Məhkəmə qərarları › İş №2(102)-1793/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1793/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1793/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin kirayəçisinin mənzildən təyinatı üzrə adi istifadəsindən irəli gələn məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və məhkəmə xərclərinin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-816/24 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil 18.2.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı ilə Türkiyə Respublikasının vətəndaşı Cavabdeh arasında həmin mənzilin sonuncuya ayda 350 manat müqabilində kirayəyə verilməsinə dair şifahi razılaşma olmuş, Cavabdeh 2020-ci ilin ortalarında ailəsi ilə birlikdə sözügedən mənzildə yaşamağa başlamışdır. 3. 19.5.2022-ci il tarixdə, saat 17:00 radələrində sözügedən mənzildə yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində mənzilə və mənzildə olan əşyalara ziyan dəymişdir.

4. X11 Xidmətinin 2-ci Ərazi X11 İdarəsinin əməkdaşları tərəfindən ilkin olaraq 25.5.2022-ci il tarixdə tərtib olunmuş aktd a göstərilmişdir ki, 19.5.2022-ci il tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus 6 nömrəli mənzildə yanğına səbəb mənzilin elektrik təsərrüfatında baş vermiş qısaqapanma olmuşdur.

5. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3.10.2022-ci il tarixli 10/3989 saylı rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 6 nömrəli mənzildə baş vermiş yanğının mənbəyi, mənzilin mətbəx otağının tavan hissəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək mənzilin digər hissələrinə yayılmışdır. Yanğın mənbə zonasındakı gərginlik altında olan elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş vermişdir. “Yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N02-2002) 1.2-ci bəndinə əsasən mənzilin elektrik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların keçir ilməsi, eləcə də elektrik qurğuları qısaqapanmalardan və yanğın törədə bilən digər qeyri-normal vəziyyətlərdən müdafiə olunması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”-nın (YTQ N02-2002) 2.3.3.1, 2.3.3.2. 2.3.5 bəndlərinin tələbləri mənzilin sahibi tərəfindən pozulmuşdur.

6. Yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tətəfinfən təhqiqat aparılmış və təhqiqatçının 4 noyabr 2022-ci il tarixli qərarı ilə yanğın hadisəsi ilə əlaqədar İddiaçı əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.

7. Təhqiqatçının qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərk əzinin verdiyi 3.10.2022-ci il tarixli, 10/3991 saylı rəyi ilə müəyyən edilmişdir ki, yanğın nəticəsində mənzil üzrə dəymiş maddi zərər 5040 manat təşkil edir.

8. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6480 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş məlumata əsasən əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji malların qiymətinə müvafiq olaraq 9 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzəri hesablama yolu ilə zədələnməmişdən əvvəl normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1900 manat müəyyən edilir.

9. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh Hasan oğlu göstərmişdir ki, 2020-ci ilin may ayında ailəsi ilə birlikdə müvəqq əti yaşamaq üçün Bakı şəhərində mənzil axtarmış və təzə tanış olduğu adını unutduğu şəxs ona bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən 6 saylı, 1 otaqlı mənzili qardaşı İddiaçı 350 manata icarəyə verir. Mənzil iş yerinə yaxın olduğu üçün həmin şəxslə onun qardaşına məxsus mənzilə gedərək baxış keçirmiş, şifahi olaraq, yazılı müqavilə bağlamadan razılığa gəlməklə və kirayə pulunu ona təqdim edib, mənzilin açarlarını təhvil almışdır. Bir neçə gün sonra ailə üzvlərini də həmin mənzilə gətirərək orada yaşamağa başlamışlar. 20 gündən sonra ailə üzvlərini Türkiyə Respublikasına müvəqqəti yaşamaq üçün göndərmişdir. 2020-ci ilin sentyabr ayında bacanağı, Qax rayon sakini X2 ondan kollecdə təhsil alan oğlu Vüsal Mustafayev onunla qalmasını xahiş etmiş və o, etiraz etməyərək razılıq vermişdir. 2 022-ci ilin mart ayında ailə üzvlərinin gəlməsi ilə əlaqədar ünvan 5 ünvanda yerləşən 68 saylı mənzil 2 otaq olduğu üçün həmin mənzilə köçmüşdür. Lakin digər mənzilə köçməsi ilə əlaqədar nə İddiaçı, nə də qardaşına məlumat verməmişdir. İlhama məxsus mənzildən köçdükdən sonra bacanağının tanışlarının tələbə olan uşaqları həmin evə köçərək Vüsalla birlikdə yaşamağa başlamışlar. Mənzildə 3 nəfər tələbə uşaq qaldığından valideynləri kirayə pulunu (350 manat) ona, o isə əlbəəl İlhama vermişdir. 19.5.2022-ci il tarixdə, saat 18 radələrində iş yerində olan zaman İlhama məxsus, tələbələrin yaşadığı mənzildə yanğın baş verdiyini öyrənərək dərhal hadisə yerinə getmiş, mənzildə yanğın baş verdiyini və yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. Hadisə zamanı mənzildə heç kim olmadığından x əsarət alan olmamış, mənzilin mətbəxi tamamilə, hamam, dəhliz və otağın tavan hissəsi isə qismən yanğının təsirinə məruz qalmışdır. Mənzildə İlhama məxsus məişət əşayaları, uşaqlara məxsus isə pal-paltar yanğının və suyun təsirinə məruz qalmışdır. Yanğın zamanı özünə heç bir maddi ziyan dəyməmiş, heç kimə qarşı şikayəti, tələbi və ya iddiası yoxdur.

10. Həmin araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 13.8.2020-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı Cavabdeh ilə aralarında şifahi razılaşaraq mənzili ona icarəyə vermiş və Mehmet orada arvadı ilə yaşamışdır. 2021-ci ilin noyabr ayında Mehmet qardaşı X4 mobil telefonuna zəng vurub mənzilin onlara əl vermədiyini bildirərək, yeni mənzilə köçəcəyini bildirmişdir. Bir müddət sonra Mehmetin mobil telefonu ilə əlaqə yaradaraq m ənzildən çıxıb-çıxmamasını dəqiqləşdirdikdə, Mehmet artıq bu fikirdən daşındığını bildirmişdir. 19.5.2022-ci il tarixdə, saat 18 radələrində ərazi üzrə MİS-in rəisi mobil telefonuna zəng vuraraq ona məxsus mənzildə yanğın baş verdiyini bildirmişdir. Dərhal Mehmetin mobil telefonuna zəng vuraraq hadisə ilə bağlı maraqlandıqda, mənzildə baş vermiş yanğın hadisəsini təstiqləmiş və mənzili 2021-ci ilin noyabr ayından tərk edərək digər yerdə yaşadığını və həmin mənzili öz tələbə olan qohumlarına icarə verdiyini bildirmişdir. Onun bu hərəkətinə iradını bildirərək hadisə yerinə getmiş, çatanda mənzildə yanğın baş verdiyini və yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. Hadisə zamanı xəsarət alan olmamış, mənzilin mətbəxi tamamilə, hamam, dəhliz və otağın tavan hissəsi isə qismən yanğın ın təsirinə məruz qalmışdır. Mənzildə özünə məxsus məişət əşayaları da yanğının və suyun təsirinə məruz qalaraq, ümumilikdə 15 000 manat maddi ziyan dəymişdir. Baş vermiş yanğın və dəymiş maddi ziyanla bağlı mənzilini şifahi razılaşma əsasında icarəyə verdiyi Mehmetdən şikayətçidir və dəymiş ziyanın onun tərəfindən ödənilməsini tələb edir. Mənzil sığorta olunmamışdır.

11. Yanğın hadisəsinin araşdırılması zamanı izahatı alınmış X10 göstərmişdir ki, 2021-ci ildə oğlu Rəvan Qarayev ona bildirmişdir ki, rayon sakini Vüsal Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 2, mənzil 6-da xalasının əri Türkiyə vətəndaşı Mehmet adlı şəxslə qalır, həmin şəxs digər mənzilə köçəcəkdir deyə onun və qardaşının orada 215 manata qalmalarını təklif etmişdir. Oğluna gedib həmin bir otaqlı mənzilə baxış keçir məsini, yararlı olacağı təqdirdə həmin pulu verməyinə razı olacağını bildirmişdir. Oğlu Rəvan qardaşı Akiflə mənzilə baxış keçirərək yaşayışa yararlı olduğunu bildirmişlər. Vüsal vatsap vasitəsi ilə Mehmetin adına olan bank kartının şəklini göndərmiş, həmin kartın hesabına əvəllcədən olaraq hər ay 215 manat vəsait köçürmüşdür. Bir neçə aydan sonra Vüsal təhsilim xaricdə davam etdirmək üçün mənzildən çıxmışdır. 19.5.2022-ci il tarixdə rayonda olan zaman oğlu Akif mobil telefonuna zəng vuraraq kirayədə qaldıqları mənzildə yanğın baş verdiyini bildirmişdir. Dərhal rayondan çıxaraq Bakı şəhərinə, hadisə yerinə gəlmiş, Mehmetdən kirayəyə götürdüyü mənzildə yanğın baş verdiyini və yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. Hadisə zamanı xəsarət alan olmamış, mənzildə baş vermiş yanğı na səbəb soyuducunun mühərrik hissəsində əmələ gəlmiş nasazlıq olmuşdur Hadisə zamanı oğlanlarına təxminən 400 manat məbləğində maddi ziyan dəymişdir, baş vermiş hadisə və dəymiş ziyanla bağlı şikayət və tələbləri yoxdur.

12. Hadisə ilə bağlı izahatı alınmış X9 göstərmişdir ki, 2021-ci ilin avqust ayında uşaqlıq dostu, rayon sakini X5 ona bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 2, mənzil 6-da xalasının əri Türkiyə vətəndaşı Mehmet adlı şəxslə qalır, həmin şəxs digər mənzilə köçəcəyindən qardaşı Akiflə birlikdə 215 manata qalmalarını təklif etmişdir. Sentyabr ayının 18-i gedib həmin bir otaqlı mənzilə baxış keçirmiş və atasına mənzildə yaşamağın yararlı olduğunu bildirmişdir. Vüsal atası ilə maliyyə məsələlərini özü həll etdiyindən onların bu barədə heç bir məluma tları olmamışdır. Bir neçə aydan sonra Vüsal təhsilini xaricdə davam etdirmək üçün mənzildən çıxmış və orada özləri qalmış, atası isə kirayə pulunu Mehmetə ödəməyə başlamışdır. 2022-ci ilin aprel ayında dostu Yusifli İbrahim ona müraciət etmişdir ki, mənzildə şərait varsa onlarla qalsın. Ona razılığını bildirmiş və o həmin mənzildə yaşamağa başlamışdır. 19.5.2022-ci il tarixdə, saat 14 radələrində qardaşı Akif dərsə getmək üçün mənzili tərk etmiş, bir müddətdən sonra isə gəzmək üçün evi özü də tərk etmiş, mənzildə isə İbarahim qalmışdır. Saat 17 radələrində İbrahim onun idmanla məşğul olduğu yerə gələn zaman Mehmet mobil telefonuna zəng vuraraq yaşadıqları mənzildə yanğın baş verdiyini bildirmişdir. Dərhal İbrahimlə birlikdə hadisə yerinə gedərək mənzilin mətbəx otağında yanğın baş verdiyi ni və yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüşlər. Hadisə zamanı xəsarət alan olmamış, mənzildə baş vermiş yanğına səbəb soyuducunun mühərrik hissəsində əmələ gəlmiş nasazlıq olmuşdur. Hadisə zamanı qardaşı ilə ona təxminən 400 manat maddi ziyan dəymişdir, baş vermiş hadisə və dəymiş ziyanla bağlı şikayət və tələbləri yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15000 manat məbləğində maddi ziyanın və tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 13.8.2020-ci il tarixindən etibarən əldə etdikləri şifahi razılaşmaya əsasən mənzilini cavabdehə 350 manata kirayəyə vermiş, 2021-ci ilin noyabr ayında cavabdeh mənzildən çıxmaq istədiyini bildirsə də, daha sonra onunla əlaqə saxladığı zaman fikrini dəyişdirdiyini və kirayədə qalmağa davam edəcəyini demişdir. 19.5.2022-ci il tarixdə 17:00 radələrində mənzildə yanğın baş vermiş, bu barədə ona MKİS-in rəisi məlumat vermişdir. Bundan sonra cavabdehə zəng etdiyində isə, cavabdeh 2021-ci ilin noyabr ayında evi tərk etdiyini və tələbələrə kirayə verdiyini bildirmişdir. Yanğın nəticəsində mənzilin mətbəx otağı içərisindəki əşyalarla birlikdə yanğının təsirinə, mənzilin digər otaqları isə qismən tüstünün təsirinə məruz qalmışdır. Baş vermiş yanğın nəticəsində ona ümumilikdə 15000 ma nat zərər dəymişdir. Təhqiqatçının 4 noyabr 2022-ci il tarixli qərarında da göstərilmişdir ki, cavabdeh şifahi əqd əsasında aralarında olan razılaşmanı pozaraq mənzili onun icazəsi və xəbəri olmadan X7, X6, X3 215 (iki yüz on beş) manata kirayəyə vermişdir. Şəxsin iradəsi olduğundan əqd bağlanılmış hesab edilir və buna görə də evi üçüncü şəxslərə kirayə verərərkən onun razılığı alınmalı idi. Lakin cavabdeh özü də etiraf etmişdir ki, bu barədə kirayə verənin məlumatı olmamışdır. Bağlanmış şifahi əqdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əmlak kirayə müqaviləsinin bəndləri tətbiq olunduğu zaman cavabdeh ona dəymiş zərəri ödəməlidir.

15. Birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, o, evdə olmadığı zaman soyuducuda qısaqapanma baş vermiş, bunun nəticəsində yanğın olmuşdur. İddiaçının heç bir təqsiri yoxdur. Mənzili İlhamın qardaşı Zaurdan almış, ayda 350 manat kirayə pulu ödəmiş, mənzili başqalarına kirayəyə verməmişdir. Mənzili Bakıya oxumağa gələn qohumlarına müvəqqəti qalmaq üçün vermiş, qohumları pulu ona ödəmiş, o da İlhama vermişdir. Mənzil ona təhvil veriləndə mənzildə köhnə mətbəx mebeli, soyuducu və balaca bir televizor olmuşdur. İddiaçıya təklif etmişdir ki, danışsınlar, aralarında razılığa gəlsinlər. Mənzili kirayə pulu az olduğu üçün tutmuşdu, mənzilin işığı, elektriki, evin vəziyyətinin necə olması barədə yoxlanışları ev sahibi etməlidir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli rəyinə əsasən, yanğın nəticəsində ünvan 6 ünvanında yerləşən 6 saylı mənzilə tikinti üzrə dəymiş m addi ziyan 8944 manat təşkil edir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5.10.2023-cü il tarixli e-2(006)1609/2023 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona məxsus mənzilə ziyanın birbaşa cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasını sübuta yetirə bilməmiş, iddiaçıya konkret olaraq cavabdeh tərəfindən ziyan vurulması halı müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı mənzili cavabdehə kirayəyə verdiyini iddia etsə də, bununla bağlı kirayə müqaviləsini məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh ünvan 7 ünvanında yerləşən 6 saylı mənzildə bir müddət yaşamış, daha sonra başqa mənzilə köçmüş, mübahisəli mənzili digər ş əxslərə kirayəyə vermiş, yanğın baş verən zaman mənzildə heç kim olmamışdır.

20. Göründüyü kimi, iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi ziyan vurulduğunu iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə baxışı zamanı bu, öz təsdiqi tapmadı.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 106.1 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasın ı xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara düzgün qiymət verməmiş, mənzili kirayəyə götürmüş olması barədə cavabdehin özünün etirafını nəzərə almamış, cavabdehin mənzili digər şəxslərə kirayəyə verdiyinin sübuta yetirildiyinə əhəmiyyət verməmiş, işin müəyyən olunmuş hallarını təhrif etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-816/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə ye ni qətnamə qəbul edilərək, iddia təmin edilməmiş, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 manat pulun İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarından və həm iddiaçının, həm də cavabdehin bilavasitə özlərinin bildirdiklərindən görünür ki, cavabdeh, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzili iddiaçıdan kirayəyə götürmüş, bir müddət orada yaşadıqdan sonra mənzili öz qohumlarının istifadəsinə vermiş və həmin şəxslərdən aldığı kirayə məbləğini iddiaçıya özü ödəməyə davam etmiş, yanğın hadisəsi sözüg edən şəxslərin orada yaşadıqları dövrdə elektrik qısaqapanmasından (yüksək təhlükə mənbəyinin təsirindən) baş vermişdir.

26. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imk an verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.

27. Qanunvericilikdə delikt məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delikt məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir.

28. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi ş əxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.

29. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət.

30. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, sax lama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülki-hüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir.

31. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektdən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlü kə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

32. Kollegiya qeyd etmişdir ki, cavabdeh mənzili kirayəyə götürdüyünü və sonradan onu başqa şəxslərin istifadəsinə verdiyini etiraf etdiyindən, iddiaçı müvafiq halları sübut etməkdən azad olunmuş sayılır.

33. Mənzilin cavabdeh tərəfindən istifadəyə verilmiş üçüncü şəxslərin istifadəsində olduğu dövrdə elektrik qısaqapanması nəticəsində mənzildə yanğın baş verdiyi və mənzilə ziyan dəydiyi də işin müəyyən olunan hallarıdır.

34. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N02-2002) 1.2 bəndinə əsasən mənzilin elektrik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların keçirilməsi, eləc ə də elektrik qurğularının qısaqapanmalardan və yanğın törədə bilən digər qeyri-normal vəziyyətlərdən müdafiə olunması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”-nın (YTQ N02-2002) 2.3.3.1, 2.3.3.2. 2.3.5 bəndlərinin tələbləri mənzilin sahibi tərəfindən pozulmuşdur.

35. İşin müəyyən olunan halları o qənaətə gəlməyə əsas verir ki, yanğın baş verdiyi zaman yüksək təhlükə mənbəyinin (elektrik qurğularının, elektrik xəttlərinin və s.) olduğu mənzil, sahibliyin maddi əlaməti baxımından cavabdehin sahibliyində olmamış və buna görə də onu həmin hadisədən məsuliyyət daşıyan şəxs kimi qiymətləndirmək mümkün deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri

36. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və və zifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkil də, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

43. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

44. Maddə 677.3. Kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əməl ə gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur.

45. Maddə 683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin.

46. Maddə 683.2. Əgər kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış otağı kirayəçis inin həmin otağın bir hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə verməyə əsaslı marağı vardırsa, bunun üçün kirayəyə verəndən icazə almaq hüququna malikdir, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin, yaşayış otağı həddindən artıq yüklənməsin və ya kirayəyə verənin bu cür ikinci əldən kirayəyə adətən yol verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu cür ikinci əldən kirayəyə yalnız kirayə haqqının ağlabatan dərəcədə artırılması şərti ilə yol verirsə, icazə verməsini kirayəçinin belə artımla razılaşması ilə şərtləndirə bilər. Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur.

47. Maddə 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq vers ə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır.

48. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.

49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə ) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla ərizəçinin tələbi təmin edil məməlidir.

63. Belə ki, işin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunan hallarına görə, cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzili iddiaçıdan kirayəyə götürmüş, bir müddət orada yaşadıqdan sonra mənzili öz qohumlarının istifadəsinə vermiş və həmin şəxslərdən aldığı kirayə məbləğini iddiaçıya özü ödəməyə davam etmiş, sözügedən şəxslərin orada yaşadıqları dövrdə elektrik qısaqapanmasından yanğın hadisəsi baş vermiş, yanğın səbəbindən mənzilə ziyan dəymişdir.

64. İddiaçı cavabdehdən yanğın səbəbindən mənzilə vurulmuş zərərin ödənilməsini tələb edir.

65. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətləri yüksək təhlükə mənbəyindən istifadə üzrə delikt məsuliyyətindən yaranan münasibət kimi xarakterizə etmiş, yanğın baş verdiyi zaman yüksək təhlükə mənbəyinin (elektrik qurğularının, elektrik xəttlərinin və s.) olduğu mənzil, sahibliyin maddi əlaməti baxımından cavabdehin sahibliyində olmadığına görə onu həmin hadisədən məsuliyyət daşıyan şəxs kimi qiymətləndirməyin mümkün olmadığı qənaətinə gəlmişdir.

66. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir.

67. Belə ki, mənzildə elektrik xəttində qısaqapanma səbəbindən baş verən yanğın nəticəsində vurulan ziyana görə məsuliyyətin araşdırılması zamanı kirayəçinin məsuliyyətinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən vurulmuş ziyan kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

68. Çünki kirayəçinin mənzildə elektrikdən istifadəsi Mülki Məcəllənin 1108-ci maddəsi üzrə məsuliyyətin y aranması üşün əsas hesab olunan ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyətlə bağlı deyildir.

69. Mənzildə elektrik enerjisindən və qurğularından istifadə üzrə münasibətlər və öhdəliklər “Elektrik enerjisindən istifadə qaydaları” ilə müəyyən edilir. Həmin Qaydalara əsasən, mənzil sahibi - yaşayış binasının mənzilində məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır (məişət abonentidir) (1.1-ci bənd). Enerjitəchizatı müəssisəsilə abonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və qoşulma aktında qeyd olunur. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə ayırma nöqtəsi müəyy ənləşdirilir. Bu ayırma nöqtəsi - balans mənsubiyyəti sərhədi adlanır (1.1 bə 5.1-ci bəndlər).

70. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (Qaydaların 9.1-ci bəndi).

71. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən s ubabonent, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməlidir (Qaydaların 9.3.7-ci bəndi). 72. “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinin 4-cü hissəsində deyilir ki, yaşayış mənzillərinin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət mənzil sakinlərinin üzərinə düşür.

73. Həmin qaydaların 2.3.3-ci bəndinə görə elektrik qurğularının və şəbəkələrinin istismarına cavabdeh şəxslər borcludurlar: 2.3.3.1. Elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtı-vaxtında profilaktiki baxışların, eləcədə planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntularının aradan qaldırılmasına; 2.3.3.2. Qısa qapanmadan, artıq y üklənmələrdən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının texniki baxımdan saz olmasına müntəzəm olaraq nəzarət edilməsinə;...

74. Xüsusilə qeyd olunmalıdır ki, Qaydaların 2.3.5-ci bəndinin tələbinə görə bütün elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri nominal vəziyyətlərdən müdafiə olunmalıdır.

75. Bu cür müdafiə tədbirləri görülməsi vəzifəsinin kimin üzərində olması ilə bağlı məsələdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 676.0.2-ci maddəsinə görə kirayəyə verənin məsuliyyətinə aid olan hallardan biri - kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmasıdır.

76. Tərəflər arasında yazılı müqavilə bağlanmadığına və qarantiya verilən xassələrlə bağlı hər hansı razılaşmanın müəyyən olunmadığı nəzərə alınarsa, bu halda kirayəyə verilmiş mənzilin adi istifadədən irəli gələn xassələrə malik olmasını təmin etmək kirayəyə verənin vəzifəsidir. Çünki Mülki Məcəllənin 676.0.1-ci maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır və bunun üçün məsuliyyəti kirayəyə verən daşıyır. Xüsusilə də nəzərə alınmalıdır ki, elektrik enerjisindən istifadə üzrə öhdəliklər təchizatçı və abonent arasında bağlanır və mənzildə elektrik qurğularının lazımi tələblərə uyğun olmasına görə cavabdehlik, bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və qoşulma aktında qeyd olunur.

77. Kirayəçinin mənzildən istifadəsi, elektrik qurğularından istifadə etmədən mümkün deyildir. Lakin kirayəçinin elektrik qurğularından bu cür istifadə üzrə mə suliyyət həddi, adi təhlükəsizlik qaydalarına əməl olunması ilə məhdudlaşır. Kirayəçi elektrik xəttinin müəyyən olunmuş həddən atrıq yüklənməsinə səbəb olan istifadəyə yol verməməli, nasaz cihazları elektrik xəttinə qoşmamalı, mənzildən çıxarkən elektrik cihazlarını şəbəkədən ayırmalı, elektrik xəttində açıq şəkildə görünən nasazlıqları vaxtında aradan qaldırmalı və ya bu barədə kirayəyə verənə məlumat verməlidir.

78. Göründüyü kimi, mənzildə elektrik enerjisindən və qurğularından istifadə üzrə yuxarıda müəyyən olunmuş qaydalar, baxılan iddianın düzgün həlli üçün əhəmiyyətlidir və nəzərə alınmalıdır.

79. Həmçinin nəzərə alınmalıdır ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə iki növə - müqavilədən irəli gələn və müqavilədənkənar məsuliyyət növlərinə bölünür. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Müqavilədən irəli gələn məsuliyyət isə, tərəflər arasında bağlanmış müqavilə üzrə tərəfin öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi əsasında yaranır. Müqavilə məsuliyyəti qanunla müəyyənləşdirilir.

80. Hazırki işdə iddiaçının əmlakına zərər dəyməklə cavabdehin müqavilədən irəli gələn məsuliyyəti yaranmışdır.

81. Bu baxımdan iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21 və 683.3-cü maddələri nəzərdən keçirilə bilər.

82. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavil ədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

83. Mülki Məcəllənin 683.3-cü maddəsinə görə istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır.

84. Göründüyü kimi yanğın zamanı cavabdehin mənzildə olmaması, mənzili başqa şəxslərə verməsi, özlüyündə onun yanğına görə təqsiri üçün məsuliyyətdən azad edilməsinə səbəb olmur. Buna görə də apelyasiya instansiyası məhkəməsinin «yanğın baş verdiyi zaman yüksək təhlükə mənbəyinin (elektrik qurğularının, elektrik xəttlərinin və s.) olduğu mənzil, sahibliyin maddi əlaməti baxımından cavabdehin sahibliyində olmamış və buna görə də onu həmin hadisədən məsuliyyət daşıyan şəxs kimi qiymət ləndirmək mümkün deyildir» əsaslandırması Mülki Məcəllənin 683.3-cü maddəsi baxımından düzgün sayıla bilməz.

85. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

86. Nəzərə alınmalıdır ki, hər bir halda zərərin ödənilməsi üçün zəruri dispozisiya şərtlərinə, təqsirli olan qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması ilə yanaşı, zərər vuran şəxsin təqsirliliyi aiddir. Baxılan işdə cavabdehin bu cür təqsirliyi müəyyən edilməmişdir. Ekspert rəyi əsasında müəyyən edilmişdir ki, mənzildə baş vermiş yanğının mənbəyi, mənzilin mətbəx otağının tavan hissəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək mənzilin digər hissələrinə yayılmışdır. Yanğın hadisəsinin mənzildən adi istifadədən kənar davranışın (elektrik xəttinin əlavə yüklənməsi, nasaz elektrik cihazının qoşulması və s.) nəticəsində yarandığı təsdiq olunmamışdır.

87. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.

88. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-816/2024 nömrəli iş üzrə 1 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar