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5275/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında 19.09.2013-cü il tarixdə ilkin müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən xxx küçəsindəki yaşayış massivində 39 saylı kooperativ yaşayış evinin tikintisi başa çatdıqdan sonra həmin evin Xİİ mərtəbəsində yerləşən və ümumi sahəsi 59,3 m2 olan 1 otaqlı mənzil bir pay kimi İddiaçı verilir. «İcraçı» tərəfindən görülən işlər: tikintinin xarici tərtibatı, daxili arakəsmələr, binanın tikinti quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır. Giriş dəmir seyf qapısının qoyulması, bina ətrafında abadlıq işləri tam başa çatdırılır, mənzillərə elektrik, qaz, su və kanalizasiya xəttinin çəkilməsi, divarların suvaq edilməsi, PVC tipli melop lastik pəncələrin qoyulması və şüşələnməsi. «Payçı» müqavilədə göstərilmiş məbləği vaxtında təmamilə ödəməyi öz üzərinə götürür. Bu mümkıin olnıtıdıqda payçının pulunun qaytarılması şərti ilə müqavilə ləğv olunur. Tikinti 12 ay müddətinədək təhvil verilir. 2. 11.12.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdehlər X4 və Cavabdeh2 pul vəsaitinin qaytarılması əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 3. 23.07.2019-cu il tarixli "xxxx" MTK-nın direktoru X3 Cavabdeh2 tərəfindən ünvanlanmış ərizədən görünür ki, ünvan 1 yaşayış binasının 1 -ci blok 7-ci mərtəsində yerləşən 70 kv.m mansard sahədən ibarət olan mənzilin xxx məhəlləsində inşa olunmuş 2 girişli 7 mərtəbəli (mansardlı) yaşayış binasında eyni sahə ilə əvəzləmək şərtilə İddi açı Seyfəddin oğlunun adına sənədləşdirilərək özgəninkiləşdirilməsinə etirazı yoxdur. 4. "xxxx" MTK ilə İddiaçı arasında 30.07.2019-cu il tarixdə bağlanmış ilkin müqavilədən görünür ki, müqavilənin predmeti xxx küçəsində yerləşən 6 (altı) Mərtəbəli yaşayış evinin 1. blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 7 mərtəbəsində yerləşən və ümumi sahəsi 70 m2 olan otaqlı mənzil bir pay kimi verilir. “İcraçı” tərəfindən görülən işlər: Tikintinin xarici tərtibatı, daxili arakəsmələr, binanin tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır. Giriş dəmir seyf qapısının qoyulması, bina ətrafında abadlıq işləri tam başa çatdırılır, mənzillərə elektrik, qaz, su çəni və kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, PVC tipli metoplastik pən cərələrin qoyulması və şüşələnməsi. “Payçı” müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi öz üzərmə götürür. Bu mümkün olmadıqda “Payçı”nın pulunun qaytarılması şərti ilə müqavilə ləğv olunur. Ödəmələr qarşılıqlı razılaşmalar əsasında həll edilir. 5. "xxxx" MTK ilə İddiaçı arasında 30.07.2019-cu il tarixdə bağlanmış ilkin müqavilədən görünür ki, müqavilənin predmeti xxxx yerləşən 12 (on iki) mərtəbəli yaşayış evinin blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 140 m2 olan 3 otaqlı mənzil bir pay kimi verilir.“İcraçı” tərəfindən görülən işlər: Tikintinin xarici tərtibatı, daxili arakəsmələr, binanin tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır. Giriş dəmir seyf qapısının qoyulması, bin a ətrafında abadlıq işləri tam başa çatdırılır, mənzillərə elektrik, qaz, su çəni və kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, PVC tipli metoplastik pəncərələrin qoyulması və şüşələnməsi. “Payçı” müqavilədə göstərilmiş məbləği vaxtmda tamamilə ödəməyi öz üzərmə götürür. Bu mümkün olmadıqda “Payçı”nın pulunun qaytarılması şərti ilə müqavilə ləğv olunur.
6. İddiaçı ilə X4 arasında imzalanmış 01.08.2019-cu il tarixli barışıq sazişindən görünür ki, “X” direktoru X1 X ilə bağlanmış 19.09.2013-cü il tarixli müqaviləyə əsasən xxx küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən və 59,3 kvadrat metrdən ibarət olan 1 otaqlı 63 saylı mənzilin əvəzində ona xxx küçəsi 6 ünvanında İ blok 7-ci mərtəbədə yerləşən 70 kv.metı mansard sahəsindən ibarə t mənzil verir. Eyni zamanda xxx X10, 64 a ünvanda yerləşən yeni tikilinin 12-ci mərtəbəsində 150 kv.metr mansard sahədən ibarət mənzil verir. Şikayətçi İddiaçı bu sadalanan əmlakları qəbul edir və bunlara dair hazırlanan alqısatqı müqaviləsini imzalayır. Şikayətçi bu əmlakları qəbul edib alqı-satqı müqäviləsini imzaladıqdan sonra əgər borclu söz verdiyi öhdəlikləri lazımınca yerinə yetirərsə, (əmlakların təhvil verilməsi və satıldıqdan sonra 40000 manat şikayətçiyə verilməsi daxil olmaqla) bu məsələyə dair heç bir məhkəmələrdə iddia qaldırmayacağına, prokurorluq və digər hüquq mühafizə orqanlarında şikayət verməyəcəyinə söz verir. Şikayətçi İddiaçı bu əmlaklar satıldıqdan sonra alınan vəsaitdən 40000 (qırx min) manat götürüb qalan pulu X direktoru X3 qaytarmağı öz öhdəsinə götürür. Birinc i əmlak satıldıqdan sonra pul məbləğini bütövlükdə İddiaçı X götürəcəkdir. Bununla o, məhkəmədə onun üzərinə qoyulan ekspertiza xərcini, vəkillərin xərcini, dövlət rüsumlarını və digər xərcləri ödəyəcəkdir. İkinci əmlak satıldıqdan sonra şikayətçi özünə çatacaq 40000 (qırx min) manat məbləği özünə götürüb (birinci və ikinci əmlaklardan gələn məbləğlər cəmlənməklə) qalanını isə X direktoruna qaytaracaqdır. X16 imzalandığı andan qüvvəyə minir. X16 tərəflərin hər birində bir nüsxə, Bakı şəhər Binəqədi rayon Prokurorluğuna təqdim etmək üçün 1 nüsxə, cəmi 3 (üç) nüsxədə imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər X3, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi verərək, İddiaçı X ilə Cavabdeh3 MTK arasında bağlanmış 30 iyu l 2019-cu il tarixli ilkin müqavilənin və mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 70000 manat mənzilin dəyəri, 10000 manat əldən çıxmış fayda, 5000 manat ekspertiza, nəqliyyat, vəkillərə ödənilmiş vəsait və digər xərclər, 15000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 100000 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.09.2013-cü il tarixində cavabdehin direktoru olduğu Cavabdeh3 Mənzil-Tikinti Kooperativi ilə alqı-satqı müqaviləsi imzalamışdır. Bu müqavilənin predmeti xxx küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən və 59,3 kvadrat metrdən ibarət olan 1 otaqlı 63 saylı mənzil olmuşdur. Onunla müqavilə bağlayıb podratçı k imi fəaliyyət göstərən şirkət olan "xxxx" MTK bu mənzili 2008-ci il iyun ayında imzalanan müqavilə ilə X2. Həmin şəxs isə 2017-ci ildə "xxxx" MTK və "xxxx" MTK-nı cavabdeh qismində göstərərək Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesində "xxxx" MTK-nın nümayəndəsi X11 ərizə təqdim edərək iddia tələbini qəbul etmiş, mənzilin boş olduğunu heç kimə satılmadığını bildirmişdir. Buna əsasən Məhkəmə 8 avqust 2017-ci il tarixli 2(004)-5726/2017 saylı qətnamə çıxarmış və bu qətnaməyə əsasən həmin mənzilə X6 istifadə hüququ tanınmışdır. Yasamal rayon Məhkəməsinin 8 avqust 2017-ci il tarixli 2(004)-5726/2017 saylı qətnaməsindən "xxxx" MTK Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsində iddia tələbi "xxxx" MTKnın səlahiyyətli nümayənd əsi tərəfindən qəbul edildiyindən apelyasiya şikayəti rədd edilmişdir. "xxxx" MTK tərəfindən verilən apelyasiya şikayətinə əsasən çıxarılmış qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilməmişdir. Ondan sözügedən mənzilə dair 32000 azərbaycan manatını alan və onunla 19.09.2013-cü il tarixli müqaviləni imzalayan şirkət onun hüquqlarını müdafiə etmir. Eyni zamanda həmin şirkətin nümayəndəsi həmin mənzili boş olduğunu və heç kimə satılmadığını bildirərək birinci instansiya məhkəməsinə iddianı qəbul edir. Halbuki onun şirkətlə "xxxx" MTK arasında 2017-ci ildə məhkəmə mübahisəsi olduqda o, Cavabdeh2 müraciət etmiş və bildirmişdur ki, bəlkə o, da məhkəməyə gəlib öz hüquqlarını müdafiə etsin, o, isə bu şirkətlər arasında olan mübahisə olduğunu və bunun ona aidiyyatı olmadığını bildirmişdir. O, nə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, nə də Yasamal rayon Məhkəməsində gedən məhkəmədə öz hüquqlarını müdafiə edə bilməmişdir. Öz mülkiyyət hüquqlarını müdafiə etmək üçün Yasamal rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin "xxxx" MTK ilə "xxxx" MTK arasında 2017-ci ildə gedən məhkəmə mübahisəsinə əsasən Azərbaycan Respublikası Ali məhkəməsi tərəfindən çıxarılmış qərarla sözü qedən mənzil X-ya verildiyi üçün mənzili qaytarmaq mümkün olmamış və Yasamal rayon Məhkəməsi tərəfindən X9 ilə "xxxx" MTK arasında bağlanan müqavilə etibarsız sayılmamışdır. Yasamal rayon İcra və Probasiya şöbəsinin məmurları bu qətnaməyə görə verilən icra vərəqəsinə əsasən onu evindən çıxarmışlar. Onunla cavabdeh arasında imzalanan 19.09.2013-cü il tarixli müqaviləyə əsasən maklerlərə veril ən pul vəsaitini də nəzərə almaqla tərəfindən ödənilən pul məbləği 32000 (otuz iki min) manat təşkil etmişdir. Bugünkü şərtlərlə və bazar qiymətləri ilə həmin mənzili 70000 (yetmiş min) manat civarında almaq olar, Eyni zamanda uzun müddətli məhkəmə prosesləri getmiş, Yasamal Rayon Məhkəməsi tərəfindən "xxxx" MTK haqqında xüsusi qərardad çıxarılmış və iş Binəqədi Rayon Prokurorluğuna göndərilmiş, Bakı Apelyasiya Məhkəməsi tərəfindən isə “Xhaqqır.da xüsusi qərardad çıxarılmış və iş Yasamal Rayon Prokurorluğuna göndərilmişdir. Bu işlərlə əlaqədar məhkəmədə və Prokurorluq orqanlarında iştirak edən vəkillərə və digər məsələlərə xeyli miqdarda təxminən 10000 manatadək xərci çıxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə isə bu məbləğ iddiaçıda olsaydı normal dövriy yədə xeyli miqdarda vəsait əldə edə bilərdi, ona görə də burada əldən çıxmış fayda da nəzərə alınmalıdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 2(005)826/2020 saylı işi üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri əsaslandırmamışdır.
11. Bundan başqa İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38 5.1, 427.3, 442, 443.1, 448.1-ci, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 119, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5275/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2020 saylı işi üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud d eyildir. Belə ki, iddiaçı sübut etmə vəzifəsinə müvafiq ona aid hissədə tələblərinin əsasını təşkil edən hallara dair mümkün ola bilən təkzibedilməz sübutlar təqdim etməmiş, tələbin prosessual formasına riayət etməyərək hər bir cavabdehə qarşı yönələn tələbin mahiyyətini açıqlamamış, tələbdə göstərilmiş müqavilələrə aydınlıq gətirməmiş və mübahisənin başlanğıcının tərəflər arasında bağlanmış barışıq sazişinin olmasına baxmayaraq onu mübahisələndirməmişdir.
16. Mülki Məcəllənin 881.2-ci maddəsinə görə “barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 1.hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeydşərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 2.barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.
17. Qeyd edilməlidir ki, tərəflər arasında razılaşma olduğundan müqavilənin ləğvi və pul tələbi üzrə mübahisəyə qiymət verilməsi üçün barışıq sazişinin şərtlərinin pozulması müzakirə edilməlidir ki, bu barədə tələb olmadığından prosessual cəhətdən bu mümkünsüzdür. Diqqətə çatdırılmalıdır ki, iddiaçının hüquq-mühafizə orqanlarına şikayət etməsi və ya razılaşmanın şərtlərinə dair pozuntuların mübahisələndi rilməsi müvafiq olaraq onun əsaslı tələblərinə yenidən baxılmasını istisna etmir və bu baxımdan hazırki iş üzrə qətnamənin mövcudluğu onun məhkəmə müdafiə hüquqlarını məhdudlaşdırmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icr aatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəl illəri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir.
25. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
26. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
27. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda i sə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
28. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
29. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
30. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar ü çün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 1.hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeydşərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 2.barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. (maddə 881.2) Mülki Prossesual Məcəllə
31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5275/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.