Məhkəmə qərarları › İş №2(102)-177/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-177/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-177/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3930/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları:

1. İddiaçı (bundan sonra -iddiaçı) 2013-cü il tarixdə "xxxx" BOKT MMC (bundan sonracavabdeh) ilə kredit müqaviləsi imzalayaraq 35.000 min manat pul krediti götürmüşdür. Kreditin təminatı kimi arvadı X1 məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evini və 0.10 ha torpaq sahəsini ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə cavabdehlə ipoteka müqaviləsi imzalanmışdır. 2. 30.06.2021-ci il tarixli aktına əsasən, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov, tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X3 və hal şahidlərinin iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6758/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evində olmuşlar və borclular icra yerinə gəlmədiklərindən evin qapısı açılaraq evə baxış keçirilmiş, borcluya məxsus əşyalar tələbkara saxlanc üçün təhvil verilmişdir. Həmin əşyalardan 2 ədəd divan kreslo dəsti, mətbəx mebeli, 1 ədəd tozsoran, 1 ədəd şkaf, 1 ədəd qonaq otağı şkafı, 3 ədəd yataq çarpayısı, 1 ədəd divar saatı, 1 ədəd meyvə şirəsiçəkən, 1 ədəd fen, 2 ədəd euromax markalı peyk çanaq qurğusu, 1 ədəd ev telefonu tələbkara təhvil verilmişdir. Evin qapısının açarları mütəxəssis tərəfindən yenilənərək tələbkara təhvil verilmişdir. Evə baxış keçirilərkən hər hansı bir qızıl-zinət əşyaları, pul vəsaiti və digər dəyərli əşyalar müəyyən olunmamışdır. 3. 01.03.2021-ci il tarixli pretenziya məktubuna görə, iddiaçı cavabdehi məktubda qeyd etdiyi əşyaları geri qaytarması, əks təqdirdə müvafiq orqanlara müra ciət edəcəyi barədə xəbərdar etmişdir. 4. 10.06.2023-cü il tarixli pretenziya məktubundan görə, iddiaçı cavabdehi ona dəymiş 11000 manat maddi ziyanı ödəməsi barədə xəbərdar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehə (iş üzrə x müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəyən maddi ziyana görə cavabdehdən 11.000 manatın onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, ondan alınan əşyalar ilə bağlı akt tərtib edilmişdir. Akt Abşeron Rayon İcra və Probasiya Şöbəsindən təhvil alınmışdır. Aktda göstərilən əşyalar bu günə qədər ona təqdim edilməmişdir. 2021-ci il tarixdən cavabdehə müraciətlər etmişdir. Əşyalara baxış keçirilmiş, yalnız qonaq otağından götürülən əşyalar orada olmuşdur. İki ildir ki, əşyaları qaytarılmır. Aktda qeyd olunan əşyalar orada idi. Qarajda olan əşyalar orada yox idi. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək, izahatında göstərmişdir ki, cavabdeh qismində Abşeron Rayon İcra və Probasiya Şöbəsi olmalıdır. Əşyalara iddiaçı özü gəlib baxış keçirmişdir, lakin əşyaları geri götürmür, onların əvəzinə pul tələb edir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bun dan sonra- birinci instansiya məhkəməsi) 2(006)-204/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddianın rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar heç bir əsaslı dəlilə söykənmir. Belə ki, o, iddia ərizəsində onun mənzilinə iddiaçının qanunsuz şəkildə daxil olaraq əşyalarını, həmçinin ailəsinə məxsus qızıl-zinət əşyalarını götürdüyünü iddia etsə də o, bunu sübut edəcək hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu isə iddiaçının iddia ərizəsinin dəlilllərinin formal mülahizələrə əsaslandığını göstərir.

9. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində onun mənzilindən əşyaların qanunsuz götürüldüyünü iddia etsə də, o, iddia tələbində 11000 manat pul istəmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası yoxdur.

10. Belə ki, iş materiallarında olan aktda iddiaçının evindən hansı əşyaların götürüldüyü və bu prosesdə kimlərin iştirak etdiyi aktı imzalayanların imzası ilə təsdiq edilir. İddiaçı onun ailəsinə məxsus qızıl-zinət əşyalarının da götürdüyünü iddia edir. Lakin, aktda belə bir hal aşkar edilməmişdir. Bu hal da həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də iddiaçının evinə daxil olaraq oradan əşyaların siyahıya alınaraq götürülməsi faktını təsdiq edir. Lakin məhkəmə qeyd etmişdir ki, aktdan da göründüyü kimi mənzilə daxil olma qanunsuz şəkildə baş verməmişdir. Bu proses icra məmurunun iştirakı ilə məhkəmə qərarının icrası məqsədilə olmuşdur.

11. Digər tərəfdən, məhkəmə qeyd etmişdir ki, məhkəmə prosesində iştirak edən cavabdehin izahatlarından görünür ki, iddiaçının iddia ərizəsində götürüldüyünü qeyd etdiyi əşyalar hal-hazırda saxlancda saxlanılır, lakin iddiaçı özü həmin həmin əşyaları götürmür. Hazırkı iddiasında isə o, əşyaları deyil, onların dəyərini tələb edir. Bu isə məhkəmə tərəfindən əsaslı hesab edilmir. Məhkəmə qeyd edir ki, yalnız əşyaların mövcud olmadığı halda iddiaçının iddia tələbi əsaslı ola bilərdi. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməs indəki icraat:

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə işi obyektiv araşdırmadan cavabdehin təqdim etdiyi akta əsasən qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə də vəsatətə əsasən ekspertiza təyin etməmişdir. Hazırda cavabdehin saxlancında saxlanılan əşyaların hansı vəziyyətdə olmasına dair ekspertiza təyin olunmalı idi. Çünki ona məxsus əşyaların çoxu yararsız haldadır. Odur ki, əşyaların saxlancda olmasının və hansı vəziyyətdə olmasına dair ekspertin rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən sübütlardan biridir. Ondan əlavə məhkəmə icra zamanı mənzildən çıxarılmaya dair icranı q anuni hesab etmişdir. Hərçənd mənzildən çıxarılmaya dair icra məmuru tərəfindən ona heç bir bildiriş göndərilməmişdir və icra zamanı evdə olmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası (bundan sonra- apellyasiya instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(103)-3930/2024 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən, məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışınski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin 2(006)-204/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edtmişdir ki, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tələbinin əsasını sübut edə bilməmiş dir. Belə ki, o, iddia ərizəsində onun mənzilinə iddiaçının qanunsuz şəkildə daxil olaraq əşyalarını, həmçinin ailəsinə məxsus qızıl-zinət əşyalarını götürdüyünü iddia etsə də o, bunu sübut edəcək hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu isə iddiaçının iddia ərizəsinin dəlillərinin formal mülahizələrə əsaslandığını göstərir.

17. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində onun mənzilindən əşyaların qanunsuz götürüldüyünü iddia etsə də, o, iddia tələbində 11.000 manat pul istəmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, iş materiallarında olan aktda iddiaçının evindən hansı əşyaların götürüldüyü və bu prosesdə kimlərin iştirak etdiyi aktı imzalayanların imzası ilə təsdiq edilir. İddiaçı onun ailəsinə mə xsus qızıl-zinət əşyalarının da götürdüyünü iddia edir. Lakin aktda belə bir hal aşkar edilməmişdir. Bu hal da həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də iddiaçının evinə daxil olaraq oradan əşyaların siyahıya alınaraq götürülməsi faktını təsdiq edir. Lakin aktdan da göründüyü kimi mənzilə daxil olma qanunsuz şəkildə baş verməmişdir. Bu proses icra məmurunun iştirakı ilə məhkəmə qərarının icrası məqsədilə olmuşdur.

18. Digər tərəfdən iş materiallarında olan cavabdehin izahatlarından görünür ki, iddiaçının iddia ərizəsində götürüldüyünü qeyd etdiyi əşyalar hal-hazırda saxlancda saxlanılır, lakin iddiaçı özü həmin əşyaları götürmür. Hazırkı iddiasında isə o, əşyaları deyil, onların dəyərini tələb edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yalnız əşyaların mövcud olmad ığı halda iddiaçının iddia tələbi əsaslı ola bilərdi.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, işdə, saxlanca verilmiş əşyaların yararsız hala düşməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir, habelə iddianın əsası saxlanca verilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə bağlı olmamışdır. Saxlanca verilmiş əşyaların vəziyyəti ilə bağlı ekspertizanın keçirilməməsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı mübahisənin həlli baxımından bu halın aydınlaşdırılmasının əhəmiyyəti yoxdur.

20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2,1096.1, 1096.2, 1097.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassas iya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2(103)-3930/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, mənzilin boşaldılmasını həyata keçirən icra məmuru iddiaçıya həmin aktın həyata keçiriləcəyi dəqiq vaxt barədə bildiriş təqdim etməli idi. Göstərilən normanın məqsədi ondan ibarətdir ki, bu bildirişin sayəsində borcluo nunla bağlı keçiriləcək icra tədbirlərindən xəbərdar olmaqla öncədən hazırlıq görmək, yəni ona məxsus əşyaları evdən çıxarmaq və icra prosesinə şərait yaratmaq imkanına malik olur. Lakin hazırki iş üzrə iddiaçıya bununla bağlı heç bir bildiriş göndərilməmiş, öncədən icra tədbiri barədə məlumatlandırılmayıb. Bu halı təkzib edən hər hansı mötəbər sübutlar da iş materiallarına əlavə edilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən də bu tələbin icra edilib-edilməməsinə dair hər hansı araşdırılma aparılmamışdır. Nəticədə o, mənzilin boşaldılacağı vaxt barədə məlumatsız olduğundan ona və ailəsinə məxsus əşyaları mənzildən çıxarmaq imkanından məhrum olunmuş və bunun nəticəsində hazırda mülkiyyətində olan bir sıra əmlaklar, o cümlədən qızıl-zinət əşyaları hazırda ona məlum olmayan bir yerdədir (bəlkədə, məhv edilib). Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı ya zılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zər ər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanı lmalıdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsi nin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

38. Belə ki, apellyasiy a instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar heç bir əsaslı dəlilə söykənmir. O, iddia ərizəsində onun mənzilinə cavabdeh tərəfin iddiaçının qanunsuz şəkildə daxil olaraq əşyalarını, həmçinin ailəsinə məxsus qızıl-zinət əşyalarını götürdüyünü iddia etsə də, bunu sübut edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu isə iddiaçının iddia ərizəsinin dəlillərinin formal mülahizələrə əsaslandığını göstərir.

39. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan aktda iddiaçının mənzilindən hansı əşyaların götürüldüyü və bu prosesdə kimlərin iştirak etdiyi aktı imzalayanların imzası ilə təsdiq edilir. İd diaçı onun ailəsinə məxsus qızılzinət əşyalarının da götürdüyünü iddia edir. Lakin, aktda belə bir hal aşkar edilməmişdir.

40. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə prosesində iştirak edən cavabdehin izahatlarından da görünür ki, iddiaçının iddia ərizəsində götürüldüyünü qeyd etdiyi əşyalar hal-hazırda saxlancda saxlanılır, lakin iddiaçı özü həmin həmin əşyaları götürmür. Hazırkı iddiasında isə o, əşyaları deyil, onların dəyərini tələb edir. Bu isə məhkəmə tərəfindən əsaslı hesab edilmir. Məhkəmə qeyd edir ki, yalnız əşyaların mövcud olmadığı halda iddiaçının iddia tələbi əsaslı ola bilərdi. Ona görə də hazırkı iddia tələbi təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 i yul 2024-cü il tarixli, 2(103)-3930/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar