Məhkəmə qərarları › İş №2(102)-1787/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1787/2019

28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1787/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1787/2019 Bakı şəhəri 28 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Ra yon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-3407/2018 hakim S.B.Mehrəliyev) İddiaçı ASC-nin ləğvedicisi XXXnun Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 01.11.2010-cu il tarixli kredit müqaviləsi 47.900 manat əsas borc, 4.041 manat faiz borcu, əldən çıxmış faydaya görə 31.616 manat olmaqla cəmi 83.559 manat, 18.03.2011-ci il tarixli kredit müqaviləsi 41.000 manat əsas borc, 29.178 manat faiz borcu, əldən çıxmış faydaya görə 18.040 manat olmaqla, cəmi 88.128 manat, ümumilikdə 171.777 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(106)-2341/2018 hakimlər V.T.Həsənov, V.Ə.Baxışova, N.Ş.C əfərov) İddiaçı ASCnin ləğvedicisi XXXnun və Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, cavabdeh isə verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: 01 noyabr 2010-cu il tarixli kredit xətti müqaviləsi əsasında İddiaçı ASC Cavabdeh 12 ay müddətinə illik 20%, ödəniş müddəti keçmiş kredit üçün illik 40%-lə ödəmək şərti ilə 50.000 manat məbləğində kredit ayrılmışdır. Tərəflər arasında bağlanmış 01.11.2010-cu il tarixli tələb hüququnun girovu h aqqında müqaviləyə əsasən Cavabdeh 21.10.2010-cu il tarixli 706 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə əsasında tikilib ona təhvil veriləcək Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının X mərtəbəsində 4 otaqlı 213 saylı mənzilə sahiblik hüququnu və ya həmin mənzilin tikilməsinə görə ödənilmiş 129.525 manat məbləğində pul vəsaitini tələb etmək hüququnu banka girov qoymuşdur. 18.03.2011-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı ASC Cavabdeh mənzilin təmiri məqsədi ilə illik 20%, ödəniş müddəti keçmiş kredit üçün illik 40%-lə ödəmək şərti ilə 100.000 manat məbləğində kredit ayrılmışdır. 12 mart 2018-ci il tarixdə İddiaçı ASC kredit müqavilələri üzrə əsas borc, faiz borcu və əldən çıxmış faydanın ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 303.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, özgəninkiləşdirilə bilən hüquq girov qoyula bilər. Hazırki iş üzrə də cavabdehə podrat müqaviləsi əsasında məxsus olan və özgəninkişlşdirilə bilən tələb hüququ girov qoyulmuşdur. Qanunvericilikdə podrat müqaviləsinin və həm in müqavilə ilə əlaqədar tələb hüququnun girovu müqaviləsinin dövlət qeydiyyatına alınması ilə bağlı hər hansı tələb mövcud deyil. Digər tərəfdən girov müqaviləsini MMC-nin dirketorunun imzalamaması müqavilənin etibarsızlığna səbəb olmur. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmiş, cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən, tutmanın girov predmetinə yön əldilməsi tələbinə dair hissədə ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın girov predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu m addəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə üzrə əsas borcunu və müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməli olan faizləri ödəməmişdir. İddiaçı kredit müqavilələri üzrə əsas borc və faiz borcu ilə bərabər əldən çıxmış faydanın tutulması tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilm ədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehdən kredit müqavilələri üzrə ödənilməmiş əsas və faiz b orcunun, o cümlədən əldən çıxmış faydanın alınıb iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə dəlilləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla həmin dəlillərə hüquqi qiymət verilmişdir. Belə ki, apellyasiya baxışının gedişində cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmiş və müddətin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə kifayət qədər əvvəldən məlumatı olmuş, lakin o, həmin məhkəmədə hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. İddianın müddəti nin tətbiqinə dair ərizə məhz birinci instansiya məhkəməsinə təqdim olunmalı və həmin məhkəmə tərəfindən ərizəyə qiymət verilməlidir. Lakin ərizənin birinci instansiya məhkəməsinə göndərilməsi və ya təqdim edilməsi təsdiq edilmir. Hazırki halda cavabehin ərizəsinin müzakirə edilərək təmin edilməsi yolverilən hesab edilə bilməz. Bununla bərabər yuxarıda qeyd edildiyi kimi iddiaçı kredit müqavilələri üzrə əsas borc, faiz borcu və əldən çıxmış faydanın ödənilməsi tələbinin girov predmetinə yönəldilməsi yolu ilə təmin edilməsini tələb etmişdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi girov müqaviləsi bağlanmış, həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləni n məzmunundan göründüyü kimi cavabdeh sifarişçi qismində bağladığı və dəyəri 129.525 manat təşkil edən 21 oktyabr 2010-cu il tarixli fərdi mənzil tikintisi haqqında müqavilə üzrə tələb hüququnu iddiaçı bankın xeyrinə girov qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsi ilə girov və ipoteka hüququ anlayışı müəyyən edilmişdir. Həmin Məcəllənin 300-cü maddəsi ilə hüququn girovu girov növlərindən biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin hüququn girovu əsaslarını müəyyən edən 303-cü maddəsinin tələblərinə görə hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh daşınmaz əmlak olan B akı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən çoxmənzilli yaşayış binasının X mərtəbəsində 4 otaqlı 213 saylı mənzili deyil, məhz həmin mənzilin tikintisinə dair 21 oktyabr 2010-cu il tarixli müqavilə üzrə tələb hüququnu girov qoymuşdur. Digər tərəfdən qanunverici tələb hüququnun girov qoyulması barədə müqavilə bağlanarkən girov qoyulmuş hüququn borclusunun razılığının alınması şərtini müəyyən etməmişdir. Deməli apellyasiya məhkəməsi öhdəliyin icrasının girov predmetinə yönəldiməsi üsulu ilə təmin edilməsi tələbinə əşya təminat hüququnun əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Bununla bərabər cavabdeh də birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində tələbin giro v predmetinə yönəldilməsinin rədd edilməsi hissəsində qətnaməni mübahisələndirmiş, kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən, tutmanın girov predmetinə y önəldilməsi tələbinə dair hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar