Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-178/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh (3-cü şəxs X2) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10877/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil2 X5 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə 14 saylı notariat kontorunda aralarında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, taxıl məhsullarının alqısatqısı ilə məşğul olur. Belə ki, 2015-ci il tarixdə Qazaxıstan Respublikasından İran İslam Respublikasına taxıl məhsullarının ixracı zamanı İİR-ın vətəndaşı olan ticarətçi İslam adlı şəxslə tanış oldu. Həmin ərəfələrdə bir neçə dəfə İİR-ın ərazisində onunla ticarət dövriyyəsini həyata keçirdi. Bu müddət ərzində bir-birinə etibar edərək qarşılıqlı hörmət və inam qazanmışdılar. 2015-ci ilin əvvəllərində İslam təklif etdi ki, ümumi dəyəri 200. 000 ABŞ dolları məbləğində taxılı Qazaxıstan Respublikasından İİR-a ixrac etsinlər. Bu məqsədlə İslam yaxın tanışı olan X2 ilə ona 200.000 ABŞ dolları məbləğində pul verdi. X5 böyük inamı və etibarı olduğu üçün ümumilikdə taxıl ixracı üçün ona 317.000 ABŞ dolları məbləğində pul verdi. (İslamın pulu ilə birgə) X2 317.000 ABŞ dolları məbləğində Qazaxıstan Respublikasından taxıl ixrac edərək İslama verməli idi. Lakin, X5 deməyinə görə taxıl almaq üçün verilən 317.000 ABŞ dolları məbləğində pulu Qazaxıstan Respublikasının vətəndaşı mənimsəyərək qaçmışdır. Həmin ərəfələrdə bildiyinə görə İslamın Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh ilə iş birliyi olub. Onun İslam adlı şəxsə borcunun olmasına baxmayaraq İslam, öz yaxın tanışı olan cavabdehə etibar edərək pulun ona verilməsi ilə əla qədar kredit müqaviləsi imzalamağı təklif etdi. Pulun İslama qaytarılması zəmanəti olaraq o, formal olaraq xx.xx.2016-cı il tarixdə 14 saylı NK-da cavabdehlə kredit müqaviləsi imzaladı. Kredit müqaviləsi 2016-cı il tarixdə imzalansa da müqavilənin 1-ci bəndində göstərilir ki, guya 2015-ci ilin iyun ayında cavabdeh ona 240.000 ABŞ dolları məbləğində pul borc vermişdir. Əslində isə cavabdehlə onların arasında heç bir mülkü münasibətlər olmamış, heç bir ticarət əlaqələri olmamış və heç bir məbləğdə borc öhdəliyi yaranmamışdır. Kredit müqaviləsi isə formal olaraq imzalanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) xx xxxx 2019-cu il tarixli, 2(005)-1914/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə da ir iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 2(103)-10877/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-1914/2019 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil2 X5 oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-10877/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıl ması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 1-ci bəndində göstərilir ki, guya 2015-ci ilin iyun ayında cavabdeh İddiaçı 240.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Əslində isə cavabdehlə onun arasında heç bir mülkü münasibətlər olmamış, onunla heç bir ticarət əlaqələri olmamış və heç bir məbləğdə borc öhdəliyi yaranmamışdır. Kredit müqaviləsi isə formal olaraq imzalanmışdır. İddiaçı Cavabdeh deyil, İran İslam Respublikasının vətəndaşı olan İslam adlı şəxsə borcu var. Hazırda İslam adlı şəxsə borclu olduğunu etiraf edir. Kredit müqaviləsində göstərildiyi kimi deyil, əsil həqiqətdə isə İslama 200.000 ABŞ dolları məbləğinə yaxın borcu vardır. Cavabdehlə mülki münasibətləri oldu ğu halda o, hüquq mühafizə orqanlarına rəsmi şikayət ərizəsi ilə müraciət edib. Belə ki, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi formal olaraq bağlandığı üçün etibarsız hesab edilməlidir. Bakı Apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehin vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinə etiraz ederək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin işti rakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri xxx saylı notariat kontorunda bağlanmış kredit (borcun etiraf edilməsi) müqaviləsinə əsasən, xxx X1 xxx oğluna 2015-ci ilin iyul ayında 240.000 ABŞ dolları məbləğində pulu borc vermiş, borcalan İddiaçı həmin məbləğin 40.000 ABŞ dolları hissəsini 2016-cı ilin may ayına, 100.000 ABŞ dolları hissəsini 2016-cı ilin iyun ayında və digər 100.000 ABŞ dolları hissəsini isə xx.xx.2016-cı il tarixədək qaytarmağı barədə öhdəlik götürmüşdür Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən kredit müqaviləsi xx xxxxx 2016-cı il tarixdə bağlanmış, iddiaçı isə məhkəmədə həmin müqavilənin etibarsız hes ab olunması barədə iddianı 01 mart 2019-cu ildə, yəni müqavilənin bağlandığı vaxtdan 2 il 10 ay sonra qaldırmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı iddianın Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş müddət ötürülməklə verildiyini bildirmiş və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə (kəsici) müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulduğundan, iddiaçı isə müqavilənin bağlandığı vaxtdan 2 il 10 ay sonra məhkəməyə müraciət etdiyindən qeyd olunan müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət kəsici müddət olduğundan həmin müddətin tətbiq edilməsi yaxud bu müddətin bərpa edilməsi üçün ərizə verilməsinə zərurət yoxdur və həmin müddətin bərpası da ərizə ilə təmin edilə bilməz. Çünki, bu müddət kəsici müddət olduğundan onun keçməsi avtomatik olaraq iddianın təmin edilməməsi üçün müstəqil əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsi n. - 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Tərəflər arasında bağlanmış həmin müqavilələr etibarsız, uydurma hesab oluna bilməz. Çünki, “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” artıq tərəflər arasında mövcud olan borc müqaviləsindən yaranmış, lakin borcalan olan iddiaçının borcverən olan cavabdehə qaytarılmamış borcunun etirafıdır. Sözügedən müqavilələrin mətnindən də göründüyü kimi, iddiaçı cavabdehə borcunun olduğunu bəyan etmiş və onu qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”lərinin Mülki Məcəllənin 340.1-ci maddə sinə görə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olması, həmçinin 340.2-ci maddəsində nəzərdə tutulmuş yalan əqd olması iddiaçı tərəfindən sübut edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış və hazırda etibarlılığı mübahisələndirilən müqavilələr ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. Həmin əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətlər buraxılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etiba rsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin müddət iddia müddəti deyil, kəsici müddət olmaqla, cavabdeh tərəfindən ərizə verilməsindən asılı olmayaraq, məhkəmənin tərəfindən tətbiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10877/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-178/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-178/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver