Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1795/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1795/2019 Bakı şəhəri 28 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-158/2018, hakim M.C.Qarayeva) iddiaçı “xxxx” QSC-nin iddiası qismən təmin edilmiş, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2013-cü il tarixli kredit razılaşması üzrə 3826,03 ABŞ dolları əsas, 1063,83 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, 20 avqust 2014-cü il tarixli kredit razılaşması üzrə 10457,07 ABŞ dolları əsas, 2585,15 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə olmaqla cəmi 18632,08 ABŞ dollarının ödəniş gününə uyğun olaraq məzənnə ilə manatla Cavabdeh1 və Cavabdeh3 Əlövsət oğlundan müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 42948 manat müəyyən edilməklə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən 21a nömrəli binanın 34 nömrəli mənzilinə yönəldilərək hərracdan satılması, satışdan əldə olunan vəsaitdən iddia tələbi hə cmində pulun iddiaçıya verilməsi, ipoteka predmeti satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 1 ay ərzində ipoteka predmeti olan daşınmaz əmlakı boşaldaraq təhvil verilməsi və həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8399/2018, hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən 21a nömrəli binanın 34 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyi şdirilmiş, həmin qiymət 77253 manat müəyyən edilmiş, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.08.2011-ci il tarixli kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq bankla Cavabdeh3 Əlövsət oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda 11 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X1 küçəsində yerləşən 21a nömrəli binanın 34 nömrəl i mənzil kredit xətti müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş və qarşılıqlı razılaşmaya əsasən ipoteka predmeti 42,948 manat qiymətləndirilmişdir. Kredit xətti müqaviləsi üzrə bank tərəfindən borcluya 19.07.2013-cü il tarixli kredit razılaşması əsasında aylıq 2% olmaqla, 24 ay müddətinə 30000 ABŞ dolları və 20.08.2014-cü il tarixli kredit razılaşması əsasında aylıq 1,8333% olmaqla, 24 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” QSC 29.11.2016-cı il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin kredit razılaşmaları üzrə hesablanmış əsas, faiz borcu və cərimənin borclu və zamindən müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonr a həmin evdə yaşayan Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılaraq evin boşaldılmasını və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən faiz borcu şişirdilmişdir. Məhkəmə borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakıl ara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun borcludan tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satıldıqdan sonra boşaldılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsin ə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəl iyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 39-cu maddəsinin tələblərinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hal larını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, kreditor kredit razılaşmaları üzrə öhdəlikləri yerinə yetirərək nəzərdə tutulmuş kredit məbləğini borcluya ödəmiş, lakin borclu kredit razılaşmaları üzrə öhdəlikləri tam yerinə yetirməyərək banka borclu qalmış, əsas və faiz borclarını vaxtında ödəməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək iddiaçı tərəfindən tələb olunan 19 iyul 2013cü il tarixli kredit razılaşması üzrə 2582,38 ABŞ dolları cərimənin məbləğini 200 ABŞ dolları, 20 avqust 2014-cü il tarixli kredit razılaşması üzrə 8969,17 ABŞ dolları cərimənin məbləğini 500 ABŞ dolları müəyyən etmişdir. Kassator kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanmadığını göstərsə də, bununla bağlı apellyasiya instansiyası məhkəməsinə dəlillərini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya in stansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-1795/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1795/2019
28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver