Məhkəmə qərarları › İş №2(102)-1772/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1772/2019

11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1772/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim:N.Ə.Misirzadə; 2(011)-2227/2018) İddia tələbi qismən təmin edilmiş, ödəniş gününə qü vvədə olan məzənnə ilə 10175,53 (on min yüz yetmiş beş dollar 53 sent) ABŞ dolları məbləğində əsas borc, 1863,88 (min səkkiz yüz altmış üç dollar 88 sent) ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları məbləğində cərimə, cəmi 12089,41 ( on iki min səksən doqquz dollar 41 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ************************************ saylı mənzilinə yönəldilməsi, Bakı şə həri, ******************************************* saylı mənzilinin ilkin satış qiymətinin 57.000 (əlli yeddi min) manat məbləğində olmaqla açıq hərracdan satılmasını və həmin əmlakın satışından əldə edilən vəsaitdən İddiaçı QSC-yə ödənilməsi, Bakı şəhəri, ******************************** saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh1, Cavabdeh2 və X3, X8, Cavabdeh5 və X4 mənzili boşaltması və ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:M.A.Məmmədov (sədrlik ed ən və məruzəçi), X.Ə.Sarıyev, H.Ü.Həmidov; 2(103)-9066/2018) cavabdeh X6 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti təşkil edən hissədə dəyişdirilmədən saxlamış, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh X10 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3, X8, Cavabdeh5 və X5 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ********** saylı kredit razılaşması üzrə 10175,53 ABŞ dolları məbləğində kredit borcu, 1863,88 dolları məbləğində faiz borcu və 5860,94 ABŞ dolları məbləğində cərimə borcu ümumilikdə cəmi 17900, 35 ABŞ dolları, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, Bakı şəhəri, ********************************* saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan 17900,35 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcunun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada tutulması,, Ba kı şəhəri,*************************************** saylı mənzilinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və X3, X8, Cavabdeh5 və X4 istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X7 İddiaçı QSC ilə bağlanmış 17.05.2013cü il tarixli ******************** saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 və Bank arasında bağlanmış 10.02.2015-ci il tarixli “Kredit razılaş ması” əsasında Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1.8333 faiz dərəcəsi ilə 13.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Razılaşmaya görə, cavabdeh bu məbləği ödəniş planı üzrə hissə-hissə qaytarmalı idi. Tərəflər arasında bağlanmış 10.04.2015-ci il tarixli, 10.03.2016-cı il tarixli və 23.09.2016-cı il tarixli “Sazişlərlə” “Razılaşmaya” və “Ödəniş planına” dəyişiklik edilmişdir, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri 01.05.2017- ci il tarixdən Banka ödəməmişdir. Nəticədə, onun Banka 10.175,53 ABŞ dolları məbləğində əsas kredit borcu və “Kredit razılaşmasının” şərtlərinə uyğun olaraq hesablanmış 1.863,88 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən Cavabdeh1 cərimə tətbiq edilmişdir ki, onun da məbləği 5.860,94 ABŞ dolları təşkil edir. Bank borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. Ona görə də iddia təmin olunmalıdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1,1091.1.1091.2-ci maddələrinin prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mü lkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçı və digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlal ət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan Bank ilə Cavabdeh1 arasında 17.05.2013-cü il tarixdə bağlanmış Kredit xətti müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 10.02.2015-ci il tarixdə “Kredit razılaşması” bağlanmış və “Razılaşmaya” əsasən Bank tərəfindən Cavabdeh1 aylıq 1.833 faiz dərəcəsi ilə 36 ay müddətinə 13.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 09.02.2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Mənzilin ipoteka ilə yüklü edilməsinə da ir RX seriyalı, ******* nömrəli “Çıxarış” verilmişdir. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş “Arayışdan” müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ipoteka predmeti olan mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 10.02.2015-ci il tarixli “Kredit razılaşması” üzrə əsas borcu 10.175,53 ABŞ dolları, faiz borcu 1.863,88 ABŞ dolları, cərimə borcu isə 5.860,94 ABŞ dolları məbləğindədir. İş materillarında olan məktublardan görünür ki, Bank tərəfindən Cavabdeh1 borcun ödənil məsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünü n nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -448.1--ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıy a (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 1091 -ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmə dikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1 -ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. - 319.1 -ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X11rşısında icra edilməmiş öhdəlikləri mövcuddur və o, bu öhdəliklərin vaxtında və lazımi qaydada icra ed ilməməsinə görə məsuliyyət daşıyır. Ödənişin gecikdirilməsi səbəbi ilə “Kredit razılaşmasının” şərtləri əsas götürülərək, Bank tərəfindən Cavabdeh1 cərimə tətbiq edilmişdir. Bank arasında bağlanmış “İpoteka müqaviləsi” görünür ki, İ.lsmayılov Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı kimi özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 Bank ilə ipoteka müqavilələri bağlayarkən ona məlum olmuşdur ki, Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi halda tutma ipoteka predmetinə yönəldiləcəkdir.Həmin mənzildə qeydiyyatda olan cavabdhlər tərəfindən notariat kontoruna ünvanlanmış 09.02.2015-ci il tarixli ərizələrdən görünür ki, omlar Bankdan götürülən kredit təminatı olaraq mənzilin Bank qarşısında ipoteka ilə yüklü edilməsinə eti raz etməmişlər və Banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə (məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə) razıdırlar və bu halda, Bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdələrinə götürmüşlər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 öhdəliklərini icra etmədiyi üçün Rayon Məhkəməsi haqlı olaraq tutmanı ipoteka predmetinə yönəltmiş və açıq hərracdan satıldıqdan 1 ay sonra mənzilin boşaldılmasını qət etmişdir. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan mənzilin bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və həmin MMC-nin mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə 17.04.2018-ci il tar ixli, **************** nömrəli hesabatı ilə mənzilin bazar dəyəri 57.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 24 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar