Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1778/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 ilə, İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutlması, ipotekaya yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli 2(103)-8523/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxar aq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən Sərdar Mehrəliyev) 2(004)3724/2018 saylı 01 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 07.05.2013-cü il tarixli, 1184 saylı kredit müqaviləsi üzrə 7096,83 ABŞ dolları əsas borc, 1246,04 ABŞ dolları faiz borcu olmaqla cəmi 8342,87 (səkkiz min üç yüz qırx iki dollar səksən yeddi sent) ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsinin ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan “Mercedes C200 CDİ minik” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda sa tış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş vəsait hesabına iddiaçının tələblərinin ödənilməsi, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) 11 sentyabr 2018-ci il tarixli, 2(103)8523/2018 saylı qətnaməsi ilə İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kol legiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Namiq Cəfərov) 06 dekabr 2018-ci il tarixli, 2(103)8523/2018 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı və vəkili kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2019-ci il tarixli 2(103)-8523/2018 nömrəli qərardadının ləğv edilərək iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2(103)-8523/2018 saylı qətnaməsi rəsmi qaydada ləğv prosesində olan bankın hüquqi ünvanına 15.11.2018-ci il tarixində daxil olmuşdur. Qanunvericiliyin müvafiq müddəalarına əs asən kassasiya şikayətini vermək üçün müəyyən edilən prossesual müddətin axımı həmin tarixdən başlanılmalı və müvafiq olaraq 15.01.2019-cu il tarixdə bitməlidir. Lakin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən qəbul edilən qərardadın əsaslandırıcı hissəsində qeyd edilən məlumatlar həqiqəti əks etdirmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamə rəsmi qaydada bankın hüquqi ünvanına 28.09.2018-ci il tarixdə daxil olub və XXX adlı şəxs xəbərnaməyə imza atıb. Bildiririk ki, nə ləğv prosesində olan İddiaçı-ın, nə də bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ştatında XXX adlı əməkdaş yoxdur. Həmin xəbərnaməyə kimin və hansı şəraitdə imza atması məlum deyil. Hesab etsək ki belə həqiqətəndə qeyd edilən qətnamə banka 28.09.2018-ci il tarixində daxil olub, bel ə olan təqdirdə də müddətinin ötürülməsindən söhbət gedə bilməz. Çünki Mülki Prossesual Məcəlləsi-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Şikayət verilməsi üçün müddətin axımı 29.09.2018-ci il tarixdən başlandığından 29.11.2018-ci il tarixdə verilmiş apellyasiya şikayəti üzrə müddət keçməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi X2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tə rəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpasına dair vəsatət təqdim edilmədiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi 06.12.2018-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İşin materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, qeyd olunan qət namə 28.09.2018-ci il tarixdə Kamal Orucov tərəfindən qəbul edilmiş, lakin iddiaçı kassasiya şikayətini 29.11.2018-ci il tarixdə rabitə orqanına təhvil vermişdir. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim olunmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq, kassasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, həmin dəlillər əsassızdır və iş materialları ilə təkzib edilir. Belə ki, iddiaçı onun hüquqi ünvanına göndərilmiş rəsmi sənədləri qəbul edən “Orucov” adlı şəxsin onun əməkdaşı olmadığını və onun kim olmasını bilmədiyini göstərsə də, iş materiallarında olan xəbərnamələrdən görünür ki, Fondun yerləşdiyi ünvan 1 ünvanına göndərilən bütün sənədləri(məhkəmə iclası barədə bildirişləri, qətnaməni, hazırda şikayət verilən qərardadı) “Orucov” soyadlı şəxs qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxsə daxil olan sənədlərin qəbulu işini təşkil etmək hüquqi şəxsin özünün məsuliyyəti ilə əhatə olunan məsələdir. Bu mənada, sənədi təqdim edən şəxs onun həmin sənədi qəbul etmək səlahiyyətinə malik şəxs tərəfindən qəbul edildiyini yoxlamaq vəzifəsi daşımır. Qətnamənin rəsmi qaydada təqdim olunması baxımından vacib olan məqam onun hüquqi şəxsin ünvanında onun əməkdaşı tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasıdır. Kassasiya şikayətinin MPM-ni 128.3-cü maddəsinin tətbiqi ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, həmin maddəyə əsasən müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlansa da, həmin Məcəllənin 129.1ci maddəsinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Bu isə o deməkdir ki, qətnamənin verildiyi gündən, aylarla hesablanan 2 aylıq müddət 28.11.2019-cu il tarixdə bitmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli 2(103)8523/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1778/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1778/2019
04.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver