Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1778/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: dəymiş zərərin əvəzinin ödənilməsi (Açar sözlər: məhkəmədə mülki iş olmadığı halda əvvəlcədən bütün məhkəmə instansiyaları üçün dövlət rüsumunun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-8152/2019 saylı mülki iş) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 604 (altı yüz dörd) manat 80 (səksən) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun 5 (beş) manat 13 (on üç) qəpik hissəsinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər R.Eyvazov(sədrlik edən, məruzəçi), F.Talışinski və Z.Əliyev, 2(103)-15979/2019 saylı mülki iş) hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-8152/19 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. İddiaçı apelyasiya instansiyasının qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası apelyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun qanunvericiliyə uyğun ödənilməsini müəyyən etməyin mümkün olmaması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmənin əsaslanması belə olmuşdur ki, həmin mülki iş hələ 1-ci instansiya məhkəməsinin icraatına daxil olmayan tarixdə iddiaçının həmin iş üzrə apellyasiya şikayəti vermək üçün dövlət rüsumu ödəməsi mümkün deyil. Kassasiya şikayətinin dəlilləri: “Dövlət rüsumu haqqında” Qanunda dövlət rüsumunun tez, və yaxud gec ödənilməsi barədə məhdudiyyət yoxdur. Həmin qanunda ödəniləcək dövlət rüsumunun vahid forması vardır ki, orada da kimin adından ödənilməsi və hansı məhkəmə üçün ödənilməsinin göstərilməsi kifayətdir. Həmin qanunda dövlət rüsumu ödənilərkən faktiki işin (işin nömrəsinin, adının) göstərilməsi nəzərdə tutulmamışdır. İddiaçı İB Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən dövlət müəssisəsidir. Gələcəkdə yarana biləcək maliyyə sıxntılarının baş vermə ehtimalı, o cümlədən məhkəmə işlərində operativlik, həmçinin konkret müddət Birlik tərəfindən nəzərə alınaraq apellyasiya və kassasiya şikayətlərinin verilməsində yarana biləcək ləngimələrin, risklərin qarşısının alınması üçün dövlət rüsumlarının öncədən ödənilməsi təmin edilir. Burada əsas vacib olan ödənilən məbləğin dövlət büdcəsinə daxil olmasıdır ki, bu da tərəfimizdən təmin edilmişdir. Dövlət rüsumunun öncədən ödənilməsi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsas ola bilməz. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına g əlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mübahisə ilə bağlı kassasiya məhkəməsinin mövqeyi: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1. maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Qanunun məzmunundan göründüyü kimi dövlət rüsumu göstə rilən xidmətlərə görə ödənilən haqdır, ödəncdir. Mülki məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1. maddəsi). Məhkəmələrdəki işlərə görə xidmət haqqı kimi dövlət rüsumu məhz bu fəaliyyətlə bağlı ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununnun 2.0. maddəsində dövlət rüsumunun hansı halda tutulması dəqiq göstərilmişdir. Qanunun 2.0.1. maddəsinə əsasən dövlət rüsumu məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi halında tutulur. MPM-nin 108-ci maddəsinə əsasən dövlət rüsumu iddia ərizələri verildikdə; iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə; hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr verildikdə; məhkəmə əmri haqqında ərizələr verildikdə; apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə ödənilir. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Göründüyü kimi qanunverici dövlət rüsumunun ödənilməsini konkret xidmətlərin, hərəkətlərin həyata keçirilməsi ilə əlaqələndirir. Konkret hərəkətlər və xidmətlər olmadan dövlət rüsumu adı ilə vəsait ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunduğu kimi dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrasızamanı alınan haqdır, kommersiya fəaliyyəti, əlavə gəlir götürməklə bağlı fəaliyyət deyil. Ona görə konkret iş olmadan həmin hesaba birdəfəlik vəsait ödənilməsi qanunvericiliyin məqsədlərinə xidmət etmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununnun 1.2. maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar qanunla n əzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. Həmin Qanunun 1.3. maddəsinə əsasən bu qanunda müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB Dövlət Neft Şirkətinin dövlət rüsumunun ödənilməsi ilə bağlı ayrıca qaydalar müəyyənləşdirməsi (mülki iş olmadığı halda hesaba pul ödəməsi, 1-ci instansiyada işə baxılmasına başlamamışdan apelyasiya icraatı, kassasiya icraatı üçün dövlət rusumu ödəməsi və.s.) əsaslı hesab oluna bilməz. Bundan başqa, İddiaçı İB il ərzində nə qədər məhkəmə mübahisəsi açacağını və onları hansı məhkəmə instansiyalarına qədər mübahisələndirəcəklərini əvvəlcədən proqnozlaşdıra bilməz. Bu isə gələcəkdə artıq ödənilmiş dövlət rüsumunun qaytarılması ilə bağlı əlavə məhkəmə mübahisələrinə (MPM-nin 114-cü maddəsi) yol açmış olar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1778/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1778/2020
09.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver