Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1770/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli, 2(103)11277/2018 nömrəli qətnaməsindən Cavabdeh3 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim T.Axundov) 20.10.2016-cı il tarixli, 2(004)-910/16 saylı qərardadı ilə İddiaçı QSC-ni n cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair 2(004)-910/16 saylı mülki iş üzrə iddia tələbinin İddiaçı QSC tərəfindən Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsinə münasibətdə icraata (hissəvi) xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim T.Axundov) 20.10.2016-cı il tarixli, 2(004)-910/16 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, T.Əliyev) 01.12.2016-cı il tarixli, 2(103)-10340/2016 nömrəli qərard adı ilə İddiaçı QSC-nin şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.10.2016-cı il tarixli, 2(004)-910/16 saylı qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Mirzəliyev, A.Kalbalıyev, İ.Xələfov) 10.03.2017-ci il tarixli, 2(102)-1657/17 saylı qərarı ilə İddiaçı QSCnin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.12.2016-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, V.Baxışova, X.Sarıyev) 11.08.2017-ci il tarixli, 2(103)-6258/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.10.2016-cı il tarixli qətnaməsinin Cavabdeh2 aid hiss ədə ləğv edilməsi, İddiaçı QSC-nin Cavabdeh2 və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, V.Baxışova, X.Sarıyev) 11.08.2017-ci il tarixli, 2(103)-6258/2017 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.10.2016-cı il tarixli qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə, yəni iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə həll edilməsi hissəsində dəyişdirilmədən saxlanması, apelyasiya şikayəti verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət ed ilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Quliyev, Ə.Mirzəliyev, T.Qoldman) 06.09.2018-ci il tarixli, 2(102)-3393/2018 saylı qərarı ilə İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.08.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, E.Nəbiyev, R.Qurbanov) 17.10.2018-ci il tarixli, 2(103)-11277/2018 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-910/2016 saylı, 20.10.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, İddiaç ı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Tahir oğluna və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15911.10 ABŞ dolları məbləğində kredit borcu, 4699.97 ABŞ dolları məbləğində faiz borcu və 1591 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 22202.07 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh3 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 26. 11.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15911.10 ABŞ dolları əsas, 4699.97 ABŞ dolları faiz borcu, 1591 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22202.07 (iyirmi iki min iki yüz iki dollar yeddi sent) ABŞ dolları məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun məcburi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Hazırki mübahisə üzrə iddiaçı bank borclu Cavabdeh1 ölümündən sonra vərəsələrə qarşı iddia qaldırmadan və ya miras əmlakdan kredit pu lunun tutulması məqsədilə heç bir tədbir görmədən zaminlərdən kredit borcunun tutulması üçün məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara diqqət yetirmədən yanlış qənaətə gəlmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin apelyasiya şikayətini təmin üçün istinad etdiyi AR Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarına əsasən də, kreditor zaminlərə qarşı iddia qaldırmazdan əvvəl ilkin olaraq miras qoyanın vərəsələrindən borcun ödənilməsini tələb etməli və yalnız onar əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Yəni hələ z aminlərə qarşı iddia qaldırılmazdan əvvəl miras qoyanın vərəsələrinin dairəsi müəyyən edilməli, vərəsələrə keçən miras aktivinin həddi miras əmlakın həcminin vərəsələrə əsas öhdəliyi icra etməyə imkan verib-vermədiyi müəyyən edilməli və onlardan öhdəliyin yerinə yetirilməsi tələb olunmalıdır. Lakin iddiaçı bank bu tələblərə əməl etməmişdir. Ona görə də miras qoyanın vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa zaminlərə qarşı iddia qaldırılması əsassız hesab olunmalıdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarına və iş üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə bir qətnamənin qüvvə alması zaminlərin hüquqlarını kobud şəkildə pozacaqdır. Ona görə də, iş ü zrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli, 2(103)-11277/2018 saylı qətnaməsinin ləğv edilərəkç iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı QSC-nin nümayəndəsi, Cavabdeh3 və vəkili Vəkil, digər Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.10.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-910/2016 saylı, 20.10.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15911.10 ABŞ dolları məbləğində kredit borcu, 4699.97 ABŞ dolları məbləğində faiz borcu və 1591 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 22202.07 ABŞ dolları məbl əğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasıqənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 06 sentyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası qətnaməsini onunla əsaslandırmışdır ki, kreditor qarşısında öhdəlik daşıya n borclu vəfat etdikdən sonra onun vəzifələri miras passivi qismində onun vərəsələrinə keçir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki kredit müqaviləsi üzrə borclunun öhdəlikləri vərəsələrinə keçmiş olur və bununla bağlı mərhumun öhdəliklərinin icrasına zamin durmuş cavabdehlərin mərhumun vərəsələrinə də zamin durmaları barədə razılığı tələb olunur. Lakin cavabdehlərdən belə bir razılıq alınmamışdır. Məhkəmə hesab etmişdir ki, belə bir razılığın olmaması zaminliyə xitam verilməsi üçün əsasdır. Lakin, Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tər kibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 və Cavabdeh4 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacaqları barədə müqavilə bağladıqlarından onlara münasibətdə iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etm ək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət da şıyırlar. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, zaminlik müqaviləsinin xitamları əsaslarının dairəsi məhdud olmaqla qanunvericiliklə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından borclu öldüyü halda da zaminin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmağa davam edir. Mülki Məcəllənin 477ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Borclu nun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Kassasiya kollegiyası kassasiya şikayətinin dəliliolan “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli Qərarına əsasən zaminlərə qarşı iddia qaldırılmazdan əvvəl miras qoyanın vərəsələrinin dairəsi müəyyən edilməli, vərəsələrə keçən miras aktivinin həddi miras əmlakın həcminin vərəsələrə əsas öhdəliyi icra etməyə imkan verib-vermədiyi müəyyən edilməli və onlardan öhdəliyin yerinə yetirilməsi tələb olunmalıdır” dəlili üzrə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun gösərilən qərarında göstərilmişdir ki, “qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: birgə məsuliyyət və subsidiar məsuliyyət.Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər.Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazı mınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.” İş materiallarında olan zaminlik müqavilələrinin 1.1ci bəndindən də görünür ki, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Digər tərəfdən gös tərilən Qərarda əsas borclu öldükdən sonra öhdəliyin icra edilməsinin ilk növbədə vərəsələrdən, daha sonra isə zaminlərdən tələb edilməli olduğu ilə bağlı hər hansı müddəa qeyd edilməmiş, vərəsələrin və zaminlərin məsuliyyəti izah edilmiş və qeyd edilmişdir ki, “vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir.Xarici ölkələrin qanunvericiliyinə nəzər yetirdikdə, əksər ölkələrdə məhz bu yanaşmanın qəbul edildiyini görmək olar. Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinə əsasən, əsas borclu öldükdə, zamin borclunun vərəsəsinin məhdud öhdəlik d aşımasına istinad edə bilməz (Mülki Qanunnamənin 768.1-ci maddəsi).” Həmçinin həmin qərarda zaminin mənafeyi ilə bağlı “Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər.” müddəası xatırladılmışdır. Odur ki, Cavabdeh3 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə da ir 04 iyun 2018-ci il tarixli Qərarına düzgün qaydada istinad etməmiş, həmin Qərarın müddəalarını ixtisar etməklə kassasiya şikayətini formal qaydada əsaslandırmışdır. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış, tərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormal arınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlili əsassızdır, həmin dəlil apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli, 2(103)-11277/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1770/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1770/2019
18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver