Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1775/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X12rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: tibb müəssisəsinin vurduğu zərərdən irəli gələn mübahisələr, real zərər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğ lundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X15 “maddi zərərin ödənilməsi tələbinə dair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1433/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə X8 xx.xx.2017-ci ildə rəsmi ni kaha daxil olmuşlar.
2. Birgə nikahlarından xx.xx.2019-cu ildə Gəncə şəhərində X13 doğulmuşdur.
3. Hazırda iddiaçı övladının xəstəliyi ilə əlaqədar maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət, Sosial İnnovasiyalar üzrə X10 Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X12rşı iddia ərizəsi və sonra iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 noyabr 2019-cu il tarixdə anadan olmuş X5 talessemiya “Beta major” xəstəliyinin müalicəsi üçün sümük iliyinin köçürülməsin ə lazım olan 90000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitinin və 444 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 4 dekabr 2017-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olmuşdur. Nikah qeyd etməzdən əvvəl mövcud qanunvericiliyin tələbinə uyğun olaraq Gəncə “ASAN” Xidmət Mərkəzində fəaliyyət göstərən müvafiq tibbi qurumda tibbi müayinədən keçmişlər. Tibbi müayinənin nəticəsində Güldanə Rəhimlinin talassemiya daşıyıcısı olduğu, onun isə sağlam olmağı müəyyən edilmişdir. Həmin tibbi arayışa əsasən onlar nikaha daxil olmuşlar və onların birgə nikahlarından 26 noyabr 2019-cu il tarixdə anadan o lmuş X13 doğulmuş və onda talessemiya “Beta major” xəstəliyi olması aşka r edilmişdir. Bundan sonra onlar Respublika Talassemiya mərkəzinə müraciət etmişlər və aparılmış müayinələr zamanı hər ikisinin talassemiya daşıcısı olmağı müəyyən edilmişdir. Xəstəlik aşkar olunduqdan sonra müvafiq müalicələrə başlamışlar. Lakin xəstəliyin yeganə və əsas müalicəsi sümük iliyinin köçürülməsidir ki, həmin əməliyyatın da icra edilməsi üçün onun maddi imkanı çatmır. Apardığı araşdırmalar nəticəsində sümük iliyinin köçürülməsinin Türkiyə Cumhuriyyətində mümkün olduğu, müalicə xərclərinin isə 90000 (doxsan min) ABŞ dolları olması müəyyən edilmişdir. Onun isə həmin xərci qarşılamaq üçün maddi imkanı yoxdur. Nikaha daxil olarkən analizlərin cavabları düzgün verilmiş olsaydı, onların uşaqlarının sağlam doğulması üçün müvafiq tədbirlər görmüş olardılar. Hesab edir ki, vaxtında düzg ün analiz aparılmaması səbəbindən onun uşağı xəstə doğulmuş və bu gün də o onun həm mənəvi, həm də maddi sıxıntısını çəkir. Hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən cavabdeh ona ödəməli olduğu maddi ziyan vurmuşdur ki, həmin ziyanın ödənilməsi üçün birbaşa məsuliyyət daşıyır. Hətta etmiş olduğu müraciətlərə birbaşa cavab verilməmişdir. Müraciət etdiyi hər bir dövlət orqanı ona cavab verilməsi üçün müraciətimi digərinə yönəltmişdir. Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə X4 Hüquqi şəxs tərəfindən verilmiş cavabda isə sümük iliyi transplantasiyası əməliyyatlarının gözləmə siyahısına uyğun olaraq növbəli şəkildə həyata keçirildiyini və onlara növbə çatdığı zaman bizimlə əlaqə saxlanılacağı bildirilmişdir. Qeyd edir ki, hazırda uşağın 4 ya şı tamam olmuşdur. Bu cür əməliyyatın isə 6 yaşadək olması daha effektiv təsir edir. Lakin onların növbənin nə vaxt çatacağı qeyrimüəyyən olduğu üçün o dəymiş ziyanın ödənilməsini və həmin ödəniş hesabına da özü müalicəni davam etdirmək istəyir.
6. Cavabdeh1 ASC-nin nümayəndəsi Vəkil2 etiraz ərizəsi ilə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsinə ona maddi ziyanın vurulmasında Respublika Diaqnostika Mərkəzi ASC-nın təqsirini, iddia ərizəsində qeyd etdiyi faktları sübuta yetirən sənədləri əlavə etməmişdir. Cavabdeh1 ASC-nin “ASAN Xidmət” Mərkəzləri ilə arasında olan qarşılıqlı razılaşmaya əsasən birinci tərəfindən sonuncunun tibbi müayinə otaqlarında nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi həyata keçirilir. Müayinə zamanı şəxslərdən götürülm üş qan nümunələri onlarda talassemiyya xəstəliyinin (daşıyıcılıq) olub-olmadığının müəyyən olunması üçün Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinə göndərilir və həmin Mərkəzdən göndərilən nəticələrə əsasında şəxslərə tibbi müayinədən keçdiklərinə və müvafiq məsləhətlərin verildiyinə dair arayış təqdim olunur. Göründüyü kimi şəxsin talassemiya xəstəsi və ya daşıyıcı olması qan nümunələri əsasında Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən müəyyən olunur. Cavabdeh1 ASC sadəcə şəxsə həmin nəticələr əsasında tibbi müayinədən keçdiyinə və müvafiq məsləhətlərin ona verildiyinə dair arayış verir. Göründüyü kimi iddia tələbinin əsası kimi istinad edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bu baxımdan Cavabdeh1 ASC-yə qarşı idd ia rədd edilməlidir.
7. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 xx.xx.2024-cü il tarixli, 670/KEŞ saylı ekspert rəyinə əsasən, 2019-cu il təvəllüdlü X6 iş materiallarına əlavə edilmiş nəlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: -“X3 Rəhimlinin adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdən “Beta talassemiya major (böyük Forma)” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Valideyinlərdən biri daşıyıcı olduğu üçün Bəyaz Rəhimlidə “Beta talassemiya major”xəstəliyi anadangəlmə irsi olaraq yaranmışdır. -“Beta talassemiya” xəstəliyi gen daşıyıcılığı valideynlərdən uşağa irsi ötürülən xəstəlikdir. Valideynlərdən biri daşıyıcı olduğu halda, doğulacaq u şaqlar həm sağlam, həm də daşıyıcı ola bilər. Valideynlərin hər ikisi daşıyıcı oduğu təqdirdə isə 25% sağlam, 50% daşıyıcı, 25% xəstə uşaq doğulma ehtimalı vardır. -Talassemiya X1 ambulator xəstənin kartından çıxarışına əsasən, X9 betatalassemiya (Böyük forma) diaqnozu qoyulmuşdur.
8. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı ilə X11 arasında bağlanmış 2461 nömrə ilə 04 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış nikahın bağlanmasına səbəb olmuş sənədlərin (tibbi müayinə daxil olmaqla) məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmet” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Gəncə regional “ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiy yat şöbəsində saxlama müddəti başa çatması, elmi-tarixi dəyəri olmayan və əməl əhəmiyyətini itirmiş sənədlərin xx.xx.2023-cü il tarixdə məhv olunması müəyyən edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1981/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə. Heydərova) iddia tələbinin rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının talassemiya daşıcısı olmasına baxmayaraq ona nikaha daxil olmadan əvvəl tibbi müayinənin nəticəsində səhvən sağlam olmasını bildirdiklərini qeyd etsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən hər hansı mötəbər sübut (mübahisələndirdiyi tibbi müayinənin nəticəsini göstərən sənəd və arayış) təqdim olunmamışdır. İddiaçıya tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim olunması təklif edilmiş, lakin belə bir arayış təqdim olounmamışdır.
11. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh3nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X12rşı “maddi ziyanın ödənilməsi tələbinə dair” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci, Ailə Məcəlləsinin 11.1, 13.1, 13.2, 13.3, 13.4, 13.5, 13.5-1, 13.5-2, 13.6 və 13.7-ci, Mülki Prosessual Məcəlləsinin 14.2,76.1, 76.2, 77.1, 80, 119.1, 217.3, 217.4 və 218.1-ci maddəl ərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-1981/2024 qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsasldandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, nikaha daxil olarkən analizlərin cavabları düzgün verilmiş olsaydı, onlar uşağın sağlam doğulması üçün müvafiq tədbirlər görmüş olardı. Vaxtında düzgün analiz aparılmaması səbəbindən iddiaçının uşağı xəstə doğul muş və bu gün də iddiaçı onun həm mənəvi, həm də maddi sıxıntısını çəkir. Hətta etmiş olduğu müraciətlərə birbaşa cavab verilməmişdir. Müraciət etdiyi hər bir dövlət orqanı ona cavab verilməsi üçün müraciətini digərinə yönəltmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə X4 hüquqi şəxsi tərəfindən verilmiş cavabda isə sümük iliyi transplantasiyası əməliyyatlarının gözləmə siyahısına uyğun olaraq növbəli şəkildə həyata keçirildiyini və onlara növbə çatdığı zaman əlaqə saxlanılacağı bildirilmişdir. Qeyd edilir ki, hazırda uşağın 4 yaşı tamam olmuşdur. Bu cür əməliyyatın isə 6 yaşadək olması daha effektiv təsir edir. Lakin, iddiaçıya növbənin nə vaxt çatacağı qeyri-müəyyən olduğu üçün iddiaçı dəymiş ziyanın ödənilməsini və həmin ödəniş hesabına da özü müalicəni davam etdirmək istəyir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən məhkəmə qətnaməsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 2(006)-1981/2024 nömrəli məktuba cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə nazirinin 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimatın 11-12-ci hissələrinə və həmin təlimata 15 nömrəli əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturası”na əsasən 1 saylı Gəncə regional “ASAN xidmət “mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində saxlama müddəti başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməl əhəmiyyətini itirmiş sənədlər 16.08.23-cü il tarixdə məhv edilmişdir. Məhkəmə qətnamədə dönə-dönə sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü qeyd etməklə iddianı rədd etmişdir. Lakin, cavabdehlər iddiaçının etmiş olduğu müraciətlərə cavab verdikləri kimi, məhkəmənin çağırışlarına oxşar münasibət göstərmişdir. Hətta bu belə cavabdehlərin hərəkətlərinə qarşı məhkəmədə daxil inam yaratmamışdır. Hesab edilir ki, iddia tələbi tamamilə qanuni və əsaslı olduğundan təmin edilməli olduğu halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1981/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qanunsuz və əsassız o laraq rədd edilmişdir. Ona görə də həmin qətnamə tamamilə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamədə maddi ziyanla bağlı maddi hüquq normalarına istinad edilmiş olsa da, düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə maddi ziyanla bağlı maddi hüquq normalarına istinad etməklə, əslində iddiaçıya maddi ziyan dəyməsini bir növ qəbul etmiş, lakin həmin normaları düzgün tətbiq etməməklə iddianı təmin etməmişdir. Düzgün maddi hüquq normalarına istinad edilməməsi isə qətnamənin ləğv edilməsi üçün birbaşa əsasdır. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmi ş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gəlmək üçün isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə əməl etməyərək hər hansı sübutlara əsaslanmamışdır. Hətta birinci instiansiya məhkəməsi qətnamədə MPM-nin 88-ci maddəsinə ümumiyyətlə istinad etməmişdir. Azərbaycan Respublikası MPM 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Hesab edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyil. Ona görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən tamamilə qanunsuz və əsassız olaraq qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2(006)-1981/2024 nömrəli qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni məhkəmə aktı çıxarılması xahiş edilir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1433/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Səlimova (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə onunla əsaslandırmışdır ki, nikah münasibətləri könüllü münasibətlərdir. İddiaçının nikaha daxil olmamışdan əvvəl nikaha daxil olmaq istədiyi qadının talassemiya daşıyıcısı olmasını bildikdən sonra bu xəstəlik barədə məlumat almaq üçün kifayət qədər imkanı olmuşdur. Belə ki, iş üzrə keçirilən məhkəmə-tibbi ekspertizasının rəyindən də, görünür ki, valideyinlərdən biri daşıyıcı olduğu üçün Bəyaz Rəhimlidə “Beta talassemiya major” xəstəliyi anadangəlmə irsi olaraq yaranmışdır. “Beta talassemiya” xəstəliyi gen daşıyıcılığı valideynlərdən uşağa irsi ötürülən xəstəlikdir. Valideynlərdən biri daşıyıcı olduğu halda, doğulacaq uşaqlar həm sağlam, həm də daşıyıcı ola bilər. Valideynlərin hər ikisi daşıyıcı oduğu təqdirdə isə 25% sağlam, 50% daşıyıcı, 25% xəstə uşaq doğulma ehtimalı vardır. Göründüyü kimi gen daşıyıcılığı ilə valideynlərdən uşaqlarına irsi ötürülən bu xəstəliyin valideynlərdən birində olduğu hər bir halda uşaqlarına keçməyəcəyi halı tibbdə tam istisna edilmir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bundan başqa, iddiaçı nikaha daxil olmamışdan əvvəl ona verilən tibbi arayışda müayinənin nəticəsinin düzgün qeyd olunmamasını bildirsə də, həmin tibbi sənədi məhkəməyə təqdim edə bilməmişdir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ-ci hissəsinə, 60, 125-ci maddəsinin İ, İİİ, Vİİ- ci, 127-ci maddəsinin İ, İİ-ci hissələrinə, 129-cu maddəsinin İİİ-cü hissəsinə, Ailə Məcəlləsinin 9.1, 11.1, 11.2, 12, 13.1, 13.2, 13.3, 13.4, 13.5, 13.6, 13.7-cü, Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1-ci, MPM-in 4.1, 14.2, 77.1, 88, 119.1, 217.4, 384.0.1, 385.2, 402.1, 403.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
20. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nəticə etibarı ilə ona maddi ziyan dəymişdir. Lakin məhkəmə bunu nəzərə almadan qətnamə qəbul etmişdir. Apardığı araşdırmalar nəticəsində sümük iliyinin köçürülməsinin Türkiyə Cumhuriyyətində mümkün olduğu, müalicə xərclərinin isə 90.000 (doxsan min) ABŞ dolları olması müəyyən edilmişdir. İddiaçının isə həmin xərci qarşılamaq üçün maddi imkanı yoxdur. Nikaha daxil olarkən analizlərin cavabları düzgün verilmiş olsaydı, biz uşağın sağlam doğulması üçün müvafiq tədbirlər görmüş olardı. Vaxtında düzgün analiz aparılmaması səbəbindən uşağı xəstə doğulmuş və bu gün də onun həm mənəvi, həm də maddi sıxıntısını çəkir. Hətta etmiş olduğu müraciətlərə birbaşa cavab verilməmişdir. Müraciət etdiyi hər bir dövlət orqanı ona cavab verilməsi üçün müraciətini digərinə yönəltmişdir.
21. Hazırda uşağın 5 yaşı tamam olmuşdur. Bu cür əməliyyatın isə 6 yaşadək olması daha effektiv təsir edir. Lakin ona növbənin nə vaxt çatacağı qe yri–müəyyən olduğu üçün mən dəymiş ziyanın ödənilməsini və həmin ödəniş hesabına da özüm müalicəni davam etdirmək istəyir. Məhkəmə qətnamədə sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü qeyd etməklə iddianı rədd etmişdir. Lakin cavabdehlər iddiaçının müraciətlərinə cavab vermədikləri kimi, məhkəmənin çağırışlarına oxşar münasibət göstərmişdir. Hətta bu belə cavabdehlərin hərəkətlərinə qarşı məhkəmədə daxil inam yaratmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh (vəkili Vəkil2) tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərərək, iddiaçının verdiyi kassasiya şikayətini təmin etmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəs inə olduğu kimi apellyasiya şikayətinə də ona Mərkəzin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində maddi ziyanın vurulması faktını sübuta yetirən sənədlər əlavə edilməmiş, məhkəmələr haqlı olaraq iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut edilmədiyindən iddianı və apellyasiya şikayətini təmin etməmişdir. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. İddiaçı nümayəndəsi və vəkili olduğum cavabdeh tərəfindən hər hansı hüquqa zidd əməlin törədildiyini, bu əməlin cavabdehin təqsirli davranışı nəticəsində törədildiyini, törədilmiş həmin əməl nəticəsində ona ziyan dəydiyini eləcə də belə əməllə vurulmuş zərər arasında səbəbli əlaqənin olmasını sübuta yetirə bilmədiyindən onun iddiası təmin edilməmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan məhkəməyə vəkili tərəfindən təqdim olunmuş kassasiya şikayəti də təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real z ərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
29. Maddə 13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.
30. Maddə 13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanını n müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
31. Maddə 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyaçı məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1433/2025 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.