Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1797/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1 və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(028)228/2018, hakim İ.A.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 2754 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-520/2019, hakimlər E.G.Rəhimov, G.F.Tağızadə, T.O.Quliyev) Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, 3.918 manat dəyəri olan yataq-qonaq dəsti ilkin ödəmə 300 manat olmaqla, 18 ay müddətinə hər ay 201 manat ödəmək şərtilə sonuncuya satılmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. xx xxxx 2017-ci il tarixdə İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış və onlara düzg ün hüquqi qiymət verilməmiş, həmçinin iddiaçının “Sunny Elelctonics” mağazasında vəzifəsi müəyyən edilməmiş və bu qətnamədə öz əksini tapmamış, borc məbləği hesablanarkən icra edilmiş ödənişlər nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı Cavabdeh3 ondan 3.918 manat dəyərində yataq-qonaq dəstini nisyə aldığına, həmin məbləğin yalnız bir qismini ödəməklə, ona 2.754 manat məbləğində borcu qaldığına, sonuncunun, eləcə də ona zamin durmuş digər cavabdehlərin həmin məbləğləri ödəməkdən boyun qaçırdığına istinad edərək onlardan 2754 manat əsas borc və 826 manat cərimə borcunun ödənilməsi tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iddia əsas borcun tutulması hissəsində təmin edilmiş, iddia qalan hissədə rədd edilmiş, həmin qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsind ə mübahisələndirilməmiş, cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh3 arasında xx xxxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, bu müqavilə ilə iddiaçı 3918 manatlıq malı (Türkiyə istehsalı olan “İnci” yataq-qonaq dəstini) ilkin ödəmə 300 manat olmaqla, 18 ay müddətinə hər ay 201 manat ödəmək şərtilə Cavabdeh3 nisyə satmışdır. Həmin müqavilənin təminatı qismində digər cavabdehlərlə eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır. Borclu müqavilə üzrə bir müddət ödəmələri etsə də, sonradan müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Bu borc iddiaçı tərəfindən verilmiş arayışla təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə öd əmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında əşyaların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş əşyaları cavabdehə vermiş, cavabdeh isə həmin əşyaların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqları nın müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi, həmin müqavilə zaminlik müqavilələri ilə təmin edilmişdir. Zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinin tələblərinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1797/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1797/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver