Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1789/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Səlimova Gülşən Kazım qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-1913/2019 saylı mülki iş) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 54 saylı notariat kontorunda bağlanmış xx xxxxx 2016-cı il və xx xxxxx 2016-cı il tarixli kredit müqavilələri etibarsız hesab edilmiş, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən, məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, 2(103)-8058/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia təl əbinin qismən təmin edilməsi, tərəflər arsında bağlanmış xx.xx.2016-cı il tarixli “Kredit müqaviləsi” üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq 95.000 (doxsan beş min) ABŞ dolları, xx.xx.2016-cı il tarixli “Kredit müqaviləsi ” üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq isə 58.000 (əlli səkkiz min) ABŞ dolları məbləğində pulun (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq manatla) Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan 220.000 ABŞ dolları, xx.x x.2016-cı il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan 180.000 ABŞ dolları, cəmi isə 400.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək tərəflər arasında bağlanmış kredit müqavilələrinin əhəmiyyətsiz, məcburetmə təsiri ilə bağlandığından etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər arasında işbirliyi olmuş, borc münasibətləri olmamışdır. İddiaçınin istinad etdiki kredit müqavilələri iddiaçının ona etdiyi məcburetmə təsiri nəticəsində bağlanmışdır. Əslində hər-hansı məbləğdə pulun borca verilməs baş verməmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Səlimova Gülşən Kazım qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələblərinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktla ra istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Kassator şikayətini işin faktiki halları ilə əsaslandırmış və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kassatorun mövqeyi ilə razılaşmır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş “Kredit müqaviləsindən” görünür ki, iddiaçı tərəfindən cavabdehə 95.000 ABŞ dolları məbləğində borc pul verilmiş, sonuncu isə pulu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş “Kredit müqaviləsindən” görünür ki, iddiaçı tərəfindən cavabdehə 58.000 ABŞ dolları məblə ğində borc pul verilmiş, sonuncu isə pulu həmin gün, yəni xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı Şəhəri 54-cü Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli 3M/133 reyestr nömrəli və xx.xx.2016-cı il tarixli 3M/143 reyestr nömrəli “Kredit müqavilələri” tərəflərin iradə, ifadələrinə uyğun olaraq tərtib edilmiş və təsdiqlənmişdir. Həmin sübutlara istinad edən Apelyasiya instansiyası Məhkəməsi mövcud mübahisənin həlli ilə bağlı haqlı olaraq maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə istinad etmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında notariatda tərtib olunmuş borc müqavilələri mövcuddur. Notariatda təsdiq olunmuş müqavilənin məzmunca həqiqi olması prezump siyası qəbul edilir. Sənədin həqiqiliyi qəti müəyyəndirsə (hazırkı işdə notariatda tərtib olunmuş borc müqavilələri), yəni imza həqiqətən də sənəddə göstərilən şəxslərə məxsusdursa, qarşı tərəf sənədin məzmunca yanlış olmasını bildirməklə onun məzmunca düzgün və tam olması prezumpsiyasını qüvvədən sala bilməz. Həmin etirazlardan əlavə, o, sənədin məzmun baxımından düzgün olmaması və ya başqa məqsədlə, fərqli qeyd-şərtlərin olmasını sübut etməlidir. Hazırkı işdə iddiaçı notariatda tərtib olunmuş müqavilənin məzmununun düzgün olmamasına istinad etdiyi üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. Məhkəmə qeyd edir ki, əgər tərəf yazılı sənədin məzmununun düzgün olmamasına istinad edirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun məzmununun həqiqi olmamasını birmən alı təsdiq etmiş olsun. Lakin, cavabdeh bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Cavabdehin yeganə dəlili ondan ibarət olmuşdur ki, müqavilələri bağlamağa onu məcbur etmişlər. Apelyasiya məhkəməsi faktı təsdiq edəcək sübutların olmaması halında haqlı olaraq hesab etmişdir ki, “Kredit müqavilələrinin” hədə-qorxu altında bağlandığını iddia edən cavabdeh bu hədəqorxunun səbəblərinə aydınlıq gətirməmiş, nəyə görə hazırkı ilk iddia verilənədək hüquq-mühafizə orqanlarına müraciət etmək əvəzinə, iddiaçının hədə-qorxularına boyun əymək məcburiyyətində qaldığını izah etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq əqdin etibarsızlığı ilə bağlı kəsici müddətlərin tətbiqini mümkün saymışdır. Belə ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələhdirilə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Cavabdeh özü bildirir ki, müqavilələr iddiaçının hədə-qorxusu a ltında bağlanmışdır. Bu isə o deməkdir ki, müqavilələr bağlandığı anda cavabdeh onların etibarsız sayılmasına əsas verən hallar barədə məlumatlı olmuş, lakin 1 il kəsici müddət ərzində müqavilələrin etibarlılığını mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1789/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1789/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver