Məhkəmə qərarları › İş №2(102)-1793/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1793/2025

23.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1793/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçlar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğluna (mütəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maneələrin aradan qaldırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X3 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-264/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(076)-1419 2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı4, X4, İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğlu X7 qanun üzrə vərəsələri tanınmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən İddiaçı1, İddiaçı4, X1, Manafov Şükür Ədil oğlunun payı 1/10 hissədə, İddiaçı3 payı 6/10 hissədə, "xxxx" ASC-nin Şəmkir rayon filialında saxlanılan əmanət puldan İddiaçı1, İddiaçı4, X2, İddiaçı3 Manafov Şükür Ədil oğlunun payı 1/5 hissədə müəyyən edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(104)-3695/2021 nömrəli qətnaməsi ilə cavabdeh Manafov Şükür Ədil oğlu tərəfindən v erilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5463/2022 nömrəli qərarı ilə cavabdeh Manafov Şükür Ədil oğlunun kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(104)-3695/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunmuşdur. 4. “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən, mübahisəli fərdi yaşayış evində qapının bağlı olması və ərazidə mübahisəli halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğluna (mütəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləşən, mərhum qardaşları X5 miras qalmış həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, miras mülklə bağlı mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq və payla rının naturada bölünüb, onlara təhvil verilməsi məqsədi ilə DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Müraciətləri ilə bağlı olaraq 11 saylı Şəmkir Ərazi İdarəsi fərdi yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti ilə bağlı miras mülk olan yerə getmişlər, lakin, cavabdeh evin və həyətin qapılarını bağlamış, ölçmə işlərinin aparılmasına maneə yaratmışdır.

7. Birinci instansiya məhkəməsində cavabdeh Manafov Şükür Ədil oğlu məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, göstərilən sahələrdə ölçmə işlərinin aparılmasına heç bir maneə yaratmır, aidiyyəti şəxslər istənilən vaxt lazımi işləri apara bilərlər.

8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2841/2024 nömrəli qətnaməsi ilə (hakim Taleh M usayev) iddianın təmin edilməsi, Şəmkir şəhəri, Qarabağ küçəsi, 28 saylı ünvanda yerləşən torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh Manafov Şükür Ədil oğlu tərəfindən yaradılan maneənin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh Manafov Şükür Ədil oğlundan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınıb iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçılarn mülkiyyət hüququnu pozur, onların mülkiyyət hüququnu həyata keçirməyə mane olur. İddiaçıların qeyd olunan əmlak üzərind ə mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçıların bu hüququnu həyata keçirməyə mane olur.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə 152.1, 157.4, 158.1, 158.1.2 və 158.4cü, Torpaq Məcəlləsinin 5.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində müəyyən edilsə də, o iddiaçılara məxsus əmlakda ölçmə işlərinin aparılmasına maneçilik törədirəm, ona görə də DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasından imtina edilmişdir, həmin halı təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, iddiaçılar isə iddia tələbini yalnız onunla əsaslandırmışlar ki, ölçmə işlərinin aparılmasına onun tərəfindən maneə yaradılmışdır. Lakin, iddiaçılar tərəfindən iddianın əsasını təşkil edən hallara dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə iddiaçıların heç bir dəlilə söykənməyən izahatındakı xüsu satlara işin müəyyən edilmiş halları kimi qiymət verərək iddianı əsaslı hesab etmişdir. O payına düşən əmlakın ölçülməsinə maneçilik törədə bilər, əgər orada iddiaçılara məxsus əmlak vardırsa həmin əmlak onların sahibliyində də olmalıdır.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-264/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev - sədrlik edən və məruzəçi, R.Ş.Muradov və M.Ə.Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

17. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

18. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, h üququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

19. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətç inin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçılar Şəmkir şəhəri, Qarabağ küçəsi, 28 saylı ünvanda yerləşən torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və həmin orqanın məktubuna əsasən, mübahisəli fərdi yaşayış evində qapının bağlı olması və ərazidə mübahisəli halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi belə olan halda hesab etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçıların mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçıların mülkiyyətinə cavabdehlər tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əməkdaşları tərəfindən müayinənin edilməsinə maneə olmaları qadağan edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, 72, Mülki Məcəllənin 152.1, 157.4, 158.1, 158.4-cü, MPM-in 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 218.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 158.1.2, 158.4-cü, MPM-in 77.1, 88 və 418.3-cü maddələrinə istinadən belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçılarla birlikdə cavabdehin də mülkiyyətindədir. Onun da mülkiyyətçi olaraq həmin əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona d air sərəncam vermək hüququ vardır. Belə ki, cavabdehin mərhum qardaşı X6 həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlaka onun və bacılarının payı müəyyən edilmişdir. Cavabdeh uzun illərdir və hazırda həmin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə edir, iddiaçıların torpaq sahəsindən və fərdi yaşayış evindən payı müəyyən edilsə də, onlar torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etmirlər. Onların hər birinin öz evləri vardır. İddiaçılar ümumiyyətlə heç bir hüquqları olmadığı halda, guya cavabdehin qapını bağlayaraq, onlara məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin ölçülməsinə maneçilik törətdiyini bildirərək, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasından imtina edilmsi barədə məktubu iddia ərizəs inə əlavə edərək, cavabdehə qarşı iddia qaldırmışlar. Lakin, həmin halı təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, iddiaçılar isə iddia tələbini yalnız onunla əsaslandırmışlar ki, ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmışdır. Lakin, bununla bağlı hər hansı akt tərtib edilməmiş, iş materiallarına hər hansı mötəbər sübut əlavə edilməmişdir. Məhkəmə tərəfindən Mülki Məcəllənin qeyd edilən maddələrinə istinad edilmiş olsa da, cavabdeh tərəfindən heç vaxt mülkiyyətə qəsd və ya başqa maneələr törədilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmadan, cavabdehin də mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyətçisi olması nəzərə alınmadan, iddia tələbinin əsaslı olmasına dair iddiaçılar tərəfindən h eç bir mötəbər sübut təqdim edilmədiyi halda onların iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsində müəyyən edilsə də, cavabdeh ölçmə işlərinin aparılmasına maneçilik törədir, ona görə də DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasından imtina edilmiş, həmin halı təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, iddiaçılar isə iddia tələbini onunla əsaslandırmışdır ki, icra məmurları və mütəxəssis tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən maneə yaradılmışdır. Lakin iddiaçı tərəfindən iddianın əsasını təşkil edən hallara dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə iddiaçının heç bir dəlilə söykənməyən izahatındakı xüsusatlara işin müəyyən edilmiş halları kimi qiymət verərək iddianı əsaslı hesab etmişdir. K assasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Şəmkir şəhəri, Qarabağ küçəsi, 28 saylı ünvanda yerləşən torpaq sahəsində və həmi n torpaq sahəsində yerləşən fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh Manafov Şükür Ədil oğlu tərəfindən yaradılan maneələr hüqaziddir və iddiaçılar bu manelərin aradan qaldırılmasını tələb etməkdə haqlıdırlar.

36. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmı ş, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıld ığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-264/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar