Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1776/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı daşınmaz əml akın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1185/2024 nömrəli iş üzrə 12 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Gəncə Şəhər Kəpəz rayon Bələdiyyə sədrinin 17 nömrəli, 16 fevral 2006-ci il tarixli sərəncamına əsasən T.Arani küçəsində “VİS” X1 ictimai iaşə obyektinin istifadəsində olan 840,0 kv.metr torpaq sahəsi vətəndaş İddiaçı adına rəsmiləşdirilmiş və ona 15 il müddətinə icarəyə verilmişdir.
2. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmü ilə X3 Azərbaycan Respub likasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, həmçinin ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazanın qarşıdakı mağazanın qərb hissəsində yerləşən qeyri-yaşayış sahəsi və bir çox ona məxsus digər mülkiyyətlər xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının iş 1-1(103)-01 saylı 8 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin məhkum X3 və qeyriləri haqqında 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən sa xlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 8.6.2021-ci il tarixli 1-1-(102)-2/2021 saylı qərarı ilə məhkum X4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, məhkum X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 8.2.2019-cu il tarixli qərarı qismən yəni, əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, məhkum X2 və qohumlarının adına olan Gəncə şəhəri Kəpəz rayonu Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasının (Gəncə şəhəri Nizami rayonu Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 kv.m torpaq sahəsində yerləşən 111,3 kv.m faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən daşınmaz əmlakın, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsinin, Göygöl rayonu Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsinin, Qusar rayonu Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha, və 0,30 ha torpaq sahələrinin, ünvan 1 ünvanında yerləşən evin, ünvan 2 ünvanında yerləşən evin, ünvan 3rləşən qeyri-yaşayış sahəsinin və ünvan 4 ünvanında yerləşən evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 8.2.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanı lmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində yerləşən 0,084 ha torpaq sahəsində yerləşən 59 nömrəli 2 girişli, 552,8 kv.m. ümumi, 123.2 kv.m. əsas, 334.7 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (iaşə obyektinin) üzərinə qoyulmuş həbsin götürülməsini, həmin əmlaklar müsadirə siyahısından çıxarılaraq, əmlaklar üzərində İddiaçı sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 noyabr 2023-cü il tarixli 2(00 6)-2406/2023 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən əmlak üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Həbsdən azad edilməsi xahiş olunan əmlakın məhz təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak olmadığı iş materialları ilə öz təsdiqini tapmır. İş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24.2.2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 248.1.1, 253, 299.3.2, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 76.1, 77.1, 81, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti işin hallarına uyğun əsaslandırmışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bu ndan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1185/2024 nömrəli iş üzrə 12 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin icraatına işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmşdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbi cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə iddiaçının əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin - xüsusi müsadirənin ləğvi ilə bağlıdır.
13. Həmin məhkəmə aktları cinayət mühakimə icraatı qaydasında qəbul edildiyi üçün belə məhdudiyyətin götürülməsi (ləğvi) də həmin icraat qaydasında mümkündür.
14. Belə ki, CPM-in 253.0-cı maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər.
15. Nəzərə alınmalıdır ki, həm CPM-in adı çəkilən maddəsində, həm də CİM-in 183.2-ci maddəsində maraqlı şəxsin əmlakının həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ nəzərdə tutulsa da, mülki prosessual qanunvericilikdə bununla bağlı qayda müəyyən edilməmişdir.
16. MPM-ə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələ r və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır (maddə 1.1 və 1.4). 17. “Azərbaycan Respublikası CİM-in 183.2-ci maddəsinin CPM-in 142.1, 383.1, 408.3cü maddələri və MPM-in 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.2.2022-ci il tarixli qərarında da bu məsələ nəzərə alınaraq qeyd edilmişdir ki, qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları m üəyyən edilməmişdir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi xüsusi müsadirənin qanuniliyi barədə məsələnin məhz cinayət mühakimə icraatı qaydasında CPM-in tələblərinə uyğun araşdırılmalı olduğunu xüsusi qeyd etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir.
18. Konstitusiya Məhkəməsi həmçinin, məsələnin qanunvericilik qaydasında həll edilənədək müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakim ə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxslərin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsini mümkün hesab etmişdir. Qərarda onun təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla CİM-in 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi də Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
19. Kollegiya qeyd etmişdir ki, cinayət mühakimə icraatına cəlb olunmamış, lakin cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə maraqlarına toxunul an şəxslərin əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin - xüsusi müsadirənin ləğvinə dair məsələyə cinayət-mühakiməsi icraatı qaydasında Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarlarında ifadə edilmiş mövqelərə uyğun, habelə CPM-in 408.3-cü maddəsində nəzərdə tutulmuş qaydada baxılması mümkündür. Qeyd olunanlara, habelə məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması qaydası mövcud olmadığı üçün hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
20. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən iddiaçıya izah etmişdir ki, Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il və 6 oktyabr 2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar hüquq və qanuni maraqlarına toxunulduğu halda, həmin məhkəmə aktından apellyasiya şikayəti vermək, yaxud cinayət prosessual qanunvericiliyin verdiyi digər imkanlardan (o cümlədən, CPM-in 408.3-cü maddəsində müəyyən edilmiş imkandan) istifadə etmək hüququna malikdir.
21. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual 253.0-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına, CPM-in 408.3, MPM-in 1.1, 1.4 və 261.0.1cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şik ayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməkdən, maddi hüquq normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə yarımçıq istinad et məklə ədalətsiz, qərəzli və qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işə məhkəmədə baxılması olmaması əsası ilə icraata xitam verməklə səhv nəticəyə gəlmiş, iddiaçının məhkəmə müdafiəsi hüququnu kobud şəkildə məhdudlaşdırmışdır. İşin faktiki hallarından göründüyü kimi cinayət mühakimə icraatı qaydasına iddiaçıya məxsus əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda iddiaçı həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüququnu müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakının müsadirəsini qət etmiş hökmdən iddiaçının şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, sözügedən instansiyanın qərarından kassasiya şikayət vermək hüququndan da məhrum edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
26. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi
27. Maddə 253.0. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququ na malikdirlər. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, “Azərbaycan Respublikası CİM-in 183.2-ci maddəsinin CPM-in 142.1, 383.1, 408.3-cü maddələri və MPM-in 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.2.2022-ci il tarixli qərarında da bu məsələ nəzərə alınaraq qeyd edilmişdir ki, qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməs i xüsusi müsadirənin qanuniliyi barədə məsələnin məhz cinayət mühakimə icraatı qaydasında CPM-in tələblərinə uyğun araşdırılmalı olduğunu xüsusi qeyd etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir.
32. Konstitusiya Məhkəməsi həmçinin, məsələnin qanunvericilik qaydasında həll edilənədək müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxuna n şəxslərin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsini mümkün hesab etmişdir. Qərarda onun təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla CİM-in 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi də Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cinayət mühakimə icraatına cəlb olunmamış, lakin cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə maraqlarına toxunulan şəxslərin əmlakı üzərinə cinayət-hüq uqi tədbir qismində qoyulmuş məhdudiyyətin - xüsusi müsadirənin ləğvinə dair məsələyə cinayət-mühakiməsi icraatı qaydasında Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarlarında ifadə edilmiş mövqelərə uyğun, habelə CPM-in 408.3-cü maddəsində nəzərdə tutulmuş qaydada baxılması mümkündür. Qeyd olunanlara, habelə məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması qaydası mövcud olmadığı üçün hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
34. Beləliklə, aydın olduğu kimi kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə koll egiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1185/2024 nömrəli iş üzrə 12 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.