Məhkəmə qərarları › İş №2(102)-1784/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1784/2019

18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1784/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti (yeni adı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9859/2018 nömrəli iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Fuad Abdıyev) 01 fevral 2018- ci il tarixli qətnaməsi ilə İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4040,80 ABŞ dolları əsas, 6716 ABŞ dolları faiz, 876 ABŞ dolları dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək 18.08.2010-cu il tarixli 1218/1003-08/2010 saylı Daxili Maliyyə Lizinq Müqaviləsinə 05.12.2012-ci il tarixli öhdəliyin ötürülmə si haqqında əlavə razılaşma üzrə 6303,30 manat lizinq ödənişi (vaxtı keçmiş qalıq), 20 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 6353,30 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə) ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə bağlanmış 18.08.2010-cu il tarixli, 1218/1003-08/2010 saylı Daxili Maliyyə Lizinq Müqaviləsinə 05.12.2012-ci il tarixli öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən cavabdehlərdən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada dəymiş ziyan üzrə 4040,80 ABŞ dolları əsas, 671 6 ABŞ dolları faiz, 876 ABŞ dolları dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Bundan sonra, 24.11.2015-cı il tarixdə lizinq obyekti Cavabdeh1 tərəfindən iddiaçıya təhvil verilib. Avtomobilin təhvil verildiyi 24.11.2015-cı il tarixinə 4040,80 ABŞ dolları vaxtı keçmiş qalıq, 6716 ABŞ dolları faiz, 876 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. Eyni zamanda, Cavabdeh2 zamin qismində lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və ka ssasiya şikayətinə qarşı etiraz: İddiaçı Lizinq Şirkəti QSC-nin (yeni adı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 oktyabr 2018ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat verilmədiklərindən məhkəmə kollegiyası Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 18.08.2010-cu il tarixli, NVD 1218/1003-08/2010 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən, lizinq verən dəyəri 100000 ABŞ dolları olan “Mercedes Benz S500 L” markalı avtomobili lizinq alana 24 ay müddətinə mali yyə lizinqinə vermişdir. Lizinq verən, X4 və X3 arasında bağlanmış 18.08.2010-cu il tarixli, NVD/№ 1218/100308/2010 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyin köçürülməsi haqqında 25.02.2011ci il tarixli razılaşmaya əsasən, lizinq alan daxili maliyyə lizinqi müqaviləsi üzrə öz hüquqlarını, öhdəliklərini və borcunu öhdəlik götürən X1, lizinq verən dəyəri 100000 ABŞ dolları olan lizinq obyektini Cahangir Alışovun istifadə və sahibliyinə vermiş və lizinq müddəti 60 ay müəyyən edilmişdir. Lizinq verən, X3 və Cavabdeh1 arasında bağlanmış 18.08.2010-cu il tarixli, NVD/№ 1218/1003-08/2010 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyin ötürülməsi haqqında 05.12.2012-ci il tarixli razılaşmaya əsasən X1 18.08.2010-cu il tarixli, NVD/№ 1218/100308/2010 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini, borcunu Cavabdeh1 ötürmüş və lizinq verən dəyəri 82000 ABŞ dolları müəyyən edilmiş lizinq obyektini Cavabdeh1 48 ay müddətinə maliyyə lizinqinə (icarəyə) vermiş, Cavabdeh1 10000 ABŞ dolları avans məbləği ödəməklə 48 ay ərzində hər ay 2153 ABŞ dolları (sonuncu ay 2138 ABŞ dolları olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Sonuncu müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq Lizinq verən, Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 05.12.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 05.12.2012-ci il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti Cavabdeh1 təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 24.11.2015-ci il tarixə daxili maliyyə lizinq müqavil əsi üzrə 4040,80 ABŞ dolları vaxtı keçmiş qalıq, 6716 ABŞ dolları faiz borcu, 876 ABŞ dolları dəbbə pulu hesablanmışdır. İddiaçının lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektinin qayhtarılması tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrə müvafiq olaraq lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzr ə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, 18.08.2010-cu il tarixli 1218/1003-08/2010 saylı Daxili Maliyyə Lizinq Müqaviləsinə 05.12.2012-ci il tarixli öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən 48 aylıq müqavilə müddətinin bitmə tarixi 05.12.2016-cı ildir. Bu baxımdan iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda Mülki Məcəllənin 470.1, 472.1, 472.2-ci maddələrinə əsasən iddiaçı qarşısında zamin olan Cavabdeh2 borclu olan Cavabdeh1la birgə məsuliyyət daşıyır. Bunun la yanaşı apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ABŞ dolları ilə tələb edilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində isə təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Baxılan iş üzrə iddiaçı xarici hüquqi şəxs deyil və onunla bağlanmış lizinq müqaviləsi üzrə borclunun pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Nəzərə alınmalıdır ki, lizinq müqaviləsi hüquqi təbiətinə görə kredit və ipoteka müqavilələrindən fərqlənir və belə müqavilələrlə eyniləşdirilə bilməz. Lakin təcrübədə bir sıra hallarda həm lizinq verən hüquqi şəxslər, həm də lizinq alanlar yanlış olaraq lizinq münasibətlərini kredit və ipoteka hüquq münasibətləri hesab edirlər. Halbuki kredit (borc) müqaviləsi üzrə borcalan aldığı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyaları borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Lizinq müqaviləsi isə mahiyyət etibarı ilə kirayə (icarə) müqaviləsidir və lizinq alanın özünün seçdiyi əşya lizinq verən tərəfindən əldə olunaraq onun istifadəsinə verilir, lizinq alan bunun müqabilində istifadə haqqı (muzd) ödəyir və bütün ödənişləri etdikdən sonra həmin əşyanı öz mülk iyyətinə keçirmək hüququnu əldə edir (Mülki Məcəllənin 747-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 439.1-ci maddəsi təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət ki mi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Beləliklə, borcun qaytarılması öhdəliyindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarıda istinad olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi və onun ayrılmaz hissəsi olan öhdəliyin ötürülməsi müqavilələrinin, habelə ödəniş cədvəllərinin ABŞ dolları ilə bağlı müddəaları özüözlüyündə etibarsız şərtlərdir. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məcəllənin 337.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd olunanlara əsasən tərəflər arasında lizinq hüquq münasibətləri üzrə lizinq obyektinin qalıq dəyəri (lizinq müqaviləsinə əlavə üzrə ötürülən öhdəliyin həcmi) və lizinq mükafatlarının məbləği manatla qəbul edilməli və borc məbləği də manatla hesablanmalıdır. Yaranmış borcun məbləğinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən li zinq müqaviləsi üzrə 24.11.2015-ci tarixədək yaranmış öhdəliklərin icrasını tələb edir və öz mövqeyini onunla əsaslandırır ki, lizinq obyekti məhz həmin tarixdə iddiaçıya təhvil verilib. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, Cavabdeh1 nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında lizinq obyektinin 2015-ci il oktyabr ayının əvvəlində qaytarıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1 və 106.3-cı maddələrinə əsasən öz tələbini sübut etmək vəzifəsi tələb edən tərəfin üzərində olduğundan və cavabdehin faktı etiraf etməsi iddiaçını həmin faktı sübut etmə vəzifəsindən azad etdiyindən məhkəmə belə qənaətə gəlmişdir ki, lizinq obyekti iddiaçıya 2015-ci il oktyabr ayının əvvəlində təhvil verilmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən müqavilənin bağlandığı tarixdə manatın ABŞ dollarına məzənnəsi nəzərə alınmaqla 05.10.2015-ci il tarixinə Cavabdeh1 iddiaçı qarşısında 43294 manat (55166 ABŞ dolları) lizinq ödənişi və 22003 manat (28036 ABŞ dolları) lizinq mükafatı (faiz) öhdəliyi yaranmışdır. Cavabdehlər müqavilə üzrə edilmiş ödənişlər barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçının təqdim etdiyi 13.09.2018-ci il tarixli maliyyə arayışına əsasən borclu tərəfindən lizinq müqaviləsi üzrə 60441,3 manat ödəniş edilmiş, həmin məbləğin 3840 manatı sığorta ödənişinə, 627 manatı (cəmi 800,18 ABŞ dollarının ödənildiyi günə manata olan məzənnəsinə uyğun hesablanmaqla) dəbbə puluna, 12,74 manatı servis haqqına, qa lan 55961,56 manatı lizinq ödənişinə və mükafata (faizlərə) hesablanmışdır. Ödəniş cədvəli üzrə 05.10.2015-ci il tarixinə Cavabdeh1 iddiaçı qarşısında yaranmış cəmi 65297 manat öhdəliyindən lizinq ödənişi və mükafata (faizlərə) hesablanmış cəmi 55961,56 manat ödəniş çıxıldıqda borclunun iddiaçı qarşısında müqavilədən irəli gələn 9335,7 manat pul öhdəliyi yaranmış olur. Lakin iddiaçının təqdim etdiyi 13.09.2018-ci il tarixli maliyyə arayışında Cavabdeh1 lizinq müqaviləsi üzrə vaxtı keçmiş qalıq borcunun 7697 manat, faiz borcunun 7942 manat, cəmi borcun 15639 manat olduğu qeyd edilmişdir. Halbuki yuxarıdakı hesablamalardan da göründüyü kimi borcun məbləği daha az 9335,7 manat olmuşdur. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərclər i də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bu baxımdan Cavabdeh1 bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyinin icrası əvvəlcə faizlərin hesabına aid edilməklə onun iddiaçı qarşısında lizinq ödənişləri (vaxtı keçmiş qalıq borcu) üzrə cəmi 6303,3 manat borcunun olduğu müəyyən edilir. İddiaçı 13.09.2018-ci il tarixli maliyyə arayışında Cavabdeh1, həmçinin 1386 manat dəbbə pulu borcunun olduğunu qeyd edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan Mülki Məcəllənin 467-ci maddəsinə əsasən 20 manata azaldılmalıdır. Məhkəm ə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, mad di və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Lizinq Şirkəti QSC-nin (yeni adı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9859/2018 nömrəli iş üzrə 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar