Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1790/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov Cavabdeh kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov, iş № 2(001)-12342/2017) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası təmin edilərək cavabdehdən 2734,45 manat əsas, 988,91 manat faiz borcu olmaqla cəmi 3723,36 manat məbləğin və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.F.Hacıyev, A.B.Nuriyeva və F.Ş.Talışinski, iş № 2(103)3520/2018 ) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsinə dair kassasiya şikayəti vermiş və eyni zamanda kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul edilməməli və ötürülmüş prosessual müddətin bərpa olunmasına dair vəsatətə baxılması üçün iş Apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasına dair cavabdeh tərəfindən verilmiş vəsatətə münasibət bildirilməmiş və iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində həmin qətnamədən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Göstərilən Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul olunmadan Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 405.0.1, 408.1.4, və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ M: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətə baxı
Məhkəmə qərarları › İş №2(102)-1790/2019
Ali Məhkəmə Qərardad — İş №2(102)-1790/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver