Məhkəmə qərarları › İş №2(102)-1789/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1789/2019

06.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1789/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 mart 2019-cu il iş № 2(102)- 1789/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili ƏƏ və cavabdehin vəkili HAnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “Bank Standart” KB və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 06 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səba il Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Tağıyev, 2(009)-93/17 saylı mülki iş) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada “xxxx” KB QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli 160-00-169-14 saylı kredit müqaviləsi üzrə 112975.69 manat əsas, 21315.53 manat faiz, 400 manat cərimə, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğin, cəmi 134352.22 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 144500 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANinə və ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə X2 mülkiyyətində olan Bakı şəhəri, ÜNVAN 1nə yönəlilməsi, ipoteka predme ti olan əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti borc məbləğində artıq olarsa, Cavabdeh1 və Cavabdeh5 qaytarılması, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ÜNVAN satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 tərəfindən boşaldılaraq təhvil verilməsi və onların həmin mənzildən çıxarılması, ipoteka predmeti olan X2 mülkiyyətində olan Bakı şəhəri, ÜNVAN 1 satıldıqdan sonra boşaldılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), T.Səmədov və E.Kazımov, 2(103)-3 235/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail Rайон Мящкямясинин 2(009)-93/17 saylı, 15 dekabr 2017-ъi ил тарихли qətnaməsi iddia tələbinin faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Cavabdeh1 məxsus mənzilin ilkin satış dəyəri 176316 manat və ipoteka predmeti olan Cavabdeh5 məxsus qeyri-yaşayış sahəsinin 73840 manat müəyyən edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada iddiaçı “xxxx” KB QSC (ləğv prosesində olan)nin xeyrinə 16159.95 manat faiz borcunun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları İddiaçı“xxxx” KB QSC (ləğv prosesində olan) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və X3 qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “xxxx” KB QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli 160-00-169-14 saylı kredit müqaviləsi üzrə 129941.64 manat əsas, 16159.95 manat faiz, 1892.95 manat cərimə, cəmi 147995.54 manat məbləğində borcun, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 31 manat ipotekanın qeydə alınmasıüçün ödənilmiş, cəmi 61 manat pulun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakışəhəri, Səbail rayonu, ÜNVANinə yönəldilməsi, ilkin satış qiymətinin 180000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzilə tutma yönəldikdə və o satılqdıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 yaşayış sahəsini tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, onların yaşayış sahəsindən məcburi qaydada çıxarılmalarına, tutmanın digər ipoteka predmeti olan X2 mülkiyyətində olan Bakışəhəri, ÜNVAN 1nin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi,satıldıqdan sonra qeyri-yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan “Bank Standart” KB apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili ƏƏ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili HA kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının kass asiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC-nin 11 sentyabr 2017-ci il tarixdə məhkəməyə daxil olmuş, ƏEM/S 14-974/17 saylı, 31 avqust 2017-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh5 məxsus Bakışəhəri, UNVAN1nin 31 avqust 2017-ci il tarixinə ilkin staış qiyməti 60000 manat və Cavabdeh1 məxsus Bakışəhəri, ÜNVANnin ilkin satış dəyəri 31 avqust 2017-ci il tarixə 144.500 manat qiymətləndirilmişdir. Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1715 saylı, 01 noyabr 2017-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 10 iyul 2014-cü il tarixli 160/00/169/14 ylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 banka an borcu 15.09.2016cı il tarixə (Sualda göstərilən tarixə) banka olan borcu 140.410.85 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 126.735.27 manat, faiz borcu üzrə 1.675,58 manat. Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə lir hesabdan çıxarış və 10 iyul 2014-cü il tarixli 160/00/169/14 saylı kredit müqaviləsi üzrə Mülki Məcəllənin 741-ci maddəsinə əsasən hesablandıqda Cavabdeh1 banka olan borcu 134.291.22 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 112.975,69 manat, faiz borcu üzrə 21.315,53 manat. Azərbaycqan Respublikası “xxxx” MMC tərəfindən tərtib edilmiş 03.08.2018-ci il tarixli 88 saylı rəydən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, ÜNVANnin ilkin satış dəyəri 03 avqust 2018-ci il tarixə 176316 manat qiymətləndi rilmişdir. Azərbaycqan Respublikası “xxxx” MMC tərəfindən tərtib edilmiş 03.08.2018-ci il tarixli 87 saylı rəydən görünür ki, Cavabdeh5 məxsus Bakışəhəri, ÜNVAN1nin 31 avqust 2017-ci il tarixinə ilkin staış qiyməti 73840 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, QSC “xxxx” KB ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli 160/00/169/14 şaylı kredit müqaviləsinə və 19 mart 2015-ci il tarixli həmin kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən, Bank tərəfindən ona illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 170.000 (bir yüz yetmiş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh5 və Cavabdeh2 arasında 10 iyul 2014 -cü il tarixdə 160/00/169/14 saylı zaminlik müqaviləsi bağlanmış, Cavabdeh5 və Cavabdeh2 borc alan Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANi 10 iyul 2014-cü il tarixli 160/00/169/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, ÜNVAN1ni 11 iyul 2014- cü il tarixli 160/00/169/14-1 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs, hazırki iş üzrə Cavabdeh1 öz üzərin ə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc ve rən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdə liyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birg ə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 317.1 və317.2-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir Həmin Məcəllənin 319.1. və 319.6-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdir mişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinəəsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi meddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predtmetinə tutmanın y önəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin real bazar dəyərindən dəfələrlə yüksək qiymətləndirilməsi dəlili ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 11 iyul 2014- cü il tarixli 160/00/169/14-1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, ÜNVAN1nin ipoteka predmetinin dəyəri 75000 manat müəyyən edilmiş, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANi 10 i yul 2014-cü il tarixli 160/00/169/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında ipoteka predmetinin 180000 manat müəyyən edilmişdir. Mülki işə birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş məhkəmə-əməttşünaslıq ekspertizasının nəticə hissəsində qeyd olunan ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan mənzilin ilkin satış dəyəri 114500 manat və ipoteka predmeti olan Cavabdeh5 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 60000 manat müəyyən edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətləri arasında olan qiymət fərqlərinin aradan qaldırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, müstəqil qiymətləndirici tərəfindən ipoteka predmeti olan Cavabdeh1 məxsus mənzilin hal-hazırki bazar dəyəri 176316 manat və digər ipoteka predmeti SSya məxsus qeyri- yaşayış sahəsinin ilkin satış qiyməti 73840 manat müəyyən edilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və39.3.3-cü maddələrinəəsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən 129941.64 manat əsas və 16159.95 manat tələb edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, ekspert rəyini əsas götürərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 21315.69 manat faiz borcunun tutulm asını qərara almışdır ki, bununla da birinci instansiya məhkəməsi iddianın faiz borcunun tutulması hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bmirinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirməklə, ipoteka predmeti olan Cavabdeh1 məxsus mənzilin ilkin satış dəyəri 176316 manat və ipoteka predmeti olan Cavabdeh5 məxsus qeyri-yaşayış sahəsinin 73840 manat müəyyən edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada iddiaçı “xxxx” KB QSC (ləğv prosesində olan)-nin xeyrinə 16159.95 manat faiz borcunun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətlərinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “Bank Standart” KB və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar