Məhkəmə qərarları › İş №2(102)-1797/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1797/2022

16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1797/2022 16.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(103)8265/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzə rdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(011)3912/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(011)-8674/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulma qaydasının dəyişdirilməsi, 03 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(103)-8265/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bak ı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(011)3912/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, iddia qismən edilmiş, 03 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi və alimentin yeni qaydada tutulma vaxtı hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(103)-8265/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndəri lmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə, 112.1.6-cü maddəsinə əsasən isə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 201 9-cu il tarixli, 2(011)-8674/2019 nömrəli qətnaməsi ilə tərəflərin uşağının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay tutulan alimentin məbləği 160 manat təşkil etmişdir. Hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə isə həmin məbləğ 400 manat müəyyən edilmişdir. Cavabdeh də həmin məbləği mübahisələndirmişdir. Belə olan halda, MPM-in 112.1.3 və 112.1.6-cı maddələrinə əsasən qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti 2880 manat ((400-160)*12=2880) manat təşkil edir. Odur ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şi kayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birl ikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(103)-8265/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar