Məhkəmə qərarları › İş №2(102)-1799/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1799/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1799/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-177/2019 saylı qətnaməsindən İddiaçı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Quba rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov, iş № 2(027)-12/2017) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 189.170 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun manatla tutulub banka ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus N-ci məhəllədə yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 380.000 manat müəyyən edilməsi, evin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, artıq qalan hissənin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: S.A.Qafari, F.Ə.Məmmədov və L.M.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilərək Quba rayo n məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilib evin ilkin satış qiymətinin 274.290 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İşin halları: Bankla Cavabdeh1 arasında xx xxxxxx 2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik istifadə dərəcəsi 24 faiz olmaqla 24 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmiş və borclunun müqavilə üzrə öhdəliklərinin təminatı kimi Cavabdeh2 məxsus N mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və evin ilkin satış qiyməti 274.290 manat məbləğində qiymətləndirilmişdir. 2015-ci ilin iyun ayında bank cavabdehin öz müqavilə öhdəliklərini lazımınca icra etməməsini əsas göstərməklə ondan kredit borcuna görə cəmi 319.226,94 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı əsasında “X3” MMC tərəfindən verilmiş rəydə əmlakın dəyərinin 145.000 olmasının göstərilməsinə baxmayaraq, məhkəmə kollegiyasının ipoteka müqaviləsinə əsaslanmaqla orada göstərilən 274.290 manatın əmlakın ilkin satış qiyməti kimi qəbul edilməsini, həmin məbləğin əmlakın bazar dəyərinə uyğun olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Qətnamədən eyni zamanda cavabdehlər kassasiya şikayəti verərək onlar tərəfindən ödənilmiş pul məbləğinin düzgün olmayaraq faiz borcuna hesablanmasını, ipoteka müqaviləsinin bağlandığı vaxtdan keçən 10 il ərzində evin qiymətinin 3 dəfə artmasını, lakin məhkəmə kollegiyasının əmlakın qiymətləndirilməsi üçün təkrar ekspertizanın keçirilməsindən əsassız olaraq imtina etməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasını iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edib əmlakın i lkin satış qiymətini 274.290 manat məbləğində müəyyən edərkən əmlakın ipoteka müqaviləsində müəyyən olunmuş qiymətinə əsaslanmış, qətnaməni qalan hissədə dəyişdirilmədən saxladıqda isə kredit müqaviləsi üzrə borcun məbləğinin (əsas və faiz borcları) ekspert rəyi ilə müəyyən olunmasına əsaslanmışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təmin olunması üçün Cavabdeh2 məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və müqavilədə evin dəyəri 274.290 manat məbləğində göstərilmişdir. İşə məhkəmə instansiyalarında baxılarkən ipoteka predmetinin qiymətləndirilməsi ilə əl aqədar biri-birindən fərqli 5 rəy əldə edilmişdir. İpoteka predmeti olan ev xx xxxxxxx 2015-ci il tarixdə verilmiş birinci rəydə 140.000 manat, xx xxxx 2016-cı il tarixdə verilmiş ikinci rəydə 380.000 manat, xx xxxxxxx 2018-ci il tarixdə verilmiş üçüncü rəydə 400.000 manat, həmin ilin dekabr ayında verilmiş dördüncü rəydə 390.000 manat, 2019-cu ilin may ayında verilmiş beşinci rəydə isə 145.000 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qiymətləndirmə hesabatlarında göstərilən məbləğləri ağlabatan hesab etməyərək ipoteka müqaviləsində göstərilən qiyməti, yəni 274.290 manatı evin ilkin satış qiyməti kimi müəyyən etmişdir. Təxminən 10 il əvvəl bağlanmış ipoteka müqaviləsində müəyyən olunmuş məbləğ hərtərəfli və tam aparılmış tədqiqatın nəticəsinə söykənmədiyi ndən və eləcə də əmlakın hazırkı bazar dəyərinə uyğun olmadığından, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əmlakın ipoteka müqaviləsində müəyyən olunmuş dəyərini ilkin satış qiyməti kimi qəbul etməkdə haqlı olmamışdır. Kollegiya hesab edir ki, tutma ipoteka predmetinə yönəldilərkən əmlakın həmin dövrdə olan real bazar dəyəri müəyyən olunduqdan sonra onun ilkin satış qiyməti müəyyən olunmalıdır. Məhkəmə kollegiyası işdə olan mütəxəssis rəylərinə istinad etsə də, həmin rəylərə münasibətdə nəticəsini əsaslandırmamış və təkrar qiymətləndirmənin aparılması imkanını müzakirə etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən olunur. İşdən görünür ki, əmlakın ilkin satış qiyməti ilə əlaqədar tərəflər arasında mübahisə olduğundan onun qiyməti yalnız məhkəmə tərəfindən təyin olunmuş qiymətləndirici rəyi əsasında müəyyən oluna bilərdi. Kollegiya hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti onun hazırkı bazar dəyəri müəyyən olunmadan qiymətləndirildiyindən qətnamə həmin hissədə əsassızdır. İş üzrə cavabdehlər qətnamənin qanuniliyini kredit borcunun məbləğinə dair hissədə mübahisələndirsələr də, apellyasiya instansiyası məhkəməsi həmin hissədə apellyasiya şikayətini rədd edib qətnaməni dəyişdirmədən saxlayarkən gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 217 və 218-ci maddələrinin tələblərinə uyğun əsaslandırmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar