Məhkəmə qərarları › İş №2(102)-1786/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1786/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1786/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil Nəsrəddin oğlu və İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından “XXX”-ın Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Ə.Sarıyev, E.Ə.Mehdiyev, Ş.A.Məmmədova iş 2(103)-8661/2020) “XXX”-ın Cavabdeh1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddət ötürülməmişdir. Məhkəmə kollegiyasının iclasında kassat orun vəkili kassasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinin tələblərinə görə, hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Mülki işin materiallarından görünür ki, iş üzrə “XXX”-ın Cavabdeh1 cavabdeh, “XXX”-ın “Təhlükəsizlik İdarəsi” isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Həm cavabdeh, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxsin inzibati binası eyni ünvanda yerləşsə də, ayrı-ayrı hüquqi şəxslərdir. Birinci instansiya məhkəməsi qətnaməni cəmi bir zərfdə göndərmiş və zərfin üzərində birinci yerdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs in adını qeyd etmişdir. Buna görə də, iş materiallarında olan xəbərnamədən də göründüyü kimi qətnaməni yalnız “XXX”-ın “Təhlükəsizlik İdarəsi” qəbul etmişdir. Cavabdehin nümayəndəsi isə, birinci instansiya məhkəməsinin qətnaməsini rəsmi formada qəbzə imza etməklə xx xxxxxxx 2020-ci il tarixdə təhvil almış, həmin qətnamədən verdiyi apellyasiya şikayəti xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə verilməli olduğu halda, xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərilməsi üçün poçta verildiyi, bununla yanaşı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilmədiyi üçün apellyasiya şikayəti vermək üçün prosessual müddət ötürülmüşdür. Halbuki iş materialları ilə cavabdeh tərəfi ndən qətnamənin poçtla rəsmi formada alınması müəyyən edilmədiyindən cavabdehin apellyasiya şikayəti verməsi üçün prosessual müddət apellyasiya məhkəməsinin qərardadında göstərildiyi kimi xx xxxx 2020-ci il tarixdən deyil, xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş yenid ən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar