Məhkəmə qərarları › İş №2(102)-1780/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1780/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1780/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X5, iddiaçının nümayəndəsi X11 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-7595/2017, hakim A.A.Qasımov) X7n Cavabdeh qarşı iddiası qis mən təmin edilmiş, cavabdehdən 40.730 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1222/2018, hakimlər N.Ş.Cəfərov, V.Ə.Baxışova və V.T.Həsənov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, X7n Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-3900/2018, hakimlər Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.M.Rüstəmov) X7n kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il t arixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8834/2018, hakimlər İ.Ş.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, X7n Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmiş, X6 qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən, Şahid qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-1272/2019, hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev) X7n kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-7679/2019, hakimlər A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Suraxanı Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh Şahid qarşı iddiası təmin edilmiş, cavabdehdən 84500 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Şahid 2011-ci ilin mart ayını ortalarından həmin ilin iyul ayına qədər olan müddət ərzində Cavabdeh vasitəsilə X7 aldadaraq sonuncunun Cavabdeh verdiyi cəmi 40.730 manat dəyərində müxtəlif adda qızıl-zinət əşyalarını ələ keçirməklə X2 miqdarda ziyan vurmaqda dələduzluq etdiyinə və digər əməllərinə görə Azərbaycan Respublikasın Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X12 həmin hökmdən apellyasiya şikayəti verərək Cavabdeh və qeyrilərinin hərəkətlərində Azərbaycan R espublikasın Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin əlamətləri olduğuna görə cinayət işi üzrə xüsusi qərar çıxarılıb prokurorluğa göndərilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə şikayət təmin edilməyərək hökm dəyişdirilmədən saxlanılmışdır. X7n həmin hökmdən verdiyi kassasiya şikayəti də təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixdə X1 Ramilə Nəsib qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40.730 manat borcun, eləcə də Azərbyacan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə uyğun olaraq bank uçot dərəcəsi nəzərə alınmaqla faizlərin tutulmasına dair qətna mə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, faktiki olaraq iş üzrə müəyyən edilmiş hallara ümumiyyətlə hüquqi qiymət verilməmiş, heç bir əsaslandırma aparılmamışdır. Hökmlə iddiaçıya məxsus qızıl-zinət əşyalarını Şahid iddiaçını cavabdehin vasitəsilə aldadaraq ələ keçirdiyi müəyyən edilmişdir. İddiaçı kassasiya şikayətinə yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nüm ayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehə satmaq üçün verdiyi 60.500 manat dəyərində qızıl-zinət əşyasına görə ona cəmi 19.770 manat ödədiyinə, qalan 40.730 manat məbləğində pulu qaytarmaqdan boyun qaçırdığına istinad edərək, qalan borcun və həmin məbləğin qanunsuz saxlanmasına görə bank uçot dərəcəsi ilə müəyyən edilmiş faiz borcunun tutulmasına dair hazırki tələbi irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin qətnaməsi faiz tutulması tələbinin rədd edilməsinə dair hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla b ərabər həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, 2011-ci ilin mart ayının ortalarından həmin ilin iyul ayının ortalarına qədər olan müddət ərzində cavabdeh iddiaçıdan satış üçün 40.730 manat dəyərində müxtəlif adda qızıl-zinət əşyalarını götürüb öz növbəsində satmaq məqsə dilə Şahid adlı şəxsə vermiş, sonuncu hissə-hissə götürdüyü qızıl-zinət əşyalarını sataraq ələ keçirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin hökmü ilə təqsirli bilinmişdir. Digər tərəfdən, xx xxx 2012-ci il tarixli məhkəmə qətnaməsi ilə Şahid 84.500 manat məbləğində pulun tutularaq Cavabdehn xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya sadalanan xüsusatlara qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının cavabdehdən 40.730 manat pulun tutulması barədə iddia tələbi əsaslıdır, apellyasiya məhkəməsi də iş üzrə gəlinən nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdehin iddiaçıya məxsus əşyaları Şahid verməsi və sonuncu tərəfindən aldadılması müəyyən edilmiş, lakin bununla bərabər həmin hökmdə qızıl-zinət əşyaları ilə bağlı münasibətlərin məhz iddiaçı və cavabdeh arasında yaranması göstərilmişdir. Bununla da, Şahid həmin münasibətlərin iştirakçısı olmaması müəyyən edilir. İşin qeyd edilən halı cavabdehin izahatları ilə də təsdiq edilir. Beləliklə, qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı münasibətlər iddiaçı ilə cavabdeh arasında yarandığından, sonuncu həmin əşyaların dəyərinin ödənilməsinə görə öhdəlik daşımışdır. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, Sur axanı Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə Cavabdeh Şahid qarşı pul tələbinə dair iddiası təmin edilərək sonuncudan 84.500 manat məbləğində pul tutulması qət edilmişdir. Həmin iş üzrə Şahid Cavabdeh olan hazırkı iş üzrə iddiaçıdan aldığı qızılzinət əşyalarının da Şahid verməsi və sonuncunun həmin əşyaların pulunu qaytarmamasına görə notarial qaydada borcun etirafı barədə müqavilə bağlandığı müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən,bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Şahid tutulması qət edilən pul məbləğinə iddiaçıya məxsus qızıl-zinət əşyalarına görə ödənilməli olan və hazırda mübahisələndirilən borc məbləğinin də daxil olduğu təsdiq edilir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarını alaraq həmin əşyaların dəyərinin ödənilməsinə görə iddiaçı qarşısında öhdəlik götürmüş, həmin qızıl-zinət əşyalarını satılması üçün Şahid vermiş, sonuncu həmin əşyaları sataraq ələ keçirmiş və buna görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Şahid həmin qızıl-zinət əşyalarının dəyərinin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Bu halda, həmin qızıl-zinət əşyalarının dəyəri olan 40.730 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə apellyasiya məhkəməsinin iş üzrə gəldi yi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar