Məhkəmə qərarları › İş №2(102)-1788/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1788/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1788/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7270/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Borcalan”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 36 ay müddətinə illik 23 faizlə 12000 manat məbləğində kredit verilmişdir.

2. Tərəflərin imzaladığı 30 iyul 2020-ci il tarixli razılaşmaya əsasən kredit müqaviləsi üzrə borc restrukturizasiya olunmuş, kredit müddəti 3 ay müddətinə uzadılmış və borcun ödənilməsi qaydasına güzəştlər tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9877,33 manat əsas, 3665,54 manat faiz borcu, 131 manat dövlət rüsumunun tutularaq idd iaçıya ödənilməsi və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürsə də, kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 428.4, 442, 445.2.1, 448, 449.4 və 465.2-ci maddələrinə istinad etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsində işt irak etməmişdir,

7. Bakı şəhər Yasamal rayon məhkəməsinin e-2(004)-2755/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 9877,33 manat əsas, 3665,54 manat faiz borcu olmaqla, cəmi 13542,87 (on üç min beş yüz qırx iki manat səksən yeddi qəpik) manat borcun və 131 (yüz otuz bir) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət etmişdir. (hakim Təhminə Xəlilova)

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, iddia kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsində təmin olunaraq əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əl avə, cavabdeh tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia kredit müqaviləsinin ləğv edilməsi hissəsində də əsaslıdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 421.2, 739 və 741-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işə onun iştirakı olmadan baxılması, kredit borcunun düzgün hesablanmaması, maddi çətinliyi üzündən pandemiya dövründə kredit ödənişlərində gecikmələrin yaranması, lakin bank tərəfindən ona güzəşt olunmaması, faizlərin dayandırılmaması kimi hallara istinad etmiş dir.

12. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək göstərib ki, cavabdeh kredit borcunun düzgün hesablanmamasını, faizlərin şişirdilməsini və s. göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, kredit müqaviləsindən, ona əlavədən və ödəniş cədvəlindən görünür ki, kredit borcunun hesablanmasında hər hansı uyğunsuzluq və şişirdilmə olmamışdır. Cavabdehin məqsədi işi uzatmaq, kredit borcunun ödənilməsindən yayınmaqdan ibarətdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7270/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Fuad Babayev)

14. Apel lyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, tərəflər arasında 14 avqust 2019-cu il tarixli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 23 faizlə 12000 manat məbləğində kredit verilməsi, sonradan bağlanmış 30 iyul 2020-ci il tarixli razılaşmaya əsasən kreditin müddətinin 15 avqust 2022-ci il tarixdən etibarən 3 ay müddətinə uzadılması, həmçinin 14 may 2020-ci il tarixdən etibarən 6 ay müddətində müəyyən güzəştlərin tətbiq edilməsi, buna baxmayaraq öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır.

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitli yinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı).

16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində kredit borcunun qalıq məbləğini mübahisələndirməsi ilə bağlı dəlilərinə qiymət verərək göstərib ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əksinə işdə olan sübutlardan (kredit müqaviləsi, ödəniş cədvəli və s.) açıq-aşkar görünür ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxta (2022-ci ilin aprel ayı) cavabdehin kredit borcu iddia olunan məbləğlərdən az olmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi borcun şişirdilməsi barədə apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edib ki, təqdim olunmuş hesabdan çıxarışa əsasən cavabdehin sonuncu ödənişi 23 sentyabr 2020-ci il tarixdə, cəmi 200 manat olmuş, sonradan hər hansı ödəniş həyata keçrilməmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə olan hal da isə, borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunmasına zərurət yoxdur (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əks təqdirdə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələnə bilər.

18. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, işdə olan sübutlardan da kredit borcunun hesablanmasında kredit müqaviləsinin və ona əlavə razılaşmanın, həmçinin ödəniş cədvəlinin şərtlərinə hər hansı açıq-aşkar uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Cavabdeh həmçinin maddi vəziyyəti (pandemiya və s.) ilə bağlı kredit borcunun ödənilməsində çətinliklərinin yarandığını göstərsə də, bu hal da özü-özlüyündə onu müqavilə ilə üzərinə götürd üyü öhdəliklərin icrasından azad etmir.

19. Məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsassız sayan apellyasiya instansiyası məhkəməsi bu dəlillə bağlı qeyd edib ki, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş (həm ünvan üzrə bildiriş göndərilməklə, həm də SMS məlumatlandırılmaqla), lakin cavabdeh hər hansı üzrlü səbəb olmadan məhkəmə iclasılarında iştirak etməmişdir (işdə olan xəbərnamədən də görünür ki, cavabdeh bildirişi almışdır).

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcllənin 385.1, 442, 448.1, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırlıb ki, məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir, nəticədə iddiaçının şişirdilmiş rəqəmlərini qəbul etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir lakin məhkəmə ona məlum olmayan səbəblərdən bunu etməmişdir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. İş üzrə hər iki məhkəmə instansiyası işə cavabdehin iştirakı olmadan baxaraq iddia tələbində iddiaçının xeyrinə tutulmalı olan məbləğin hansı səbəbdən təmin edilməsini araşdıramamış, əsas məbləğin 30 faizindən artıq faiz borçunun tutulması hissəsində ödəniş qrafikini nəzərdən keçirtməmiş, hansı səbəbdən ödənişlərdən imtina edildiyini araşdırmamışlar. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyn i növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişa fının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.

30. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

31. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

32. Apellyasiya instansiyası məhkəməsi borc məbləğinin şişirdilməsi və bu məqsədlə mühasibatlıq ekspertizasının təyin edilməli olması barədə cavabdehin dəlilləri əsassız saymışdır. (hazırki qərarın 16-17-ci bəndləri)

33. Mühasibatlıq ekspertizasının təyin edilməli olması barədə kassasiya şikayətinin dəlillərini mə hkəmə kollegiyası da qəbul etmir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

35. Göründüyü kimi, qanunvericilik ekspertiza təyin edilməsi üçün əsaslandırılmış vəsatətin verilməsini mühüm şərt kimi irəli sürmüşdür.

36. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspertiza təyin edilməsi barədə dəlili özü-özlüyündə ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi bu və və ya digər halın müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olması barədə vəsatətini əsaslandırmalıdır.

37. Hazırki işdə isə cavabdeh borc məbləği ilə razı olmadığını ümumi sözlərlə ifadə etmiş və apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq borcun dəqiqləşdirilməsi məqsədilə ekspertizanın təyin olunmasına ona görə zərurət görməyib ki, ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməlidir. Əks təqdirdə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələnə bilər.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində iştirak etməməsi barədə cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, bu dəlil əsasızdır, çünki məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş “sms” bildirişi cavabdeh qəbul etsə də, məhkəmə iclasında iştirak etməmiş və qabaqcadan da apellyasiya məhkəməsinə b u barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etməməsinin məsuliyyətini cavabdeh özü daşıyır. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq la düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtlərinə uyğun gəlir, eləcə də sübutlar prosessual qaydalara uyğun qiymətləndirilib.

40. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7270/2022 nömrəli, xx.xx.2022-ci il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar