Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-179/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, maddi zərər. 30.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2297/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır.
2. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, kriptovalyuta alqı-satqısı üzrə əməliyyatlar həyata keçirərək gəlir əldə etmək üçün cavabdehin təklifi ilə iddiaçı 2022-ci ildə Türkiyə Respublikasında “X2 ve Ticaret” A.Ş.şirkətini təsis etmişdir. İddia ərizəsində iddiaçı həmin şirkətin nizamnamə kapitalına 35711,15 ABŞ dolları vəsait qoyduğunu qeyd etmişdir.
3. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən İddiaçı, Cavabdeh və Tural Kərimli adlı digər sahibkar tərəfindən “OKX” birjasında alqı-satqı əməliyyatları həyata keçirərək gəlir əldə edilməsi üçün hər biri 100.000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya etməli idi. İddiaçı bu razılaşmaya müvafiq olaraq 1.900. 000 Türk lirəsi sərmayə qoysa da, cavabdeh ona birjadakı alqı-satqı əməliyyatlarından hər hansı ödəniş etməmişdir.
4. Tərəflər arasında münasibətlər pozulduqdan sonra iddiaçı birgə fəaliyytdən imtina edərək qoyduğu bütün sərmayənin geri qaytarılmasını cavabdehdən tələb etmiş, 59780 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən ona qaytarılmış, cavabdeh sərmayənin birjada sıfırlandığını bildirərək qalan məbləğin qaytarılmasından imtina etmişdir. 5. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 sentyabr 2023- cü il tarixli “Xidmət müqaviləsi”nə əsasən, müqavilə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar bağlanmış, müqavilə şərtlərinə əsasən, iddiaçı birinci instansiya məhkəməsində qətnamənin əldə edilməsinədək ümumilikdə 5100 ABŞ dolları məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 100.000 ABŞ dolları və “X2 ve Ticaret” A.Ş. şirkətininin təsis edilməsi və fəaliyyət göstərməsi üçün sərf olunan 30.000 ABŞ dolları vəsaitdən ödənilmiş 59780 ABŞ dolları məbləğ çıxılmaqla qalan 70220 ABŞ dolları real zərərin, 104.359,60 ABŞ dolları həcmində əldən çıxmış faydanın, 5100 ABŞ dolları həcmində hüquqşünas xərclərinin, cəmi 179.679 ABŞ dolları və 596 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə on ildən artıq müddəti əhatə edən dostluq münasibəti olmuşdur. 2022-ci ilin iyul ayında cavabdeh iddiaçıya müraciət edərək, birlikdə “OKX” birjası https://www.okx.com ilə əməkdaşlıq edərək kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmağı təklif etmişdir. Nəticədə tərəflərin razılığı əsasında iddiaçı Türkiyə Respublikasında 2022-ci ilin iyul ayında “X2 ve Ticaret” A.Ş.şirkətini təsis etmişdir. Bütövlükdə dəyəri 1.000.000 türk lirəsi (hazırki rəsmi məzənnə ilə 35711,15 ABŞ Dolları) olan nizamnamə kapitalı yalnız iddiaçının özü tərəfindən ödənilmiş və o, şirkətin rəsmi olaraq tək təsisçisi olmuşdur. Lakin faktiki olaraq və danışıqlara əsaslanaraq şirkətin payları İddiaçı, Cavabdeh və Tural Kərimli (iddiaçı daxil olmaqla 3 nəfərin) arasında bölüşdürülmüşdür. Həmçinin Türkiyə qanunvericiliyinə əsasən, şirkətin təsis edilməsi üçün qoyulan sərmayə sonradan istənilən z aman şirkətin fəaliyyəti ilə bağlı maaşların, kirayənin, vergilərin və digər bu kimi ödənişlərin həyata keçirilməsi üçün istifadə oluna bilir. Cavabdeh iddiaçıya 2022-ci il sentyabr ayında birja ilə əməkdaşlıq etmək məqsədi ilə həmin birjaya 300000 ABŞ dollar depozit qoyulmalı olduğunu bildirmişdir. USDT və USDC ABŞ dollarının virtual versiyası olan kriptovalyutalardır və 1 USDT və ya USDC - 1 ABŞ Dollarına bərabərdir. Cavabdeh həmin məbləğin özü, iddiaçı və Tural Kərimli arasında bərabər, yəni hər biri 100.000 ABŞ dolları olaraq bölünüb ödəniləcəyi və cəmi 300.000 ABŞ dolları pulun birjaya depozit şəklində yatırılacağını bildirmişdir. Nəticədə iddiaçı xx.xx.2022-ci ildə X4 sahib olduğu 26.000 səhmini ümumilikdə 1.900.000 Türk Lirəsinə satıb öz payına düşən 100000 ABŞ dollarını “Bilira T eknoloji” A.Ş. şirkətinin hesabına yatıraraq cavabdehin tələb etdiyi hesaba köçürmüşdür. Birja ilə aparılan danışıqlar əsasında iddiaçı cavabdeh tərəfindən nə şirkətin, nə də öz adına bir təminat hesabı birjada açmadığını aşkar etmişdir. Bundan sonra iddiaçı artıq 2023-cü il mart ayından etibarən xx.xx.2022-ci ildə birjaya depozit qoymaq məqsədi ilə cavabdehə ödədiyi 100.000 ABŞ dolları və “X2 ve Ticaret” A.Ş. şirkətinin Türkiyədə boşuna təsis edilməsinə sərf edilmiş 30.000 ABŞ dolları pulu “WhatsApp” tətbiqi üzərindən yazışaraq cavabdehdən geri tələb etmişdir. Lakin cavabdeh növbəti aylarda tələb edilən məbləği müxtəlif bəhanələrlə ödəməyərək gecikdirmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh 130.000 ABŞ dolları (100000 ABŞ Dolları depozit üçün qoyulan məbləğ + 30000 ABŞ Dolları Şirkətin təsis edilməsi və fəaliyyətin göstərilməsi ilə bağlı xərclər) pulun çıxdığını əks etdirən ekran görüntüsünü “Whatsapp” mobil tətbiqi ilə iddiaçıya göndərərək həmin pulun onun hesabına köçürüldüyünü bildirsə də, iddiaçının hesabına bu vəsait daxil olmamışdır. Cavabdehin bildirdiyi məlumata əsasən sistemdə problem yarandığı üçün pul iddiaçının hesabına köçürülə bilməmişdir. Daha sonra məbləğin köçürülməsi tələbi ilə bağlı təkidlərdən, həmçinin məsələ ilə bağlı hüquqi addımların atılacağı ilə əlaqədar xəbərdarlıqdan sonra isə xx.xx.2023-cü il tarixində bu məbləğdən yalnız 59780 ABŞ Dolları iddiaçının hesabına köçürülmüşdür. Bundan sonra heç bir ödəmə cavabdeh tərəfindən həyata keçirilməmişdir. Cavabdeh tələb olunan məbləği ödəməkdən yayındığı üçün iddiaçı tərəfindən sonuncu dəfə 22 sentyabr 2023-cü il tarixində ona rəsmi pretenziya məktubu ünvanlanmışdır. Cavabdeh pretenziya məktubunu alandan sonra, iddiaçı ilə Whatsapp mobil tətbiqi üzərindən əlaqə saxlayaraq, 130.000 ABŞ Dollarından qalan məbləğin ödənilməsini (70220 ABŞ Dollarını) 15 gün ərzində təmin edəcəyini, lakin əldən çıxmış fayda məsələsini kənara qoyulmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi ilə keçirilən görüşdə, sonuncu cavabdehin 70.220 ABŞ Dollarını iki hissə ilə yaxın bir zamanda ödəniləcəyini, lakin əldən çıxmış faydanı ödənilməyəcəyini bildirmişdir. İddiaçı cavabdehin təklifi ilə razılaşmayaraq, hazırda ondan 70.220 ABŞ dollarından əlavə olaraq əldən çıxmış faydanı da tələb edir.
8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, cavabdeh iddiaçı i lə birlikdə 2022-ci ilin iyul ayında əməkdaşlıq edərək, Türkiyə Respublikasında kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmağı təklif etmişdir. Nəticədə tərəflərin razılığı əsasında “X2 ve Ticaret” A.Ş. şirkəti təsis edilmiş və İddiaçı, Cavabdeh və Tural Kərimli tərəfindən hər biri 100.000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmişdir. Sonradan birjada olan dalğalanmalar və danışıqların baş tutmaması səbəbindən Tural Kərimli öz investisiyasını geri götürmüş, iddiaçı və cavabdehin qoyduğu pullar isə birjada dəyərdən düşərək sıfırlanmışdır. Nəticədə iddiaçı itirdiyi pulun əvəzini cavabdehdən tələb etmiş, cavabdeh isə öz növbəsində biznes etikasından irəli gələrək pulun bir qismini öz şəxsi vəsaiti hesabına iddiaçıya ödəmişdir. Bundan sonra cavabdeh özü də zərərdə olmas ına baxmayaraq, iddiaçının çəkdiyi xərclərin bir hissəsini də ödəyəcəyini bildirmişdir. Lakin, iddiaçı haqlı olmadan daha çox məbləğ tələb edərək məhkəməyə müraciət etmişdir. Adıçəkilən şirkətə investisiya etmiş hər üç şəxs öz riski ilə sahibkarlıq fəaliyyətini həyata keçirən müstəqil şəxslər olmuş və yaranmış itkiyə görə iddiaçı cavabdeh qarşısında öhdəlik daşımır. İddiaçı öz iddiasını hər hansı yazılı sənədlə (müqavilə, təsis sənədi və digər) sübut edə bilmir və yalnız tərəflər arasındakı “Watsap” tətbiqi vasitəsilə olan yazışmaya istinad etmişdir. Qeyd edilən yazışma mətnləri iddiaçının yalnız biznes etikasından irəli gələn mövqeyini əks etdirir və öhdəliyin yaranması üçün əsas hesab oluna bilməz.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(001)771/202 4 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh 40220 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 295,12 manat məbləğində pul vəsaitinin də Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsi iş üzrə sübut olunmur.
11. Belə ki, işin məhkə mə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kriptovalyuta əməliyyatları ilə əlaqədar hər biri 100000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmiş, lakin cavabdeh 100000 ABŞ dolları verməklə birjadan səhm aldığını, sonradan qalan 200000 ABŞ dolları məbləğində səhmlərin isə birjada dəyərinin itirdiyini qəbul edərək, öz işgüzar nüfuzu xatirinə iddiaçıya uduzulmuş 100000 ABŞ dollarını qaytaracağını bildirərək, 59780 ABŞ dollarını könüllü qaytarmış, qalan məbləği ödəmək üçün vaxt istəmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında könüllü qəbul etdiyi öhdəliyinin həcmi 100000 ABŞ dollarından ödədiyi 59780 ABŞ dolları məbləği çıxılmaqla qalan 40220 ABŞ dolları təşkil edir. İddiaçının isə məhz cavabdehin t əkidi ilə “X2 ve Ticaret” A.Ş. şirkətinin təsis etməsinə dair 30000 ABŞ dolları məbləğində pul sərf etdiyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı (30000 ABŞ Dolları) qoyduğu maya dəyəri məbləği həddində risk daşıyaraq tək təsisçi kimi “X2 ve Ticaret” A.Ş. şirkətini təsis etmiş, onunla və ya şirkətlə cavabdeh arasında şirkətin mənfəətinin bölüşdürülməsi, bu mənfəət üzrə payların miqdarı, tərəflərin qarşılıqlı öhdəlikləri və digər şərtləri özündə əks etdirən hər hansı yazılı əqd bağlanmamışdır.
12. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin 30000 ABŞ dollarını tələb olunmasının hüquqi əsası mövcud deyildir. 104.359,6 ABŞ dolları həcmində əldən çıxmış faydaya münasibətdə qeyd olunmuşdur ki, qanunverici, mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əld ən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu ayrıca normalarla tənzimləmişdir. Əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsində açıqca göstərilmişdir. Bu norma, əsassız varlanma ilə bağlı qaydalarla əlaqəli şəkildə vicdansız sahibə qarşı tələb hüquqlarını tənzimləyir. “X5”-nın iddiaçıya məxsus səhmlərinin məhz cavabdehin tapşırığı ilə çıxarılması və bunun nəticəsində səhmlərin dəyərindən əldə olunacaq dividendlərdən məhrum olması ilə bağlı dəlillərin sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı halda “X5” nın iddiaçıya məxsus səhmlərinin məhz cavabdehin tapşırığı ilə çıxarılması iş üzrə müəyyən edilməməklə yanaşı buna dair iddiaçı yalnız formal mülahizələrə əsaslanmış, iddia tələbi üzrə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2, 439.1, 439.2, 439.6, 739.1, 740.2, 777.1, 777.2, 779.1, 1091.1, 1092.1, 1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
15. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, Türkiyə Respublikasında 2022-ci ilin iyul ayında təsis edi lmiş “X2 ve Ticaret” A.Ş.şirkəti sırf Cavabdeh təkidi nəticəsində yaranmış və həmin şirkətin yaranmasında cavabdehin özünün mülahizələrinə uyğun həyata keçirən kriptovalyuta əməliyyatları ilə məşğul olmaqdan başqa heç bir məqsədi olmamışdır. Qeyd etmək lazımdır ki, bütövlükdə dəyəri ******* Türk Lirəsi (hazırkı rəsmi məzənnə ilə 35711,15 ABŞ Dolları) olan nizamnamə kapitalı yalnız iddiaçının özü tərəfindən ödənilmişdir. Yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar ilə təsdiqlənir. Belə ki, məhkəməyə təqdim olunmuş tərəflər arasındakı “Watsapp” yazışmasına əsasən, Cavabdeh özü belə iddiaçı qarşısında borcun 130.000 ABŞ dolları olduğunu təsdiq edir (100000 əsas zərər + 30.000 şirkətin təsis edilməsinə görə zərər). Cavabdeh iddiaçıya açıq aydın şəkildə onun 130.000 ABŞ dolları borcunun qəbul etdiyini yazmış və həmin borcun ən yaxın zamanda qaytarılmasına söz vermişdir. Məhkəməyə təqdim olunmuş “Watsapp” yazışmaları və digər sənədlər ilə təsdiq olunur ki, İddiaçı tərəfindən Cavabdeh təkidi ilə onun tərəfindən təqdim olunmuş elektron pul kisəsinə pulun köçürülməsi üçün birinci özünə məxsus səhmlərini satmış və cavabdeh bundan məlumatlı olmuşdur. Bunu təsdiq edən “X7”dan əldə olunmuş çıxarışı birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəməyə müraciət olunduğu tarixə isə səhmin birinin dəyəri 220,10 türk lirəsi olmuşdur (Google-da ərizənin yüklənildiyi tarixə real vaxt rejimində əldə olunmuş məlumat). Nəticədə, 2022-ci ildə satılan 26000 səhmin məhkəməyə müraciət olunduğu tarixə dəyəri ******* Türk Lirəsi və ya 204359,60 ABŞ dollar ı olmuşdur. Nəzərə alınsa ki, 19 sentyabr 2022-ci il tarixində müvafiq səhmlərin dəyəri 100000 ABŞ dolları təşkil edirdi (cavabdehin tələb etdiyi hesaba köçürülmüş məbləğ), hazırda əldən çıxmış fayda 104359,60 ABŞ dolları təşkil edir (204359,60 ABŞ dolları – 100000 ABŞ dolları = 104359,60 ABŞ dolları). Onu da vurğulamaq lazımdır ki, X5”nın səhmləri bütün iri xarici fond birjalarında real vaxt rejimində satın alınır və onların satılması üçün hər hansı hazırlıq mərhələsindən keçməyə ehtiyac yoxdur, belə onların satışı real vaxt rejimində sahibin istəyi ilə onlayn baş verə bilir. Beləliklə, 2022-ci ilin sentyabr ayında 26000 səhm satılmasa idi, onların məhkəməyə müraciət olunduğu tarixə dəyəri 100000 ABŞ dolları yox, 204359,60 ABŞ dolları olacaqdı. 179679,60 ABŞ dolları pul tələbi qarşısında 5100 ABŞ dolları xidmət haqqı ağlabatan məbləğ kimi qəbul edilməli, bütün ödəniş şərtlərini əhatə edən İddiaçı ilə bağlanılan xidmət müqaviləsi birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.
17. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
18. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnamə çıxararkən hesab etmişdir ki, mülki iş materiallarında olan, “Whatsapp” tətbiqi vasitəsilə iddiaçı ilə cavabdeh arasındakı mesajlaşmalarda cavabdeh tərəfindən zərərin əvəzinin ödəniləcəyinin bildirilməsi və iddiaçı tərəfindən təqdim edilmiş bank hesabı məlumatlarında göstərilən əməliyyatlar cavabdeh tərəfindən inkar edilməmiş, buna görə də məhkəmə iddiaçının cavabdehin hesabına 100000 ABŞ dolları göndərməsini işin mü bahisəsiz halı kimi qəbul etmişdir. Halbuki, qeyd edilən fakt cavabdeh tərəfindən mübahisələndirilmişdir. Belə ki, sözügedən 100000 ABŞ Dolları məbləğ cavabdehin deyil, təsis edilmiş şirkətin birjada olan kriptovalyuta hesabına göndərilmişdir. Həmin məbləğin şəxsən Cavabdeh hesabına göndərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yaxud məhkəmə sübutu yanlış qiymətləndirmişdir. Bundan başqa məhkəmə Mülki Məcəlləyə istinad edərək qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş ve rməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsi iş üzrə sübut olunmur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında kriptovalyuta əməliyyatları ilə əlaqədar hər biri 100000 ABŞ dolları ekvivalentində kriptovalyutanın investisiya edildiyini, lakin sonradan 200000 ABŞ dolları məbləğində səhmlərin birjada dəyərinin itirildiyini qəbul etsə də, cavabdehin “Whatsapp” tətbiqi vasitəsilə yazışmalarda öz işgüzar nüfuzu xatirinə iddiaçıya itiri lmiş 100000 ABŞ dollarını qaytaracağını bildirməyini və 59780 ABŞ dollarının könüllü qaytarmağını öhdəliyin əsası kimi qəbul edərək 100000 ABŞ Dollarından ödənilmiş 59780 ABŞ dolları məbləği çıxılmaqla qalan 40220 ABŞ dollarının ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Hazırki iş üzrə cavabdehin iddiaçının maddi zərərə məruz qalmasında hər hansı səbəbli nəticə əlaqəsi olmadığı kimi, cavabdehin də iddiaçı ilə eyni miqdarda, hətta 59780 ABŞ dollarının ödənildiyi nəzərə alındıqda daha artıq zərərə məruz qaldığı iş materialları ilə sübut olunur. Məhkəmə cavabdehin mülki hüquq pozuntusu törətdiyini, iddiaçıya birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hər hansı hərəkət etdiyini sübut edə bilməmişdir. Məhkəmə tərəflər arasında olan yazışmalar ilə cavabdehin iş etikasından irəli g ələn və öz işgüzar nüfuzunun qorunması naminə zərərin ödənilməsi ilə bağlı fikirlərini öhdəliyin yaranması əsası kimi qəbul etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2297/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fərrux Qasımov sədrlik edən və məruzəçi, Fuad Abdıyev və Xəyal Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(001)- 771/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 40.220 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 295,12 manat məbləğində pul vəsaitinin t utularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddialara baxılan zaman ilk növbədə hüquqa zidd əməlin – hərəkət və ya hərəkətsizliyin mövcud olub-olmaması araşdırılmalıdır. Hazırkı işin halları baxımından isə cavabdehin hər hansı hüquqa zidd əməli müəyyən edilməmişdir. Belə ki, tərəflərin kriptovalyuta əməliyyatları həyata keçirməklə gəlir əldə etmək məqsədli könüllü fəaliyyət həyata keçirmələri işin mübahisəsiz halı olmuşdur. Bu növdə əməliyyatlar üzrə gəlir əldə edilməsinin isə risk amilinə bağlı olduğu hamıya bəlli haldır. Risk isə təsərrüfat rəhbərinin gələcəkdə daha çоx mənfəət əldə etmək ehtimalı оlan qeyri standart idarəetm ə qərarlarının qəbul edilməsi iqtidarında оlmasını tələb edir. Risk nəticəsində gözlənilən qazancın əldə edilməməsi, təşəbbüskarın zərərə uğraması kifayət qədər mümkün bir haldır. Lakin, hazırkı iş üzrə iddiaçının cavabdehin hesabına əmlak əldə etməsi faktı mövcud deyildir.
21. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunan hissə ilə bağlı qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, bu da qətnamənin qismən – iddia təmin olunan hissədə ləğv edilməsi üçün əsas olmuşdur.
22. Birinci instansiya məhkəməsi hüquqi dəyərləndirmə apararkən qətnamədə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəti cəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsinin sübut olunmamasını qeyd etsə də, cavabdehin öz işgüzar nüfuzu xatirinə iddiaçıya uduzulmuş 100.000 ABŞ dollarını qaytaracağını bildirərək, 59.780 ABŞ dollarını könüllü qaytarmaqla qalan məbləği ödəmək üçün vaxt istəməsinə istinad edərək 40.220 ABŞ dolları məbləğində hissədə iddianın təmin olunması qənaətinə gəlmişdir. Lakin, həmin öhdəlik cavabdeh tərəfindən etiraf olunmamışdır və məhkəmə araşdırması zamanı cavabdeh iddianı qəbul etməmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında öhdəliyinin hansı əsasla yaranmasını müəyyən etməli idi.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında hər hansı bir ö hdəliyi, zərərin vurulması, əsassız varlanma halları və hər hansı bir vəzifənin yaranması üçün digər hal mövcud olmadığından iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsassızdır. Buna görə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə iddianın digər hissələrdə təmin olunmaması barədə dəlillərinə münasibətdə araşdırma aparmağa zərurət görməmişdir.
24. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçının şirkətin yaradılması üçün qoyduğu 30000 ABŞ dollarının qaytarılması hissə ilə bağlı isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflərin bu fəaliyyət üzrə qarşılıqlı öhdəliklərini özündə əks etdirən hər hansı razılaşma mövcud olmadığından, şirkətin yaradılması ilə bağlı hər hansı zərərə görə də birbaşa cava bdehin məsuliyyət daşıdığı müəyyən olunmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.1, 6.1.2, 6.1.5, 14.1, 14.2, 14.2.1, 14.2.6, 14.2.7, 16.1, 21.1, 21.2, 324.4, 386.1, 389.1, 390.1, 1091.1, 1091.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 26.İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 27.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 407.1, 408.1, 409.1, 409.4 maddələrinin tələbləri pozulmuşdur. Məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı 100.000 (yüz min) ABŞ Dollarını cavabdehə təqdim etməsi üçün özünə məxsus “X5”- nın xeyli sayda səhmlərini 19 sentyabr 2022-ci il tarixdə səhmin birinin qiyməti 73 Türk Lirası olmaqla ümumilikdə təqribi 1.900.000 (bir milyon doqquz yüz min) Türk Lirasına satmışdır. USDC (kripto dollar, 1 USDC – 1 ABŞ Dolları təşkil edir) almaq üçün iddiaçı cavabdehin göstərişlərinə uyğun şəkildə BiLira Teknoloji şirkətin xidmətlərindən yararlanmış və 1.900.000 Türk LirasınıBiLira Teknoloji şirkətinin hesabına köçürmüşdür. Daha sonra məhkəməyə təqdim olunmuş whatsapp yazışmadan görünür ki, Cavabdeh həmin USDC məbləğini özünün göstərdiyi müvafiq pul kisəsinə (pul kisəsinin elektron nömrəsi:0x927D763f30Ca7A78dBe6AD8D22681A784ec41d51) göndərilməsinə dair BiLira Teknoloj i şirkətinə göstəriş verir və BiLira Teknoloji şirkətinin əməliyyatçıları ümumilikdə 102.536,68 USDC-ni Turan Almammadovun göstərdiyi pul kisəsinə onun tapşırığına əsasən 21 sentyabr 2022-ci il tarixində göndərmişdirlər. Hesab edirik ki, iddiaçı cavabdehin ofertasında onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirməsi nəticəsində ofertaya cavab vermiş və onu aksept etmişdir. Həmin məbləğin İddiaçı tərəfindən köçürülməsi iş üzrə mübahisə edilməyən haldır. Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. BakıApellyasiya Məhkəməsi Mülki Məcəllənin 21.2-ci maddəsini düzgün tətbiq etməmiş, həmin Məcəllənin 443.4-cü maddəsini isə tətbiq etməmişdir. 2022-ci ildə satılan 26.000 (iyimi altı min) səhmin məhkəməyə müraciət olunduğu tarixə dəyəri 5.722.600 (beş milyon yeddi yüz iyirmi iki min altı yüz) Türk Lirəsi və ya 204.359,60 (iki yüz dörd min üç yüz əlli doqquz, altmış) ABŞ Dolları olmuşdur. Nəzərə alsaq ki, 19 sentyabr 2022-ci il tarixində müvafiq səhmlərin dəyəri 100.000,00 ABŞ Dolları təşkil edirdi (Cavabdehin tələb etdiyi hesaba köçürülmüş məbləğ), hazırda əldən çıxmış fayda 104.359,60 (yüz dörd min üç yüz əlli doqquz, altmış) ABŞ Dolları təşkil edir (204.359,60 ABŞ Dolları – 100.000,00 ABŞ Dolları = 104.359,60 ABŞ Dolları). Onu da vurğulamaq lazımdır ki, krüT“ Hava Yolları”-nın səhmləri bütün iri xarici fond birjalarında real vaxt rejimində satın-alınır və onların satılması üçün hər hansı hazırlıq mərhələsindən keçmək ehtiyac yoxdur, onların satışırea l vaxt rejimində sahibin istəyi ilə onlayn baş verə bilir. Beləliklə, 2022-ci ilin sentyabr ayında 26.000 səhm satılmasa idi onların məhkəməyə müraciət olunduğu tarixə dəyəri 100.000 ABŞ Dolları yox, 204.359,60 ABŞ Dolları olacaqdır. Məhkəmə 385.1, 386.1 maddələri düzgün tətbiq etməmiş, Mülki Məcəllənin 777.1, 777.2, 779.1, 779.2, 781,782.1 maddələrini isə ümumiyyətlə tətbiq etməmişdir. Tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış və həmin tapşırıq müqaviləsinin məzmununa uyğun olaraq, Cavabdeh İddiaçı və Tural Kərimlinin pullarını əldə edib OKX kriptobirjasında ticarət fəaliyyəti ilə məşğul olması üçün depozit hesabı açmalı idi. Belə bir depozit hesabı isə heç vaxt açılmamışdır, cavabdeh iddiaçının ona göndərdiyi pulun taleyi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Dəfələr lə biz məhkəmədə qarşı tərəfdən belə bir sübutların təqdim edilməsini xahiş etmişik, lakin bu heç bir nəticə verməmişdir. Ona görə ki, cavabdeh iddiaçının 100.000 ABŞ Dolları investisiyasını heç vaxt kripto birjaya mədaxil etməmiş, həmin pulu Cavabdeh qanunsuz olaraq mənimsəmişdir. Cavabdeh özü tərəfindən də 100.000 ABŞ Dolları investisiyanı qoyulmasını qeyd etsə də, buna dair da heç bir sübüt təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə sadəcə olaraq “kriptobirjada ödəniş tarixçəni bərpa etmək mümkün deyil, ona görə də təqdim edə bilmirik” izahatda bildirmişdir. Halbuki bu arqument heç bir tənqidə tab gətirmir, necə ola bilər ki, bir şəxs özünün 100.000 ABŞ dolları investisiyasını hər hansı yolla təsdiq edə bilməsin. Məsələ burasındadır ki, cavabdeh İddiaçı başqa heç kəs investisiy a etməmişdir. X6, nə də ki Cavabdeh özü danışıqlara uyğun şəkildə 100.000 ABŞ Dolları investisiya etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 29.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 30.Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 31.Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 32.Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması. 33.Maddə 14.2.7. Əsassız varlanma. 34.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 35.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 36.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdir ə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 37.Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 38.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 39.Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 40.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 41.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 42.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 45.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 47.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 48.Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan son ra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 49.Maddə 443.0.3. Cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işə baxmağa haqlıdır. Kassasiya baxışının hədləri 50.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 51.Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 52.MPM-nin 418.4-cü maddəsinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq həmin normada nəzərdə tutulmuş prosessual pozuntulara yol verilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan məhkəmə kollegiyası ilk növbədə işə baxmış məhkəmə tərəfindən həmin pozuntulara yol verilib-verilmədiyini yoxlayaraq bu pozuntulara yol verilmədiyini müəyyən edir. 53.İddiaçı Türkiyə Respublikasının vətəndaşı olduğu üçün mübahisə xarici elementli hesab edilir və məhkəmənin xarici elementli mübahisələr üzrə beynəlxalq səlahiyyəti MPM-nin 46-cı fəsli ilə tənzimlənir. Hazırkı halda Cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün əmlakı Azərbaycan Respublikasının ərazisində olduğundan MPMnin 443.0.3-cü maddəsinə əsasən məhkəmə işə baxmağa səlahiyyətli olmuşdur. 54.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, iddiaçının tək təsisçi olaraq Türkiyə Respublikasında təsis etdiyi “X2 ve Ticaret” A.Ş.şirkətinin nizamnamə kapitalına qoyduğu vəsaitin (35711,15 ABŞ dolları olduğu iddia olunan) cavabdehdən tutulmasına dair tələbi əsassız olduğu üçün həmin hissədə iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur. 55.İddia ərizəsində bu tələbin əsası kimi, şirkətin cavabdehin tə klifi ilə gəlir götürmək üçün təsis edildiyi, lakin həmin şirkətin fəaliyyətindən iddiaçının hər hansı gəlir əldə etmədiyi qeyd edilir. Məhkəmə Mülki Məcəllənin 14.2-ci maddəsinə istinad edərək düzgün olaraq qeyd etmişdir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün qanunda nəzərdə tutulan əsaslar olmalıdır. Hazırkı halda cavabdehin iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi şəxs yaratmaq təklifi mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin iddiaçı qarşısında hüquqi şəxsin təsis edilməsi üçün sərf etdiyi məbləğin ödənilməsinə dair öhdəlik götürdüyü və ya iddiaçı tərəfindən hüquqi şəxsin nizamnamə kapitalına qoyulmuş vəsait hesabına cavabdehin əsassız varlandığı müəyyən edilməmişdir. 56.Lakin məhk əmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşır ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə cavabdehdən 40220 ABŞ dolları məbləğində pul vəsaitinin, əldən çıxmış faydanın tutulması barədə iddia tələblərinin rədd edildiyi hissədə əsaslı hesab edilə bilməz. 57.Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında gəlir əldə etmək məqsədi ilə birgə fəaliyyət həyata keçirilməsi ilə bağlı razılaşma əldə edilmişdir. Razılaşmanın məhkəmə tərəfindən müəyyən edilmiş şərtlərinə əsasən kriptovalyuta əldə edilməsi üçün İddiaçı, Cavabdeh və Tural Kərimli adlı şəxs hər biri 100.000 ABŞ dolları məbləğində sərmayə qoyulmalı, əldə edilmiş kriptovalyuta ilə kriptobirjada alqı-satqı əməliyyatları həyata keçirilərək gəlir əldə edilməli idi. 58.İşin hallarından görü nür ki, tərəflər arasında münasibətlər pozulmuş və hər iki tərəf birgə fəaliyyət göstərməkdən imtina etmişdir. Belə olan halda iddiaçının birgə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qoyduğu sərmayənin cavabdehdən tutulması barədə iddia tələbinin qanuni əsasını MM-nin 1091-ci maddəsi təşkil edir. 59.İşdən görünür ki, iddiaçı onun tərəfindən 2023-cü ilin iyun ayında 1.900.000 Türk Lirəsi ekvivalentində kriptovalyutanın (USDC) “Bilira Teknoloji” şirkətindən əldə edilməsi və cavabdehin tapşırığına əsasən onun göstərdiyi elektron pul kisəsinə köçürməsi barədə sübutları (hesabdan çıxarışlar, watsapp proqramı ilə yazışmalar) məhkəməyə təqdim etmişdir. 60.Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, birjada kriptovalyutanın alqı-satqısı ilə bağlı əməliyyatlar ris kli olduğundan bu əməliyyatlar zamanı gəlir əldə edilməməsi, investisiya kimi qoyulmuş məbləğin itirilməsi mümkündür və bu sahibkarın riski kimi qiymətləndirilməlidir. Lakin məhkəmənin bu nəticəyə gəlməsi üçün ilk növbədə tərəflər arasında şifahi bağlanmış birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyin konkret olaraq nədən ibarət olduğu, bu öhdəliyin cavabdeh tərəfindən pozulub-pozulmadığı, öhdəlik pozulubsa bunda cavabdehin təqsiri olub-olmadığı, iddiaçıya məxsus pul vəsaitinin cavabdeh tərəfindən qanunsuz saxlanılıb-saxlanılmadığı araşdırılmalı, bu araşdırmanın nəticəsindən asılı olaraq iddiaçının kriptovalyuta alqı-satqısına qoyduğu sərmayənin qaytarılması, əldən çıxmış faydanın, hüquqi xidmət xərcinin tutulması tələblərinə yuxarıda qeyd ed ilən maddi hüquq hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verilməlidir. 61.Nəzərə alınmalıdır ki, mübahisə üzrə obyektiv və qanuni qərar qəbul edilməsi üçün məhkəmə tərəfindən sübutetmə yükünün düzgün müəyyənləşdirilməsi əhəmiyyətlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaya etirazın əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024cü il tarixli məhkəmə iclasında verdiyi izahatda kriptovalyutanın yerləşdirildiyi elektron pul kisəsinin cavabdehə deyil, “OKX” kriptobirjasında “X2 ve Ticaret” A.Ş.şirkətinə məxsus olduğunu, həmin pul kisəsinə iddiaçı ilə yanaşı, cavabdeh tərəfindən də 100.000 ABŞ dolları ekvivalentində kriptovalyuta yerləşdirildiyi, hazırda hesab bağlı olduğundan məhkəməyə əməliyyatlar bar ədə çıxarış təqdim edilməsinin mümkün olmadığını, kriptovalyutalar türk lirəsı qarşılığında satıldıqdan sonra ABŞ dolları bahalaşdığından hesabda məbləğin azaldığını, şirkətin müştərilərinə münasibətdə öhdəliklərini icra edə bilmədiyini, daha sonra hesabda məbləğin sıfırlandığını göstərsə də, bu hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. 62.Apellyasiya instansiya məhkəməsi qətnamədə cavabdehin iddiaçının hesabına əmlak əldə etməsi faktının mövcud olmamasını işin mübahisə edilməyən halı kimi qeyd etsə də, işdən görünür ki, mübahisə məhz bu halla bağlıdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin təqdim etdiyi elektron pul kisəsinə yerləşdirilmiş kriptovalyutanın alqı-satqı əməliyyatlarına iddiaçının nəzarət etmək və əməliyyatları izləmək imkanı olmadığından bu əməliyyat ların razılaşdırılmış qaydada həyata keçirildiyini, razılaşmaya riayət edərək kriptovalyuta birjasına özünün də sərmayə qoyduğunu, birjadan hər hansı gəlir əldə etmədiyini və bununla da iddiaçının hesabına əsassız varlanmadığını sübut etmək vəzifəsi (sübutetmə yükü) cavabdehin üzərinə düşdüyü halda iş materiallarında bu halları təsdiq edən sübutlar mövcud deyil. 63.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qətnamə bu tələblərlə bağlı hissədə qismən ləğv edilərək istinad edilən normaların tələbləri nəzərə alınmaqla yenidən araşdırma aparılması üçün apellyasiya baxışına qaytarılmalıdır.
64. MPM-nin 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Kollegiya hesab edir ki, kriptovalyutanın birjada alqı-satqısı üzrə əməliyyatların araşdırılması xüsusi bilik tələb edən məsələ olduğundan cavabdehin etirazında bildirdiyi məlumatların araşdırılması, iddiaçının vəsaiti hesabına əldə edilmiş kriptovalyutanın köçürüldüyü elektron pul kisəsinin kimə məxsus olduğu, həmin pul kisəsindəki əməliyyatlardan gəlir əldə edilib-edilmədiyi, hesabdakı valyutanın hansı hesablara köçürüldüyü, o cümlədən mübahisənin qanuni və obyektiv həll edilməsi üçün məhkəmənin zəruri hesab etdiyi digər sualların araşdırılması məqsədi ilə bu sahədə zəruri biliyə malik mütəxəssis cəlb edilməli, zərurət olarsa ekspertiza təyin edilməlidir. 65.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə qismən -Cavabdeh 40220 ABŞ dolları məbləğində pul vəsaitinin,104359,60 ABŞ dolları əldən çıxmış faydanın, o cümlədən hüquqi xidmət xərcinin tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək yeni baxışa qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 66.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2024-cü il tarixli 2(103)-2297/2024 nömrəli qətnaməsi Cavabdeh 40220 ABŞ dolları məbləğində pul vəsaitinin,104359,60 ABŞ dolları əldən çıxmış faydanın, 5100 manat hüquqşünas xərcinin ödənilməsinə dair tələblərin rədd edildiyi hissədə ləğv edi lsin. Həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.