Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1792/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc məbləğinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin formasının və məzmununun mülki prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2(107)195/2025 nömrəli qərardadından cavabdehlərin vəkili tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(063)-2/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 oktyabr 2012-ci il tarixli, 26L000000758 saylı kredit xətti müqaviləsinə, 30 oktyabr 2012-ci il tarixli, 26R000001679 saylı və 24 fevral 2014-cü il tarixli, 26R000004685 saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada 26R000001679 nömrəli kredit razı laşması üzrə əsas borca görə 65.237,31 ABŞ dolları, faiz borcuna görə 12.343,60 ABŞ dolları, cəriməyə (dəbbə puluna) görə 5000 ABŞ dolları, cəmi 82.580,91 ABŞ dolları, 26R000004685 nömrəli kredit razılaşması üzrə əsas borca görə 160.917,54 ABŞ dolları, cəriməyə (dəbbə puluna) görə 10000 ABŞ dolları, cəmi 170.917,54 ABŞ dolları, ümumilikdə hər iki razılaşma üzrə 253.498,45 ABŞ dolları məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manatın və xidmət haqqına görə 21 manatın, ümumilikdə 61 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Ucar şəhəri, 20 Yanvar küçəsində Cava bdeh1 mülkiyyətində olan 0,185 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli 1713,3 kv.metr ümumi sahədən ibarət 54 nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 771.000 manat müəyyən edilməklə qeyri-yaşayış binasının və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması, satıldıqdan 1 ay ərzində qeyriyaşayış binası və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin boşaldılması, satışdan əldə edilən məbləğ İddiaçı QSC-nin tələbindən artıq olarsa, artıq məbləğ Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinin tutulması qət edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(107)195/202 5 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(063)-2/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Həmçinin, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(107)-195/2025 nömrəli qərardadı ilə Ucar Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(063)-2/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti mübahisə tərəfi olmayan, üçüncü şəxs qismində cəlb edilməyən X2 münasibətdə аpellyаsiyа qeyri-mümkün hesab edilmişdir.
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlərin vəkili Nümayəndə2 kassasiya şikayəti vermiş və Şəki Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2(107)-195/2025 nömrəli qərardadı ilə “Kassasiya şikayəti verən şəxsin vəkili” qismində Nümayəndə2 tərəfindən imzalanaraq təqdim edilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır.
5. Həmin qərardaddan vəkil Nümayəndə2 kassasiya şikayəti vermiş və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.2.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qa ytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siya hısı. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, 408.1.5-ci maddəsinə əsasən isə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.
8. Belə ki, kassasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsində müəyyən olunmuşdur ki, hazırkı şikayət bu Formaya uyğun tərtib olunmamışdır.
9. O cümlədən, kassasiya şikayəti vəkil Nümayəndə2 adın dan tərtib olunmuşdur ki, onun hazırkı halda cavabdehlərdən hansını təmsil etməsi müəyyən deyil.
10. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsinin 1-ci bölməsində “Kassasiya şikayəti verən şəxs” barədə, 2-ci bölməsində “Kassasiya şikayəti verən şəxsin vəkili” barədə, 3-cü bölməsində isə “Kassasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi” barədə məlumatların ayrı-ayrılıqda göstərilməsi tələb olunur ki, hazırkı kassasiya şikayətində azı 1-ci bölmədəki məlumatlar öz əksini tapmamışdır.
11. Bu zaman qeyd olunmalıdır ki, kassasiya şikayətinə əlavə olunmuş 03 aprel 2025-ci il tarixli vəkil orderində vəkil Nümayəndə2 tərəfindən hüquqi yardım göstərilən şəxslər qismində Cavabdeh2, Cavabdeh1, Muxtarov Kənan və Cavabdeh3 göstərilmişlər ki, həmin şəxslərdən X1 apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və qərardad maraqlı şəxslərlə mübahisələndirilməmişdir. Belə olan halda, hazırkı kassasiya şikayətinin vəkil Nümayəndə2 tərəfindən hansı şəxslərin adından tərtib edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən ki, şikayətinə apellyasiya qaydasında baxılmamış şəxsin bilavasitə kassasiya şikayəti verməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
12. Həmçinin, kassasiya şikayətinin məzmunu nəzərdən keçirilərkən müəyyən olunur ki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələbləri də pozulmuşdur.
13. Belə ki, şikayətdə Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsindəki 5, 6 və (və ya) 7-ci bədlərində göstərilən maddi, prosessual hüquq normaların pozulması və ya düzgün tətbiq edilməməsinə, habelə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər konkret göstərilməmiş, yalnız iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş 09 aprel 2025-ci il tarixli qərardadın əsaslandırılmasının bir hissəsinin köçürülməsi ilə kifayətlənmişdir.
14. Beləliklə, kassasiya şikayəti tərtib edilərkən Azərbaycan Respublikası MPM-in 407.1, 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur.
15. Qeyd olunanlara əsasən, kassasiya şikayəti mülki prosessual qanunvericiliyi ilə müəyyən olunan formada tərtib olunmadığı, maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya in stansiyası məhkəməsinə göndərilməlidir.
16. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2(107)195/2025 nömrəli qərardadından cavabdehlərin vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.