Məhkəmə qərarları › İş №2(102)-1785/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1785/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1785/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2(104)-303/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2023-cü il tarixli iltizamlarda Cavabdeh İddiaçı 17.000 dollar borclu olduğunu qeyd edir. İltizamda həmçinin borcunun 6-8 ay müddətində hissə-hissə və bir dəfəyə ödəyəcəyi yazılmış və imzalamışdır. 2. xx.xx.2023-cü il tarixli iltizamda Cavabdeh İddiaçı əlavə 4.000 dollar götürdüyünü və bir ay müddətində qaytaracağını qeyd edərək imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 21.000 (iyirmi bir min) dolları və dövlət rüsumu kimi ödənmiş 198 (yüz doxsan səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabde h bir neçə ildir ki, tanıyır. Aralarında ticarət əlaqəsi olmuşdur. Ticarət etdiyi müddətdə bir-birinə müəyyən məbləğdə borcu olmuşdur. Həmin borclar vaxtaşırı aralarında olan danışıqlar və telefon vasitəsi ilə göndərdiyi SMS-lərlə təsdiq olmuşdur. Sonuncu üzləşmə xx.xx.2023-cü il tarixində onun Dəllər qəsəbəsində yerləşən ofisində X1 (tel ***-***-**-**) iştirakı və şahidliyi ilə tərtib olunmuşdur. Həmin gün Cavabdeh özünün ona 17.000 (on yeddi min) dollar borcu olduğuna dair iltizam yazmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh ona müraciət edərək Rusiyaya yolladıqları malların sənədləşdirilməsi üçün əlavə 4000 (dörd min) dollar götürmüş və həmin 4000 (dörd min) dolları götürməsinə dair iltizam vermişdir. İltizamda göstərdiyinə görə, Cavabdeh borclu olduğu 21.000 (iyirmi bir mi n) dolların 4000 (dörd min) dollarını bir aya, qalan hissəsini isə hissə-hissə yaxud bir dəfǝyǝ 6-8 aya ödəyəcəyini öhdəsinə götürsə də, bu günə kimi borcundan heç nə ödəməmişdir. O, dəfələrlə pulunu tələb etsə də, Cavabdeh hər dəfə “bu həftə ödəyəcəm” deyərək, onu aldatmış, borcunu ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh ona borclu olduğu 21.000 (iyirmi bir min) dolları və dövlət rüsumu kimi ödənmiş 198 (yüz doxsan səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ona borclu olduğu 21.000 (iyirmi bir min) dolların ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə pulun və ödənmiş 198 (yüz doxsan səkkiz) manat dövlət rüsumunun alınıb ona ve rilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı 9.000 dollar götürərək şərikli ticarətlə məşğul olmuşdur. Daha sonra cavabdeh 9.000 dolları iddiaçıya ödəmiş və gəlirdən 4.000 dollar qaytarmalı olduğu üçün borclu olmuşdur. Lakin 4.000 dollar nisbətində iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmədən iddianın rədd edilməsini xahiş edir.

7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin satışdan əldə olunan gəlirdən iddiaçıya çatası 21.000 ABŞ dollar pulu əsassız əldə edib, daha sonra geri qaytarmaması faktı tərəflərin izahatları və iş materialları ilə tam təsdiqini tapır. Məhkəmə hesab etmişdir ki, həmin pulun cavabdehə verilməsinə dair heç bir hüquqi əsas olmadığı üçün, cavabdeh iddiaçıya məxsus 21.000 ABŞ dollar pulu əldə edərək, iddiaçının hesabına əsassız varlanmışdır. Odur ki, məhkəmə cavabdehdən 21.000 ABŞ dollar pulun alınıb İddiaçı verilməsi hissəsində iddianı əsaslı hesab etmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiy a şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə tanışdırlar. Onların arasında ticarət əlaqəsi olmuşdur. Onlar şərikli ticarətlə məşğul olduğu üçün ticarət etdiyi müddətdə bir-birinə müəyyən məbləğdə borcu olmuşlar. O, İddiaçı şərikli ticarətlə məşğul olmaq üçün 9.000 dollar pul götürmüşdür. Sonra isə həmin pulu iddiaçıya ödəmişdir. Onun iddiaçıya olan tək borcu 4.000 dollar gəlir borcu olmuşdur. İddiaçı isə haqsız yerə ondan 21.000 dollar pul tələb etmişdir. Onlar iddiaçı ilə şərikli ticarətlə məşğul olmuşlar. İddiaçı ona 9.000 ABŞ dolları borcu şərikli olaraq gəlir əldə etmək məqsədi ilə vermişdir. Onun iddiaçıya 4.000 ABŞ dolları gəlir borcundan başqa heç bir borcu olmamışdır. Hesab edir ki, iddiaçının bu tələbi əsassızdır və o, onun hesabına varlanmaq istəyir. Həmçinin, qeyd edir k i, iddia ərizəsi 4.000 ABŞ dollarına münasibətdə iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, onun bu iddiası rədd olunmalıdır. Məhkəmə isə bu mühüm halı nəzərə almadan qətnamə qəbul etmişdir. Bununla da qanun pozuntusuna yol vermişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Günay Cavadova) 27 fevral 2025-ci il tarixli, 2(104)-303/2025 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2233/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şərikli ticarət münasibə tləri olmuş, bu məqsədlə 2022-ci ilin yanvar ayından başlamaqla, iddiaçı cavabdehə 5 dəfəyə 26.000 ABŞ dolları pul vermişdir. Bu puldan 9.000 ABŞ dollarını qaytarmış, sonra isə cavabdeh ziyanlıq etməsi səbəbi ilə pulu geri qaytarmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə imzalanmış iltizamlar və üzləşmə aktı ilə İddiaçı 17.000 ABŞ dolları borcu qaldığını və həmin borcunu 6-8 ay müddətində hissə-hissə və bir dəfəyə ödəyəcəyini öhdəsinə götürmüş, həmçinin xx.xx.2023-cü il tarixli iltizamda Cavabdeh İddiaçı əlavə 4.000 ABŞ dolları götürdüyünü və bir ay müddətində qaytaracağını qeyd edərək imzalamışdır.

13. Məhkəmə kollegiyası tərəflər arasında yuxarıda qeyd edilən üzləşmə aktlarının və yazılı iltizamların mövcudluğunu nəzərə alaraq, hesab etmişdir ki, onlar arasında olan münasibətlər borc mü nasibətləridir və borc müqaviləsinin yazılı formada və müddətli bağlanılmasını qəbul edir.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 742.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini iddia müddətini ötürməklə məhkəməyə vermişdir. Buna görə də iddiaçının iddia tələbi rədd olunmalıdır. Lakin məhkəmə bu halı nəzərə almadan qərar qəbul etmişdir. Bununla da, maddi hüquq normasını pozmuşdur.

18. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və öz xətti ilə yazmış olduğu cədvəldən də aydın olur ki, iddiaçı tələb etdiyi məbləği cavabdehə yox, başqa-başqa şəxslərə verib. Bu cədvəldən o da aydın olur ki, cavabdeh ona 3000 ABŞ dolları məbləğində də pul qaytarmışdır. Lakin buna baxmayaraq o, cavabdehdən 21.000 ABŞ dolları məbləğində pul tələb edir. Gəncə Apellyasiya Məhkəməsi bu hallara əhəmiyyət verməmişdir. Halbuki, iddiaçının təqdim etdiyi bu cədvəl əsas idi ki, məhkəm ə iddia tələbini rədd etsin. Məhkəmə qətnaməsindən də göründüyü kimi cavabdeh iddia tələbinin rədd olunması ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. İddiaçı isə əksinə. Belə bir hüququ olmadığı halda, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iddiaçının öz xətti ilə yazmış olduğu cədvəl əsas idi ki, məhkəmə iddia tələbini rədd etsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olara q eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

22. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytar ıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansı nın isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

37. Kassasiya şikayətində hazırkı iş üzrə iddia müddətinin ötürülməsinə, lakin məhkəmələr tərəfindən iddia müddətinin tətbiqinə dair vermiş olduqları ərizəyə qiymət verilmədiyinə də istinad edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin öz dəlillərinin faktiki əsası kimi məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iltizamlardan görünür ki, cavabdeh onun iddiaçıya 17.000 ABŞ dolları və 4.000 ABŞ dolları borcunun olduğunu etiraf etməklə, onları müvafiq o laraq, 6-8 ay və 1 ay ərzində qaytarmağı öhdəsinə götürmüş, lakin qaytarmamış, hazırkı iddia ərizəsi isə məhkəməyə 22 may 2024-cü il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

39. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm alıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2(104)303/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar