Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1790/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin tətbiqinə görə kredit borcunun tutulması tələbinin rədd edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları 1. 02.04.2015-ci il tarixli, 6-Z1-2-1-361-15 saylı kredit razılaşmasına əsasən, “xxxx” ASC tərəfindən X 12 ay müddətinə, illik 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4.800 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır.
3. Buna baxmayaraq X borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir.
4. Bank 24.12.2019-cu ildə hazırkı iddia ərizəsi iləX Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind ə icraat
5. İddiаçı “xxxx” ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “xxxx” ASC-nin xeyrinə 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3777,74 ABŞ dolları əsas borc, 0,09 ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə 02.05.2015-ci il tarixdən 02.04.2017-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 592 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 4991,35 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-3) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalıdır.
7. Cavabdeh1 birinci instansiya məhkəməsinin icraatı zamanı iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermiş, məhkəmə iclasında 01.05.2017-ci il və 18.01.2018-ci il tarixli ödəniş qəbzlərində imzanın ona məxsus olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. 8. 22.04.2020-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinə əsasən, Cavabdeh1 adından olan 1***-*******68 nömrəli 01 may 2017-ci il tarixli nağd pulun mədaxili üçün elanda “Təhvil verdim/Handover” qrafasındakı imza tədqiqi hissənin 1-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildiririk ki, həmin imzanın Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən i cra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir....
9. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 16 iyun 2020-ci il tarixli, 2(094)-50/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmşdir.
10. Məhkəmə Mülki Məcəllənin 373.2-ci və 375.2-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, məhkəməyə təqdim edilən 1 may 2017-ci il tarixli qəbzdə Cavabdeh1 adından «İddiaçıbank» İKB-nin hesabına 100 ABŞ dolları məbləğində kredit ödənişi edildiyi qeyd edilsə də, ekspert tərəfindən qəbzdə olan imzanın Cavabdeh1 məxsus olması müəyyən olunmamışdır. Bundan başqa 18.01.2018-ci ildə bankın hesabına 60 manat ödəniş edildiyi göstərilsə də, iddiaçı həmin ödənişin məhz cavabdeh tərəfindən ödənildiyini sübut edə bilməmiş və bununla bağlı hər hansı dəlil təqdim etməmiş dir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 23 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 13. “xxxx” ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İş materiallarında görünür ki, 01 may 2017-ci il tarixdə Cavabdeh1 «xxxx» İKB ASC-yə 100 ABŞ dolları məbləğində kredit ödən işi, 18.01.2018-ci ildə isə 60 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1) Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). Göründüyü kimi məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlu mat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
18. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.
22. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
24. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəz ərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
25. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
26. Maddə Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Haz ırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
35. «xxxx» ASC və borcalan X1 arasında bağlanmış 26.08.2011-ci il tarixli, 167 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədi ilə 10 ay müddətinə illik 28 faiz olmaqla, 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
36. Lə ğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Xn 05.02.2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 08 yanvar 2018-ci il tarixinə kredit öhdəliyi üzrə əsas borc 2830 manat, faiz borcu 842,99 manat, Konstitutsiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu 1375,95 manat, 4928,84 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9977,78 manat borcu vardır.
37. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının borclu Qabil Gülməmmədzadə tərəfindən gecikdirilməsi işin mübahisələndirilməyən halıdır.
38. Cavabdeh Qabil Gülməmmədzadə birinci instansiya məhkəməsinin baxışında iddia müddətinin tətbiqinə dair ərizə vermiş və iddianın rədd olunmasını xahiş etmişdir.
39. Birinci instansiya məhkəməsinə təqdim edilən 1 may 2017-ci il tarixli qəbzdə Cavabdeh1 adından «İddiaçıbank» İKB-nin hesabına 100 ABŞ dolları məbləğində kredit ödənişi edildiyi qeyd edilsə də, ekspert tərəfindən qəbzdə olan imzanın Cavabdeh1 məxsus olması müəyyən olunmamışdır. Bundan başqa, 18.01.2018-ci ildə bankın hesabına 60 manat ödəniş edildiyi göstərilsə də, iddiaçı həmin ödənişin məhz cavabdeh tərəfindən ödənildiyini sübut edə bilməmiş və bununla bağlı hər hansı dəlil təqdim etməmişdir.
40. Qanunvericiliyə əsasən kreditor olaraq iddiaçının borclu kimi cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin bu hüquq müəyyən zaman çərçivəsində gerçəkləşdirilməldir (§ 17-19).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərar ında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onl arı öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
42. Konstitusiya Məhkəməsi həmin qərarında müəyyən etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi iddia müddətinin məqsədi ilə bağlı Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
44. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiy i nəticə ilə razılaşaraq bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır.
45. Tərəflər arasında 6-Z1-2-1-361-15 saylı kredit müqaviləsi 02.04.2015-ci il tarixdə bir il müddətinə bağlanmış, həmin müqavilənin icra müddəti 02.04.2016-cı il tarixdə bitmişdir. Beləliklə, müqavilə üzrə üç illik iddia müddəti 02.04.2019-cu il tarixdə başa çatmış, iddiaçı isə hər iki cavabdehə qarşı hazırkı iddia ərizə si ilə məhkəməyə 24.12.2019-cu il tarixdə iddia müddətini ötürməklə müraciət etmişdir.
46. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 20).
47. Tərəflər arasında müqavilə münasibətləri olduğu üçün bankın tələbinə üç illik iddia müddətinin şamil edilməsi nəzərə alındıqda, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 ərizəsi əsasında cavabdehlərə qarşı iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur.
48. İddiaçı cavabdeh tərəfindən 2017 və 2018-ci illərdə qismi ödəniş olunmasına istinad etmişdir. Bu halların sübuta yet rilməsi yükünün bankın üzərinə düşməsinə baxmayaraq, iddiaçı həmin ödəmələrin cavabdeh tərəfindən edilməsi nəticəsinə gəlinməsi üçün mötəbər və kifayətedici dəlilləri təqdim edə bilməmişdir. Belə ki, 2018-ci ildə iddia olunan ödəmənin məhz cavabdeh tərəfindən aparılmasına dair yazılı sübut mövcud deyil, 2017-ci ildə istinad olunan ödəniş qəbzindəki imzanın da cavabdehə məxsusluğunu ekspertiza ilə müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırılmasına dair iddiaçının dəlillərinin əsaslı olmaması barədə məhkəmələrin gəldikləri qənaət maddi və prosessual hüquq normalarına uyğundur.
49. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikay əti təmin olunmamalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.